İnanclı insan naməlumun iradəsini şərh etmək kimi icraolunmaz bir vəzifəni öz boynuna götürür, bununla da özünü absurd suallar qarşısına atır ?!


    K.Hitçens: “Allaha inanırsınızsa belə, onun sizin qarşınızda özünə haqq qazandırmalı olduğunu təsəvvür etmək ağlasığmazdı. Buna baxmayaraq, inanclı insan naməlumun iradəsini şərh etmək kimi icraolunmaz bir vəzifəni öz boynuna götürür, bununla da özünü  absurd suallar qarşısına atır”.

CAVAB:  Belə çıxır ki, bir kəsə inanırsınızsa, o sizin qarşınızda özünü haqlı hesab etməməlidir. Yəni bu məntiqə əsasən, inandığın kəs sənin qarşında özünün haqlı olduğunu təsəvvür etməməlidir. Bu cüzi bir məsələdir, yoxsa, külli?

Əgər insan bir şəxsə inansa və həmin şəxs özünü yalançı hesab etsə, ona inanmaq olarmı? Əlbəttə ki, xeyr.

Desələr ki, bu məsələ yalnız Allahla bağlıdır, onda sizin dəliliniz nədir? Heç bir ağıl sahibi bunu qəbul etmir. Mömin hansı naməlumun iradəsini şərh etməyi öz öhdə­sinə götürmüşdür?

Ateistlər demək istəyir ki, Allah naməlum varlıqdır. Halbuki məsələ heç də belə deyil. Allah mömin üçün mə­lum varlıqdır, dini məsələlər tamamilə şəffafdır və hər bir dini məsələdəki sualla bağlı mömin özünə cavablar tapır, ağlının yol göstərməsi əsasında hərəkət edir. Şübhəsiz, ateistlərlə möminlər arasında ciddi fərqlər var və siz bunu dərk edə bilmirsiniz, özünüzü ağıllı, digərlərini isə ağılsız hesab edirsiniz, halbuki məsələ bunun əksinədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter