İltimasi dua nə deməkdir?, Ayətullah Behcətin bu haqda tövsiyəsi


İltimasi dua nə deməkdir?, Ayətullah Behcətin bu haqda tövsiyəsiMərhum Ayətullah Behcət iltiması duanın əhəmiyyətinə toxunaraq belə diqqətə çatdırır: Allah Təala hz. Musaya buyurdu: Günah etmədiyin bir dillə dua et ki müstəcab olsun! Musa (ə) dedi: necə? Allah Təala buyurdu: Başqalarına de ki səni dua etsinlər. Çünki sən onların dili ilə günah etməmisən! Mərhum Ayətullah Behcət buyurur: İltimasi dua isə insana özü üçün istədiklərini başqası üçün də istəmək mədəniyyətini təlim edir. Həmçinin insana paxıllıq, həsəd, mənim olsun və bu kimi qəlbi rəzillklərdən xilas olacaq gücü verir. İltiması dua edən kəs həm özünü, həm də başqalarını Allah Təalanın rəhmət çətiri altına çəkmiş olur. Ona görə deyirlər ki başqasının sənin haqda etdiyi duası sənin öz duandan daha tez qəbul olar.


Böyük alim cavan və təqvalı oğlu üçün niyə ölümü istədi?


Böyük alim cavan və təqvalı oğlu üçün niyə ölümü istədi?... Mirzənin ancaq bir oğlu vardı və başqa övladı yox idi.Çox gözəl və təqvalı bir Allah bəndəsi idi. Ancaq bununla belə, bu evliliyə razı deyildi və ona görə də belə bir dua edir. Allahdan istəyir ki, oğlunu yanına aparsın və bu evlilik baş verməsin. Hal dili ilə deyir: “Allahım! Bu yeganə oğlumun ölümü mənim üçün belə, bir evlilikdən daha sevimlidir”. Bir müddət keçmir ki, Mirzənin oğlu suda boğulub ölür. Alimin Allah yanında o qədər dərəcəsi böyük idi ki, belə bir da duası qəbul olur. Nəticədə, nə zalım şahın şəri yer alır, nə də oğlunun aqibəti məhv olur. Böyük alimin oğlu mələkut aləminə köç edir və zalımla qohum olmaqdan, onun şər işlərində şərik olmaqdan amanda qalır.


Şeytanın (lən) nəsihətləri ki həqiqətləri bəyan edir nələr haqdadır?


Şeytanın (lən) nəsihətləri ki həqiqətləri bəyan edir nələr haqdadır? Şeytan (lən) heç bir zaman insanın dostu ola bilməz. Ancaq özü də bilmədən bəzən ilahi peyğəmbərlərə (ə) nəsihətlər vermişdir. Nə etdiyini başa düşəndə, özünü çox danlamışdır. Şeytanın (lən) Həzrət Nuha (ə) verdiyi nəsihət. Tufandan sonra şeytan (lən) Nuhun (ə) yanına gəlir və deyir: “Nuh, sənin mənim boynumda haqqın vardır. Həmin haqqı əda etmək üçün sənə nəsihət edəcəyəm”. Nuh (ə) deyir: “Allaha pənah aparıram ki, sənin boynunda haqqım vardır”. Şeytan deyir: “Bu möminlər övlad sahibi olana qədər mən istirahət edəcəyəm. Çünki onlar muxlisdirlər və bütün kafirlər dünyadan gediblər”. Nuh (ə) dedi: “Nəsihətin nədir?”. Şeytan (lən) dedi: “Məni üç halda yada sal və bil ki, bu üç halda mən mütləq oradayam. -- 1. O zaman ki, naməhərəm kişi naməhrəm qadınla xəlvət edər və mən üçüncü şəxs olaram. 2. Qəzəblənən zaman. 3. Hökm verən zaman”...


Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri


Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri Ayətullah Behcət deyir: \"Düçar olduğumuz bu bəlaların dəf edilməsi üçün cənablar faydalı bir şeylər bilirlərsə onu desinlər ki camaat onu edərək bəlaları özlərindən uzaq saxlasınlar. Quran da buyurur ki, \"Mən, madam ki sən onların arasındasan və madam ki onlar istiğfar edirlər, onlara əzab vermərəm”. Quran yenə buyurur ki, \"Bizim əzabımız onların sorağına gələndə niyə ahu-zar etmədilər”... Onlar hamısı yəqin etdilər ki bunlar Allahın əzabıdır və yenə nazil olacaq. Onlar həmin əzabları Allah dərgahına ahu-zar etməklə dəf etdilər. Sünnət budur ki Allahın qeybdən mələklərlə göndərdiyi əzablar, Allahı diqqətdə saxlamaq, ona müraciət etmək və dərgahına ahu-zar etməklə dəf edilir və indi də bizə gələcək əzabları bu yolla dəf edə bilərik”


İslam dinində şadlığa münasibət necədir?


İslam dinində şadlığa münasibət necədir? Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır. İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur. Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır. Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə doldurur.
Həqiqi şadlığın bəzi amillərini sadalayaq: iman, taledən razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman, həyat həvəsi, fiziki iş, əyləncə, Quran qiraəti, Allahın zikri, sədəqə və s. Qurani kərimdə behişt nemətlərinin sadalanması, İslamın şadlığa müsbət münasibətinin təsdiqidir...


Şeytanın (lən) ən mükəmməl silahı nədir?


Şeytanın (lən) ən mükəmməl silahı nədir? Allah Təala Quranda buyurur: “(Allah) buyurdu: «Ey İblis! Sənə Mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu?». Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən? Dedi: «Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan”. (“Sad” 75-76). İmam Əli (ə) buyurur: “Şeytan Adəmə (ə) onun torpaqdan xəlq olduğu üçün lovğalanır. Öz əslinin atəşdən olmasına söykənərək, təəssübkeşlik və qürur edir. Ona görə də şeytan Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin başçısıdır. Əyninə böyük bir libas geyindi və təvazökar libasını əynindən çıxartdı. Məgər görmədinizmi ki, Allah təkəbbürə görə necə onu alçaltdı? Göylərdə uçduğu üçün onu xar və alçaq etdi?”. Yəni, hər kəsdə bu xəbis sifətlər olar, İlahi rəhmətdən məhrum olar. Ona görə də hər bir möminin vəzifəsi budur ki, qəlbinə nəzarət etsin və ona təkəbbür və lovğalığı buraxmasın və dualarında İmam Səccad (ə) kimi desin: “Məni Öz bəndəliyinə götür və ibadətimi təkəbbür və qürurla məhv etmə”.


Kasıblığa görə evlənməmək olarmı?


Kasıblığa görə evlənməmək olarmı? Həzrət Peyğəmbər (s) buyurur: «Kasıbçılıq qorxusundan evlənməyən şəxs, Allahdan bədgüman olub». («Vəsailüş-şiə», 14-cü cild, səh.24.) Kübar həyat tərzi arzusu, evlənmək istəyən gənclər qarşısında böyük maneədir. Çox vaxt gənclər yox, valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) isə belə buyurur: «Ən pisqədəm qadın, mehriyyəsi ağır olan qadındır». («Vəsaliüş-şiə», 15-ci cild, səh.10.) Başqa bir hədisdə isə, iqtisadi problemlərə görə övladının ailə qurmasına mane olan valideynlərə belə xəbərdarlıq olunur: «Övladı yetkinlik yaşına çatmış şəxs, onu evləndirmək iqtidarında olduğu təqdirdə evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi üçün yazılar». («Məcməül-bəyan».)


\"Cameyi-Kəbirə\" dua kitabı hansı imamdan nəql olunub?


"Cameyi-Kəbirə" dua kitabı hansı imamdan nəql olunub?İmam Hadidən (ə) bizə yadigar qalan əsərlərdən biri “Cameyi-Kəbirə” ziyarətidir. Bu ziyarətin əhəmiyyəti o zaman aşkar olur ki, İmamın (ə) qərar tutduğu vəziyyətlə daha yaxından tanış olarıq. Bəziləri o zamanda İmama (ə) sitayişdə mübaliğə edirdilər. İmam (ə) da bu insanların əqidəsini inkar etmək üçün bəlağətli bu ziyarəti təlim verir ki, onun vasitəsilə hər bir İmamı (ə) ziyarət etmək olar. “Cameyi-Kəbirə” ziyarəti İmaməti, İslam siyasətinin fəlsəfə və rəmzi hesab edir. Bütün möminlərə xatırladır ki, İlahi ədalət hökuməti ancaq Məsumlara (ə) aiddir.
İmam (ə) ağır zamanda yaşasa da, öz təlim və tərbiyəsindən əl çəkmirdi. Müxtəlif suallara cavab verir və insanları maarifləndirirdi. Çox sayda hədis yazan və əhkam elminə vaqif olan insanlar yetişdirir. Şeyx Tusi bu şagirdlərin sayının 185 nəfər olduğunu bəyan edir...


Bir ananın İmam Hüseynə (ə) olan eşqi övladına hansı üstünülyü bağışladı?


Bir ananın İmam Hüseynə (ə) olan eşqi övladına hansı üstünülyü bağışladı? Hüccətil-İslam Muhəmmədtəqi Fəlsəfi ali məqama çatmasında anasının rolu barəsində buyurur: “Anam çalışırdı ki, övladlarını pak, fəzilətli və imanlı tərbiyə etsin. O, atam üçün də sevgi dolu bir həmdəm idi. Alim davam edir: “Mənim minbər əhli olmağım da anamın istəyidir. Hətta bir müddət anamla atam arasında bu barədə söhbətlər olmuşdu. Atam belə düşünürdü ki, mən gərək dərs oxuyam. Ancaq anam deyirdi ki, mən gərək minbərə gedəm. Nəhayət bu qərara gəldilər ki, şənbə gününün sübhündən çərşənbə gününün axşamına qədər dərs oxuyam. Cümə axşamı günündən cümə gününə qədər də minbərə gedəm. Bu yolla İmam Hüseynə (ə) aşiq olan anam arzusuna çatdı və məni minbər əhli etdi”.


Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual hansılardır?


Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual hansılardır?İnsan öz şəxsiyyətini inkişaf etdirməsi üçün, agahlığa ehtiyac duyur. Əgər insan getdiyi yolu düzgün seçə bilməzsə, ziyandan başqa bir şey əldə etməz. Əgər həyatımızda düzgün yolda irəlilədiyimizi bilmək istəyiriksə, hər gün özümüzə bu on sualı verməliyik.
1. Bu gün yaxşıyammı? Əldə etdiklərinizə görə şükür edəcəksiniz. Ziyanlara görə düzəlməniz üçün ciddi qərar qəbul edəcəksiniz.
2. Bu gün şəxsiyyətim necədi? Şəxsiyyətimizi sədaqət, şəfqət, mehribanlıq, başqalarına yardım etmək kimi sifətlərlə inkişaf etdirməliyik.
3. Güclü çalışırammı? Əgər inkişaf etmək istəyiriksə, gərək bir işi görən zaman var gücümüzlə onu yerinə yetirməyə çalışaq.
4. Nə öyrənmisən? Misal üçün, qəzəbimi yatızdırmaq üçün bu gün təzə nə öyrənmişəm? Mühümü agahlıq səviyyəmizi artıraq.
5. Sağlamlığım barəsində nə etmişəm? Baxın görün, gün ərzində nə yemisiniz, nə içmisiniz, idman etmisinizmi?!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter