Hz Peyğəmbərin (s) baxışında münafiq insanın 4 əlaməti var?!


Hz Peyğəmbərin (s) baxışında münafiq insanın 4 əlaməti var?!Allah Rəsulu (s) münafiqləri 4 sifətlə tanıtdırır və insanları bu kimi simaya sahib olan şəxslərdən kənar olmağı tövsiyə edir. Peyğəmbər buyurub (s):
“Bu 4 xislət kimdə olarsa o əsl münafiqdir və ya bu sifətlərdə hər hansı birisi bir kəsdə olarsa, onda münafiqlikdən əlamət vardır:
1-Ona bir şey əmanət edildikdə xəyanət edər.
2- Danışdıqda yalan danışar.
3- Söz verdikdə sözünə dönük çıxar.
4- Düşmənçilik edəndə haqqa(insafa, ədalətə) riayət etməz.”


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?İmam Sadiq (ə) haqq və doğru yolda olanı 3 sifət və xarakterlə bəyan edir. Bu 3 sifət insanın tövbə edib, rəbbinə doğru yol almasının nişanələridir. Ola bilsin ki, hər bir insan, hər bir mömin özünün doğru yolda olduğunu düşünsün. Lakin bununla belə özünü Əhli-Beytin (ə) “hikmət tərəzisində” yoxlasa onun üçün daha xeyirli olar. İmam (ə) buyurub: -“Haqqı bəyan edən (doğru yolda olan) bu 3 sifətlə tanınar:
-Baxılsın yoldaşlarına ki, kiminlə yoldaşlıq edir.
-Namazlarının keyfiyyətinə və necəliyinə baxılsın.
-Namazlarının vaxtına baxılsın.” (Məhasin 1/396)


Namazın son səcdəsində tövsiyə olunan mühüm zikrlər hansılardır?


Namazın son səcdəsində tövsiyə olunan mühüm zikrlər hansılardır?Hz. Zəhra (s.ə) buyurub: “İstədim rəbbimlə söhbət edəm namaz qıldım, istədim Rəbbim mənimlə danışsın Quran oxudum.”
İmam Baqir (ə) buyurub: “Vacib namazın səcdəsində Allahdan ruzi istəmək niyyəti ilə belə de: يَا خَيْرَ اَلْمَسْئُولِينَ وَ يَا خَيْرَ اَلْمُعْطِينَ اُرْزُقْنِي وَ اُرْزُقْ عِيَالِي مِنْ فَضْلِكَ‏ اَلْوَاسِعِ فَإِنَّكَ‏ ذُو اَلْفَضْلِ اَلْعَظِيمِ‏ Ya xeyrəl-məsulin və ya xeyrəl-mutin! Urzuqni. Vər-zuq iyali min fədlik. Fə innəkə zul-fədlil-əzim.
Ey çağırılıb dua edilənlərin ən xeyirlisi. Ey əta edənlərin ən xeyirlisi. Mənə və ailəmə Öz fəzl və rəhmətindən ruzi əta eylə. Həqiqətən Sən böyük fəzl və əzəmət sahibisən.” (Kafi-2)


İslam maarifinə əsasən Günahları təmizləmək üçün hansı 15 əməlləri etmək lazımdır?


İslam maarifinə əsasən Günahları təmizləmək üçün hansı 15 əməlləri etmək lazımdır?Günahları təmizləmək üçün İslam maarifindən 15 göstəriş:
1-Düzgün etiqad. Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Kəsə ki, məni insanları hidayət etmək üçün məbus etmişdir! Allah, Onun yeganə olmasına inanan şəxsi cəhənnəmdə daima saxlamaz, məgər onları şəfaət edər”.
2. İsitğfar. Həzrət Peyğəmbər (s) buyurur: “Tövbə edən Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günahı etməmişdir”.
3. Zikr. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir dəstə yoxdur ki, (Allahı yada salar), məgər o halda ki, Allah Təala tərəfindən onlara nida çatar: “Qalxın! Allah pisliklərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahlarınızı bağışladı””...


Namaz qılan hansı əməl sahiblərinə Allah-Taala (c.c) namazlarının qəbul olmamasına xəbərdarlıq edir?


Namaz qılan hansı əməl sahiblərinə Allah-Taala (c.c) namazlarının qəbul olmamasına xəbərdarlıq edir?Çoxlarımız “Maun” surəsini oxumuşuq və bu surənin 4-cü ayəsində oxuyuruq: “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 4-5). Bu ayədən göründüyü kimi hər bir namazın dəyəri yoxdur. Hər bir namaz dinin sütunu deyildir. Bəs bu hansı namazlardır?
1. Qiyamətə qarşı diqqətsiz olmaq. “(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?”. (“Maun” 1).
2. Yetimlərə qarşı laqeyd olmaq. “Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar. Və yoxsulları yedirtməyə rəğbətləndirməz”. (“Maun” 2)
3. Namazı yüngül hesab etmək. “Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 5).
4. Simiclik. Bu insanlar zəkatı, yardımı, infaqı, sədəqəni əsirgəyərlər. O namazqılan ki, insanlara xidmət etməkdən qafil olar, onalara infaqdan da qafil olar və simiclik edər.


Namaz qılmayan insan kafir olurmu?


Namaz qılmayan insan kafir olurmu?Kafir - o kəsdir ki, Allahın varlığını, ya Qiyamət gününü, ya peyğəmbərlərin (ə) risalətini, ya da dini zərurətlərindən birini inkar edər. Bu cür insan dinin nəzərində xüsusi hökmlərə malikdir. Lakin insan əgər namaz qılmırsa, kafir sayılmaz. O zaman kafir sayılar ki, bilərəkdən və agah şəkildə bu vacibatı inkar edər, onu tərk edər. Lakin o insan ki, cahil və ya tənbəl olduğu üçün namazı qılmaz və ya tərk edər - kafir deyildir. Gərək tövbə edib bu vacibatı yenidən yerinə yetirsin. Belə ki, Ayətullahül-üzma Xameneyi buyurur: “Namazı, orucu və başqa vacibatları tərk etmək müsəlmanın kafir və nəcis olması demək deyildir. O zamana qədər ki, kafirliyi sübut olmayıb, başqa müsəlmanların hökmündə sayılır”...


Ticarətdə bahaçılıq yaradan insanların şəxsiyyəti haqda məsumlar nə buyurmuşlar?


Ticarətdə bahaçılıq yaradan insanların şəxsiyyəti haqda məsumlar nə buyurmuşlar?Dinimiz buyurur ki, möhtəkirlik cəmiyyətə həm iqtisadi, həm də mənəvi zərbə vurur. İmam Əlidən (ə) nəql edirlər: «Möhtəkirlik məhrumiyyətə səbəb olar». İmam Əlinin (ə) Malik Əştərə buyurur: «(Misir Valisi!) Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyib və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir». -İmam Əli (ə): «Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur».
Peyğəmbərdən (s) nəql olunur: «Hər kəs qida məhsulunu bahalaşma ümidi ilə qırx gün saxlasa, Allahdan bezar olmuşdur və Allah da ondan bezardır».


Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı?


Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı? Cavab 1: Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olmalıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində yeriməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur. Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı asfaltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara sürtməklə pak olmur. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.177-178 Cavab 2: Yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz... Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.200-201


Allah-Taalaya (c.c) inam insanın həyatında nə rol oynayır?


Allah-Taalaya (c.c) inam insanın həyatında nə rol oynayır? Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur. Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.


İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur?


İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur? Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Körpə qızcığazı yaxşı işlərə həvəsləndirmək üçün ona sırğa almağınız da ibadətdir. Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur. Bəli, günü kitabxanada keçən insan cəhənnəmə, mətbəxdə ömrünü başa vuran aşpazın behiştə getməsi mümkündür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter