Ramazandan sonra gələn Şəvval ayı sözünün mənası nədir?


Bu aya niyə şəvval deyilir? Bu haqda Məhəmməd peyğəmbərdən (s) nəql edilmiş hədisə diqqət yetirmək lazımdir.
İlk növbədə onu demək lazımdır ki, şəvval ərəb dilində “şəul” “ət-Təşvil” kökənli kəlmə və aradan qalxmaq, qaldırmaq, anlamındadır. Lüğət kitablatında deyilir ki bu ifadə daha çox dəvə ac olarkən quyruğunu qaldırmaq halına itlaq olunur. əl-Muraqibat əsərində gələn hədisdə deyilir. “O şəvval adlanır, çünki həmin ayda möminlərin günahları aradan qalxar” Hədislərə əsasən möminlər Ramazanda tutduqları orucun mükafatını Fitr bayramında yəni şəvvalın birində alarlar. Onların mükafatları da günahlarının aradan qalxıb məhv olmasıdır. Bu şəvvalın ilk günündə baş tutur...


Fitrəni verməsək, orucumuz naqis qalar?!


Məsumların (ə) nəzərinə görə, fitrə zəkatının çox mühüm faydaları var. Onlarla tanış olaq:
1. Orucu təkmilləşdirər. İmam Sadiq (ə) Peyğəmbərdən nəql edir ki, buyurur: “Orucun tamam olması (fitrə) zəkatı verməklədir. Necə ki, namazın tamam olması Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməklədir”.
2. Bədənin salamat olması. Oruc bədənin sağlam olmasına gətirib çıxardır, fitrə də həmin salamatlığa verilən zəmanətdir. Rəhmətlik İmam (r) buyurur: “Bədən zəkatı deyildikdə, fitrə zəkatı nəzərdə tutulur. Hədislərdə deyilir ki, əgər kimsə fitrə zəkatını verməzsə, onun üçün ölmək qorxusu olar. Bundan başqa, fitrə zəkatı orucu təkmilləşdirər və tamamlayar”...


Qonaqdan ac olduğunu soruşmaq olarmı? Məsumlardan hədislər


Cavab: Hz Peyğəmbər (s) buyurur: «Qonaq behişt bələdçisidir». Qonağa ehtiram göstərilməsi o qədər əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə kimi təqdim edir.
Hz Peyğəmbər (s) buyurur: «Qonaq öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır». Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib-içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın». İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».


Ramazan ayında oruc tutanların əldə etdikləri Peyğəmbərin (s) dilindən necə izah olunur?


Həzrt Əli (ə) insanın bu ayda oruc olmasına və bunun qarşılığında Allahın xüsusi rəhmət nəzərində olmasına işarə edən bir hədisində əziz İslam peyğəmbərindən (s) belə nəql edir: “Elə bir mömin bəndə olmaz ki, bu ayda oruc tutsun, lakin Mütəal Allah ona bu 7 xisləti nəsib etməsin:
Bədəni haramla artsa belə onu əridib, məhv edər. Ölüm anını onun üçün asanlaşdırar. Allah onun eyiblərini örtər. llah onu Öz rəhmətinə şamil edər. Can vermə anını onun üçün asan edər. Qiyamət susuzluğunu və aclığını ondan dəf edər. Cənnət nemətlərini ona nəsib edər. Ona bəraət və cəhənnəm atəşindən nicat verər.”
Bütün bunlarla yanaşı bu ayda çoxlu müstəhəb əməllər də vardır ki, insana böyük fəzilət və əzəmət bəxş edir. Bunlara Quran tilavəti, dua, istiğfar, sədəqə vermək, iftar etmək, etikaf və sair misal çəkmək olar.


Həqiqətənmi ramazan ayında Şeytanın əlləri zəncirlənir? – Bu nə deməkdir?


İslam alimləri Şeytanın zincirlənməsi məsələsinin izahında əsas iki diqqət olunası mətləbə işarə ediblər:
- Birinci orucun sipər olması məsələsidir. Yəni insan oruc tutmaqla özünü müdafiə edir. Necəki Allah Rəsulu (s) buyurub: Şeytan Adəm övladının bədənində, qanında dolaşır, elə isə aclıqla onun yollarını sıxışdırın və maneə yaradın. (Biharul-ənvar .C-70.S-62)
- İkinci məsələ isə ilahi inayətdir. Bu ayda Allah Təala tərəfindən bəndəsinə xüsusi inayətin və xüsusi rəhmətin olmasıdır ki, şeytanın əl qolunu bağlayır. Bu ayda dualar qəbul olur, edilən ehsanlar və münacatlar yüksək dərəcədə ilahi dərgahda qiymətləndirilir. Təbii ki bütün bunların müsbət nəticəsi sonda insanın özünə qayıdır və Şeytanla mübarizə aparmaq üçün, onu ram etmək üçün insanın sipərinə, silahına çevrilir. Nəticədə oruc insanın şeytanla mübarizə vasitəsi, silahı olur. İnsan oruc vasitəsi ilə həm şeytana, həm də nəfsi əmmarəsinə ( pisliyə dartan nəfs) qalib olur.


“İnşəallah” kəlməsi nə deməkdir? – Bu kəlmənin fəlsəfi izahı


Şəhid Mutəhhərinin “İnşaallah” kəlməsi barədə belə buyurur: Biz hətta ən qəti olan işlərimizdə də “İnşəallah” deyirik (Yəni Allah izin verərsə, Allah istəyərsə). Yaxud bəzən “Allah istəsə, sabah olarsa” kimi ifadələr də işlədirik.
Bir bəndə olaraq bucür demək bizim cəsarətimizdə, bizim ləyaqətimizdə deyildir. Hətta Mütəal Allah öz bəndələrinə bu ədəbi öyrətmək üçün bu barədə peyğəmbərinə (s) belə vəhy edib. Beləki bir nəfər Allah Rəsulundan (s) bir şey barədə sual soruşur. Cavab vəhyə bağlı olduğu üçün peyğəmbər (s) “sualına sabah cavab verərəm” deyir. İnşəallah kəlməsini işlətmir. Bu səbəbdə ilahi vəhy 40 gün gecikir. Peyğəmbər (s) çox narahat olur. Sonra vəhy nazil olur: ““Və heç bir şey barəsində: \'Mən onu sabah edəcəyəm!\' – demə!
Ancaq: \'İnşallah deyəcəyəm!\' – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada sal...” (Kəhf-23-24)


Ramazan ayında hansı mühüm hadisə və əlamətdar günlər vardır?


\"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, ramazan ayında nazil edilmişdir.\" (Bəqərə-185) Ramazan ayı hicri təqviminin 9-cu ayıdır. Digər aylarda olduğu kimi bu ayda da bəzi mühüm hadisələr baş vermişdir:
1. Həzrət Xədicənin vəfatı -10 (besətin 10-cu ili)
2. İmam Həsənin (ə) doğum günü -15 (hicrətin 3-ü)
3. Qədr gecələri (19-21-23)
4. Məkkənin fəthi - 20 (hicrətin 8-ci ili)
5. Həzrət Əlinin (ə) şəhadəti -21 (hicrətin 40-cı ili)


Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət


Bu mübarək aya daxil olmazdan əvvəl bəzi tövsiyələrə diqqət etsək, yaxşı olar.
1. Elə bu gündən çayın miqdarını azaldın. Ramazan ayı artıq qapıdadır və bu isti yay günlərində daha yaxşı oruc tutmaq üçün elə bu gündən içdiyimiz çayın miqdarını get-gedə azaldaq ki, bədənimiz susuzluğa adət etsin. Həmçinin qəhvə içənlər də içdikləri qəhvənin miqdarını azaldaraq, kafeyn bağlılığını aşağı həddə sala bilərlər.
2. Yeməyin miqdarını azaldın. Oruc tutan insan üçün yeməyin həcmi çox mühümdür və bədən adət etmişdir ki, müəyyən saat fasiləsi ilə ona qida daxil olsun. Lakin oruc tutan insan 17-18 saat ac qaldığına görə, elə bu gündən yeməklərinizin həcmini azaldaraq, bədəninizi buna adət etdirə bilərsiniz...


Ruzi duası necə oxunur?! Azərbaycan hərfləri olə oxunuşu


Ruzi duası: Bismillahir rəhmanir rəhim
1. Ya raziqəl muqillin. Və ya rahiməl məsakin, və ya vəliyyəl muminin, və ya zəl quvvətil mətin. Səlli əla Muhəmmədin və əhli bəytih. Vərzuqni və afini vəkfini ma əhəmməni.
2. Əllahummərzuqni min fəzlikəl vasiil həlalit təyyibi rizqən vasiən həlalən təyyibən bəlağən liddunya vəl axirəh.səbbən səbbən həniən məria. Min ğəyri kəddin və la mənnin min əhədin min xəlqikə illa səətən min fəzlikəl vasi. Fəinnəkə qultə vəsəlullahə min fəzlih. Fəmin fəzlikə əsəlu vəmin ətiyyətikə əsəlu və min yədikəl mələi əsəl.


Süfrə duası necə oxunur?! Azərbaycan hərfləri ilə oxunuşu


Bismillahir rəhmanir rəhim. Əlhəmdu lillahi rəbbil aləmin. Vəl aqibətu lil muttəqin.
Əssəlatu vəs səlamu əla səyyidina və nəbiyyina Əbilqasimi Muhəmməd. Və alihit tahirin.Və lənətullahi əla ədaihim əcməin.
Minəl anə ila qiyami yəvmiddin. Həniən lil akilinə və bərəkətən lil bazilin. Və sihhətən və səlamətən lil hazirinə vəl calisinə və musafirin.
Və rəhmətən li əmvatil hazirin. Əllahummə təqəbəl həsənatil muhsinin və itaməl mutimin. La siyyəma hazihil həsənəh.
Və bəlliğ səvabəha ila ərvahi əmvati sahibil ihsan. Bihəqqi ayətil Qur\'an. Və bi həqqi əsmaikəl husna. Və bihəqqi surətil mubarəkətil fatihəti məəssələvat.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter