\"Amin\" nə deməkdir?


"Amin" nə deməkdir?Tək tanrılı dinlərin hamısında ən sıx istifadə edilən söz \"amin”dir. İnsanların bu qədər sıx istifadə etdikləri bir sözün mənasını da təbii olaraq bilmələri lazımdır.Bəzi insanlar bu sözü olur-olmaz hər yerdə istifadə edirlər.
Bəziləri «Amin»in bir duanın bağlanışında söyləndiyini, bəziləri də «dualarım qəbul olsun» mənasını verdiyini düşünər. Halbuki, kəlimənin mənası çox daha geniş, mənşəyi də çox köhnədir.İslam hədislərinə görə, Hz. Məhəmməd(s.ə.s) Fatihə Surəsini oxuyarkən sonuna gəldiyində Cəbrayıl görünmüş və ona «amin de» deyə xəbərdarlıq etmişdir. Bu hadisədən sonra Hz. Peyğəmbər Müsəlmanlara İmam «Amin» dediyində camaatın da səsli olaraq amin deməsinin lazım olduğunu buyurmuşdur. Camaatın «amin» səsləriylə mələklərin səsləri bir-birləriylə uyğunlaşdığı təqdirdə keçmiş günahlarınız bağışlanar...


İbadətin əsil sirri nədədir?


İbadətin əsil sirri nədədir?Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti onun əməlindən üstündür”. (Həvzəh)
Ona görə də deyə bilərik ki, niyyət bütün ibadətlərin əsil sütunudur. İbadəti adətlə fərqləndirən şey də - məhz niyyətdir. Adətən insanlar niyyət dedikdə 4 şeyi nəzərdə tuturlar: 1. Niyyət odur ki, insan bir işə başlayan zaman onu dilinə gətirər.
Misal üçün, insan bir işi etmək istəyən zaman niyyət edər ki, İlahi qürbə çatmaq üçün bu işi edir.
2. Niyyət odur ki, dildə dediklərini zehnindən keçirdirsən. Yəni, o işin mənasını zehnindən keçirdər və onun haqqında təfəkkür edər. Bu məna birinci məna ilə oxşardır. Çünki niyyətin səmərəsi odur ki, riyadan uzaq olsun...


Hz Əli İbn Əbi Talib (ə): namazda edilən iki səcdənin mənası necə açıqladı?


Hz Əli İbn Əbi Talib (ə): namazda edilən iki səcdənin mənası necə açıqladı?Həzrəti Əlinin (ə) hədisində iki səcdənin hikməti: Bir kişi Hz Əlidən (ə) soruşdu? Ey Allahın seçilmiş bəndəsinin əmisi oğlu! Namazdakı birinci səcdənin mənası nədir? Həzrət Əli (ə) buyurdu: Mənası budur ki İlahi! Sən bizi torpaqdan yaratmısan!
Elə ki, alınını səcdədən qaldırırsan mənası budur ki, İlahi! Bizi torpaqdan yaratdın və inkişaf etdirdin!
İkinci dəfə səcdə yəni: İlahi! Sən bizi yenə torpağa geri qaytaracaqsan! Elə ki, ikinci dəfə səcdədən baş qaldırırsan yəni: yenə də qiyamətdə bizi torpağdan geri qaytaracaqsan! ...


İmam Cəfər Sadiqin (ə) hədisinə əsasən çox yatmağın səbəbləri nələrdir?


İmam Cəfər Sadiqin (ə) hədisinə əsasən çox yatmağın səbəbləri nələrdir? Hədislərdə oxuyuruq ki, bu dörd şeyin azı yaxşıdır: atəşin azı yaxşıdır, yuxunun azı yaxşıdır, xəstəliyin azı yaxşıdır, düşmənii azı yaxşıdır. İmam Sadiq (ə) buyurur: “Çox yatmaq din və dünyanı aradan aparar”. Çox yatmağın səbəbləri:
1. Mühit. İnsan bəzən elə bir mühitdə yaşayır ki, ətrafındakı insanlar tənbəl və çox yatandırlar. Onlarla oturub-durmaq çox yatmağa səbəb olar.
2. Məyus və ümidsiz olmaq. Bəzən insan bu dünyadan məyus və ümidsiz olur və belə hallarda insan öz dərdlərini müvəqqəti olaraq unutmaq üçün yatır və bundan çıxış yolunu ancaq yatmaqda görür. 3. Səhlənkarlıq. İnsan bəzən gündəlik işlərini müəyyən vaxta qədər təxirə salıb yatır və bu, adət halını alır. Hər gün həmin vaxtda yatmağa çalışır və bu yolla işində səhlənkarlıq etmiş olur...


İslam maarifinə əsasən insanlarda hansı xasiyyətlər yoxsulluq və bədbəxtlik yaratdı?


İslam maarifinə əsasən insanlarda hansı xasiyyətlər yoxsulluq və bədbəxtlik yaratdı? Yoxsulluq başqa məxluqlar kimi əvvəllər mövcud deyildi, sonradan dünyaya qədəm basmışdır. İmam Əli (ə) buyurur: “Yoxsulluq böyük ölümdür”. İmam Əli (ə) nəql olunur: “O zaman ki, əşyalar iki-iki evləndilər, tənbəlliklə gücsüzlük də bir-biri ilə evləndi. Onlardan yoxsulluq dünyaya gəldi”. Bəzən yoxsulluq insanın öz istəyi ilə dünyaya gələr. Onun dünyaya gəlmə zamanı o zamandır ki, tənbəl və süstlük edər. Özünün işində tənbəl olması övladlarına da yoxsulluq gətirər. İmam Kazimin (ə) tövsiyəsi: “Tənbəllik və süstlükdən çəkin ki, onlar səni dünya və axirət nəsibindən məhrum edər”. İmam Əli (ə) buyurur: “Süstülk və tənbəllik axirəti xarab edər”. Yoxsulluq insanı dünya nemətlərindən məhrum edər. Eyni zamanda onu halal maldan məhrum edər. Onu küfr və nifaqa düçar edər. Bu insan həm dünya və həm də axirətdə xusrana uğrayar...


Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bəzi namaz qılanlar günaha yol verir?


İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir. Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. (“Ənkəbut”, 45.) Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.


İnsan özünü sevməlidirmi?


İnsanın özünü sevməsi özlüyündə bir nöqsan və eyib deyildir, bəlkə Allahın böyük nemətlərindən biridir. Ancaq əgər bu meyil həqiqi yolundan çıxarsa, özünəpərəstiş halını alar və insanı yolundan azdırar. Bu cür insan özünü başqalarından üstün görər və öz mənfəətini başqalarının mənfəətindən daha dəyərli hesab edər. Təkəbbür insanı kamal yolundan saxlayar və inkişaf etməsinə mane olar...


Elm məktəbi olan Cəfəri məktəbi bilik arxasınca olanlara hansı tövsiyələri verir?


İmam Sadiq (ə) buyurur: Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır:
Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə.
Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et.
Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)\"...


Günahı fikirləşmək günahdırmı?


Günahı fikirləşmək  günahdırmı? Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, günah haqqında çox düşünər, (bu iş) onu günaha tərəf çəkər”. Günah haqqında çox düşünmək insanı günaha dəvət edər. İnsanda günah etmək üçün stimul yaradar. O zamana qədər ki, günah etməmişik, bizə günah yazılmaz. Ancaq insan üçün elə qaranlıq və zülmət gətirər ki, onu günah yoluna çəkər.
“Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201)...


Səcdədə və rükuda vacib zikri dedikdən sonra hansı zikri demək daha fəzilətlidir?


Cavab: Elə vacib zikri təkrarlamaq fəzilətlidir və bu zikrlərin tək sayda deyilməsi daha yaxşıdır. Deyilənlərdən əlavə, səcdədə salavat demək və dünya və axirət hacətlərini istəmək müstəhəbdir.(Ali Məqamlı Rəhbər Seyid Əli Xamneyi)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter