İslam dini Gözü dəyən insana hansı vəzifələr təyin etmişdir?!
Gördüyün səhnədən təəccüblənəndə, sevinəndə dərhal de: Təbarəkəllahu əhsənul xaliqin.
Heyrətləndiyin zaman de: Allah, Maşaallah, la-qüvvətə ila billah.
Təəccübləndiyin zaman de: Maşəllahu, la qüvvətə illa bilahil-əliyyil-əzim
Əgər g&ou
Allahın rəhmətindən qovulmuş Şeytan mömin insanları hansı iki əməldən daha çox saxlamağa çalışar?!
Möminlərə, xüsusi ilə də Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir.
İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, insanları ovlamaq üçün şeytanın tələləri vardır.
-Ən böyük tələlərdən biri insanı &oum
Gözdəymə sözü ilə tanışlıq!
Məhəmməd Hüseyn ibni Xələf Təbrizinin "Bürhan” kitabında göz dəymə barədə deyilir: "Gözdəymə insanlarda bir şeyi görüb tərifləməklə ona zərər, nöqsan gətirilməsidir”
Gözdəymə hadisəsi insanların baxışından sonra ortaya &cce
Necə edək ki, hikmət bulaqları bizim də qəlbimizə axsın?!
Hədislərdə oxuyuruq ki, hər kim 40 gün ərzində Allah üçün niyyətini xalis edərsə, hikmət bulaqları qəlbindən dilinə axar. Bəs ixlasın bu dərəcəsinə necə çata bilərik?
Bəli, bir yol vardır ki, ariflər ixlas əldə etmək üçün 40 gün ondan istifadə edirlər. Bu yollar müşaritə, müraqibə və mühasibədir.
Hər kim bu məqama çatmaq istəyirsə, gərək hər səhər özü ilə şərt kəssin ki, günahlardan uzaq olacaqdır və ya hansısa məkruh işləri yerinə yetirməyəcəkdir. Sonra səhərdən axşama qədər nəfsinə nəzarət etsin və baxsın görsün, günah edirmi? ...
Günah edən insan, tövbə etmədən bağışlana bilərmi?!
Alimlər buyurur ki, əgər insan etdiyi günaha görə peşman olar və onu təkrar etməmək qərarına gələrsə – bu, həqiqi tövbə olar. Belə bir tövbənin qəbul olması isə qətidir. Ona görə də insan baxmayaraq ki, dilində istiğfar etməmişdir, ya tövbə etdiyini elan etməmişdir – ancaq əməli baxımdan o, tövbə etmiş sayılır. Ancaq yaxşı olardı ki, insan dilində və qəlbində istiğfar zikrini də söyləyərdi.
Başqa bir tərəfdən deyə bilərik ki, Rəhim Allah insanın bəzi günahlarını, tövbə etməsə belə, bağışlayır. İnsan bundan peşman olsa və təkrarlamamaq qərarına gəlsə. Lakin, tövbə elə bir haldır ki, insana daha çox lütf bəxş edir. Onun Allaha yaxınlaşmasına səbəb olur...
Hədislərə əsasən beş ilahi ruzi olanlar nələrdir?!
Maddi və qeyri maddi olan ruzilər:
1. Allahın məhəbbətini qəlbində daşımaq. Bunu yəqin bilin ki, qəlbində Allahı sevmək - o ruzidir.
2. Yaxşı işlərə meyil etmək. Yaxşı işlərə meyil etmək – ruzidir. Bu zaman siz kiminsə qəlbini şad edirsiniz və ya işinin düyününü açırsınız, ya əlindən tutursunuz – bütün bu əməllər ruzidir.
3. Dost. Əgər elə dostunuz varsa ki, sizin tərəqqi etməyinizə yardım edir – bunun özü də ruzidir.
4. Müəllim. Hər kim sizin həyat tərzinizə müsbət təsirlər qoya bilirsə, o, sizin üçün müəllimdir və bu müəllimin olması – ruzidir.
5. Halal qazanc. Hər kim halal yolla maddi qazanc əldə edərsə, bu onun üçün ən böyük nemət və ruzi hesab olunar...
İmam Sadiq (ə) Yağış yağmasının fayda və hikmətləri haqda Səhabəsi Mufəzzələ nə buyurdu?!
İmam Sadiq (ə): Ey Müfəzzəl! Yağışın yağmasının hikməti haqda təfəkkür et. Məsləhət belə olmuşdur ki, yağış hündürlükdən yerə tökülsün ki, uca və hündür nöqtələr lazımı qədər suvarsın. Əgər yağış aşağıdan yağsaydı, bəzi hündür yerlərə yetişməzdi. Nəhayət tarlaların sayı azalardı.
Yağışın yağmağı ilə torpaq dirilir, geniş çöllər və dağların ətəyi çəmənliyə çevrilir,həm də bu yolla su daşımaq insanların boynundan götürülür.
Həmçinin belə məsləhət görülmüşdür ki, yağış damla-damla və yavaş-yavaş yağsın və bu yolla torpağı suvarsın. Əgər yağış surətlə yağsaydı tarlalar məhv olardı. Bəs onun tədricən yağmağı torpaqda olan toxumların göyərməsi və onların canlanması üçün əlverişlidir.
Ata-ana övladının şəxsiyyətin və əməllərini dəyərləndirmək üçün onu necə əzizləməlidir?!
Ata-ana övladını 4 cür öpməlidir və hər bir öpüşün də xüsusi mənası vardır.
Allah-Taalaya (c.c) bəndəlikdə Ona sitayiş və səna demək başlanğıc nöqtədir!
Bu şərafətli dua Allaha həmd-səna ilə başlayır: \"Allahım, sənə həmd ilə sitayişə başlayıram. Bu səs-küylü dünyada Allahı düşünmək yolunda bir çox maniələr vardır. İnsanın yeganə səadət yolu Allaha bəndəlik və ona itaətdir. Başqa işlər bu həqiqətin müqəddiməsi hökmündədir. Lakin çox təəssüf olunur ki, xalqın əksəriyyəti bu həqiqətdən xəbərsizdir; hər şeyi düşünürlər, insanın həqiqi səadətini və təkamülünü təmin edən Allahı isə yox!
Ramazan çatdıqda Allahı düşünməyin maneələri azalır, dua və ibadət üçün münasib şərait yaranır. Bu dua və ibadət baharında aşiqlər öz Məbudunu yada salıb zümzümə edirlər. Bütün varlıqları ilə Onu çağırır və Onu istəyirlər. Bəs Allahın dua və ibadət şəraiti yaratdığı bu baharda biz necə dua edək?...
İslam maarifində \"Hərəm” nə deməkdir?
Allah-Taala Həzrət Adəm (əleyhissalam)-ı behiştdən xaric edərək onu Səfa dağına atdı. O zaman Adəm (əleyhissalam) özünü qaranlıq bir aləmdə hiss etdi. Allahın əmri ilə bir dürr Kəbənin yerində qərar tutdu. Bu dürrün ziyası (işığı) Məkkənin dağlarına yayıldı. Bu dürrün nurunun əhatə etdiyi o sahəyə \"hərəm” deyərlər. Hərəmi müəyyən əlamətləri ilə hüdudlanıbdır.
1. Hərəmin şimal tərəfi məscidi-Tənimlə məhdudlaşır ki, bu məscid Mədinə yolunun üstündədir və Məscidül-Hərama qədər 6 km məsafəsi var.
2. Cənub tərəfi \"izaətül-ləbən” məntəqəsi ilə məhdudlaşır. Yəmən yolunun üstündə qərar tutub və Məscidül-Hərama qədər 12 km məsafədə yerləşir.
3. Şərq tərəfdən Taif yolunun üstündəki \"Cəranə” məntəqəsi ilə məhdudlaşır...