Düşünmədən sizlərə pislik edən adamla necə rəftar etməlisiniz?

Düşünmədən sizlərə pislik edən adamla necə rəftar etməlisiniz? İbn Sina Şəhərlərin birindən keçəndə qəhvəxanaya dönür. Atını bir ağaca bağlayır, qarşısına bir az saman və yonca tökür. Özü isə qəhvəxanada bir yerdə oturub yemək yeməyə başlayır. Bu zaman uzunqulağa minmiş bir nəfər də oraya gəlir. O ulağını Əbu Əli Sinanın atının yanında bağlayır ki, onun atının yemindən yesin. Özü də gəlib tanımadığı məşhur alim Əbu Əli Sinanın yanında oturur. Əbu Əli Sina ona deyir: - Ulağını mənim atımın yanında bağlama. İndi ulağ onun yoncasından yeyəcək və at da təpik atıb sənin ulağının vurub qıçını sındıracaq. Ulağ sahibi onun sözlərini eşitməməzliyə vurur və əhəmiyyət vermədən yemək yeməyə məşğul olur. Birdən at təpik atıb uzunqulağın qıçını sındırır... Əbu Əli Sina orada sonradan dillərə düşmüş bu məşhur kəlamı deyir: “Əbləhlərin cavabı susmaqdır”.



İslamın gözəlliklərini hansı əməllə qazanmaq olar?!

İslamın gözəlliklərini hansı əməllə qazanmaq olar?! -İ. Əli (ə) buyurur: “Həya – bütün yaxşılıqların xəmir mayasıdır”. “Həya, bütün yaxşılıqların açarıdır”. “Dünyanın ən gözəl libası – həya libasıdır”. -İmam. Sadiq (ə): “İmanı yoxdur o kəsin ki, həyası yoxdur”. -Hz Peyğəmbər (s) buyurur: “Dinin bütün yaxşılıqları – həyadadır”.
Ona görə də o kəs ki, həya libasını əynindən çıxardar, əql və imandan uzaq olar. Hər nə qədər insanın ağlı və kamalı çox olarsa, həyası da çox olar. Allahdan, insanlardan, özündən həya edər. Valideyn gərək övlad tərbiyəsində həya mövzusuna diqqət göstərsin və övladının bu fəzilətli sifətə yiyələnməsinə yardım etsin. Çünki o qız və oğlan ki, həyanı öyrənməz, hicabı öyrənməz, özünü kontrol etməyi öyrənməz, güzəşti, məhəbbəti, ehtiramı öyrənməz – insan olmağı öyrənməz. Bu da insanlığın ölməsi deməkdir.



Hansı 6 əməl altı ilahi peyğəmbərlərin məqam və savabını qazandırar?

Rəsuli-əkrəm (s) buyurmuşdur:
1. Təqvalı alimin əcri İsa ibn Məryəmin (ə) əcrinə bənzəyir.
2. Səxavətli varlının əcri İbrahim Xəlil peyğəmbərin (ə) əcrinə bənzəyir.
3. Səbirli fəqirin əcri Əyyubun (ə) əcrinə bənzəyir.
4. Ədalətli rəhbərin əcri Süleyman ibn Davudun (ə) əcrinə bənzəyir.
5. Tövbəkar cavanın əcri Yəhya ibn Zəkəriyyanın (ə) əcrinə bənzəyir.
6. Məhrum qadının əcri Məryəmin (ə) əcrinə bənzəyir.



Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar?

Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar? İslam maarifinə əsasən Qənaətin gətirdiyi səmərələr:
1. İzzəti-nəfs. Tamah insan nəfsini zəlil edər. Həzrət Əli (ə) buyurur: “O kəs ki, canını tamahkarlıqla örtər, özünü alçaq etmiş olar. O kəs ki, çətinliklərinin sirrini aşkar edər, xar olmasına razı olar. O kəs ki, dilini özünə hakim edər, özünü dəyərsiz etmiş olar”.
2. Təyyib həyata malik olar. Həzrət Əli (ə) buyurur: “Qənaət - həyatın ən xoş növüdür”.
3. Malını infaq etməyə qadir olar. İmam Əli (ə) buyurur: “İnsan üçün necə də gözəldir ki, aza qənaət edər, çoxunu bağışlayar”.
4. Dini sağlam olar. İ. Əli (ə): “Öz dininin salamat olması üçün dünyanızın az miqdarı ilə qənaət edin. Həqiqətən, dünyanın az miqdarından bəhrələnmək mömini qane edər”.
5. Nəfsini islah edər. İmam Əli (ə)“Qənaət, nəfsi islah etmək üçün ən çox yardım edəndir”...



İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar?

İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar? Tamah elə bir rəzil sifətdir ki, insanın şəxsiyyətini alçaldar və dəyərini azaldar. İnsan özünü dünyanın əsiri edər. İzzətini onun qarşılığında satar və abrını əldən verər. Tamahın fərdi və ictimai təsirləri vardır ki, onlarla tanış olaq: 1. Tamah insanı bir çox günahlara salar. O cümlədən: yalan, xəyanət, zülm, insanların haqqını qəsb etmək...
2. Tamah insanı Allahdan uzaqlaşdırar və Allah bəndələrinin nəzərində onu kiçildər.
3. Tamahkar o qədər mal toplayar ki, ondan faydalanmaz, başqası faydalanar.
4. Tamah – insanın Allaha sui-zənn etməsinin nəticəsidir. İmam Sadiq (ə) buyurur: “Əgər gözünün aydın olmasını istəyirsənsə, dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, başqalarının malik olduqlarından tamah gözünü çək”...



Övladlarımızı təbiyə edən zaman hansı nəsihətləri edək?

Övladlarımızı təbiyə edən zaman hansı nəsihətləri edək? Valideyin övladına nəsihət edərkən bu cümlələri xatırlatmağı unutmamalıdır:
1-Övladım üç dəstə insanlar sənin dayağındırlar onlardan qorxma söz dinlə: Ata, Ana və Qardaşın,
2-Övladım dünya və axirət xoşbəxtliyi üçün üç şeydən uzaqlaşma, Quran, iman və duadan,
3-Övladım rahat yaşamanı istəyirsənsə üç işi görmə: Yalan danışmağı, riyakarlığı və zinakarlıqdan uzaq ol,
4-Övladım üç şeydən uzaq dur: Oğurluq, arsızlıq (laqeydlik) və həyasızlıq - günahlarına bəhanə düzəltməkdən,
5-Övladım üç şeydən qaç ziyanı dəyməsin sənə: Qeybətdən, pis söz danışmaqdan və görmədiyinə tez inanmaqdan...



Dini təmsil edən şəxslər (ruhanilər) əsasən nəyə diqqət yetiməlidrlər?

Dini təmsil edən şəxslər (ruhanilər) əsasən nəyə diqqət yetiməlidrlər? Başqalarını dindən qaçırtmayaq. Nəql edilir ki, Şeyx Muhəmməd Bafiqi Yəzdi uzun müddət ağlayır və şagirdi ona deyir: "Müəllim, uzun zamandır ki, ağlayırsınız, niyə?" Deyir: "Göz yaşım dinə görədir ki, bu qədər dünyada dinsizlik və qeyri-müsəlmanlıq yaratmışam". Şagirdi deyir: "Nə əlaqəsi var? Sizin başqalarının dinsiz olmasında nə rolunuz olub ki?" Alim deyir: "Nalayiq əməllərimiz, yanlış rəftarlarımız, yersiz sözlərimiz bais olur ki, bu qədər qeyri-müsəlman dinə üz çevirməsin. Yanlış yola qədəm bassın. Əgər biz İmam Əli (ə) davamçıları dini təlimlərə düzgün əməl etsəydik, dünyada bir dənə də olsa qeyri-müsəlman qalmazdı. Hamı müsəlman olardı. Çünki insanlar fitrəti baxımında eşqi, sevgini, ədaləti, sədaqəti sevir. Əgər biz İslama əməl etsəydik, hamı müsəlman olardı".



Mömin şəxs tərbiyədə birinci nəyə diqqət yetirməlidir?

Mömin şəxs tərbiyədə birinci nəyə diqqət yetirməlidir? Alimlərdən biri belə vəsiyyət edir ki, qəbir daşına bu sözləri yazsınlar: "Uşaq olan zaman dünyanı dəyişdirməyə çalışırdım. O zaman ki, böyüdüm, gördüm ki, dünya çox böyükdür. Yaxşı olar ki, ölkəmi dəyişəm. Orta yaş həddində şəhərimi dəyişməyi qərara aldım. Onu da böyük gördüm. Yaşlaşan zaman ailəmi dəyişməyi qərara aldım. İndi ki, ölüm ayağındayam, başa düşdüm ki, gərək ilk gündən özümü dəyişdirməyi düşünərdim. Bəlkə o zaman dünyanı və başqalarını dəyişdirə bilərdim".



Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz?

Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq. Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir.
İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın ne`mətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz? Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz...



Dörd peyğəmbərdən (ə) hansı dörd söz qalıb?

Dörd peyğəmbərdən (ə) hansı dörd söz qalıb? İ. Baqir (ə) buyurub: 4 peyğəmbərdən (ə) dörd söz qalıb: Hz Musadan (ə) “Hər kim pis dostdan qırılsa, sanki Tövrata əməl edib”, Hz Davuddan (ə) “Hər kəs nəfsani istəklərdən uzaq olsa sanki Zəbura əməl edib”, Hz İsadan (ə) “Hər kəs Allahın qismətinə razı olsa sanki İncilə əməl edib”, Hz Məhəmməddən (s) isə “Hər kəs dilinə hakim olsa sanki bütün Qurana əməl edib.”
İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət olsa dini kamil, günahları bağışlanmış və ölüm zamanı da Allah ondan razı olar. Biri odur ki, camaatla əhd-peyman bağladığı zaman Allaha xatir ona riayət etsin. İkincisi, dili həmişə doğru söz danışsın. Üçüncüsü, Allah yanında və camaat nəzərində pis hesab olunan işdən çəkinsin. Dördüncüsü, ailəsi və övladlarına qarşı xoş xasiyyət olsun.”...




Öncəki
Sonrakı