Allah Təala Quranda 91 vədə vermişdir. Bu vədələr nə ilə bağlıdır?


Bunu nəzərə almaq lazımdır ki, ancaq Allahın vədəsinə inanmaq olar, çünki ancaq bu vədələr haqdır. “Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər”. (“Yunus” 55). Allahın verdiyi bəzi vədələrə nəzər salaq.
- Bağışlanma və əcr vədəsi. Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (Maidə- 9).
- Məad və Qiyamət vədəsi. Allahın Quranda insana ən çox verdiyi vədələr Qiyamət və məadla bağlıdır. “Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir”. (“Yunus” 4).
- Behişt vədəsi. Quranda gözə dəyən vədələrdən biri də behişt vədəsidir. Allah möminləri behiştlə müjdələyir. “İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!”. (“Nisa” 122).


Vədə nədir, vəid nədir? Vəid nə vaxt işə salınmır?


Vədə - lüğətdə əhd mənasını verən kəlmədir. Yəni, bir işi görmək üçün üzərinə öhdəlik götürürsən. Bu iş xeyir də ola bilər, şər də.
Vəid – deyildikdə, vədədən götürülmüş xəbər nəzərdə tutulur ki, ancaq mənfi səciyyəli vədələr barəsində istifadə olunur.
Bu iki kəlmə arasındakı əsas fərq – onların istifadəsindədir. Vədə sözü həm xeyir və həm də şər işlərdə istifadə olunur, vəid isə ancaq mənfi işlərində istifadə olunur. Vədə ilə vəid sözünün başqa bir fərqi isə budur ki, Allah verdiyi hər bir vədəsinə əməl edəndir və elə olmamışdır ki, vədə versin və ona əməl etməsin. Ancaq vəidə əməl etməmək bəzən bəyənilən hesab olunur, yəni cəza və əzab verməmək. Allah bu yolla öz kərəmini izhar edər.


Gündəlik məsələlərdə diqqət etmədiyimiz haqqun-nas günahlar!


Bizə kiçik görünən, amma haqqun-nasa aid olan gündəlik məsələlər! Əgər müasir həyata nəzər salsaq, görərik ki, başdan-başa ifrat və təfritlə doludur. Bəzi insanlar pak olmaq və nəcisdən uzaq olmaqlarına bəzən o qədər çox diqqət edirlər ki, haqqun-nasa qarşı bu diqqətin az hissəsi dıə olmur. Halbuki, İslam dini buyurur ki, özünüzü pak və nəcis mövzularında çətinliyə salmayın. Ancaq haqqun-nasa çox diqqət edin.
Haqqun-nas hesab olunan və insanların diqqətinə gəlməyən bəzi əməllər ilə tanış olaq:
- Maşını elə yerdə saxlamaq ki, insanların get-gəlinə mane olsun.
- Maşınların qarşısında saxlamaq və onların çıxmasına mane olmaq.
- Üzrsüz səbəbə uzun-uzadı siqnal vermək.
- Piyadanın qırmızı işıqda maşınların önündən keçməsi...


Həzrəti Peyğəmbərdən (s) yol göstərən tapşırıqlar!


Məcaşə adlı bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, “Allaha mərifət yolu haradadır?”. Həzrət (s) buyurur: “Özünü tanımaqda”.
Soruşur: “Allaha gedən yol hansıdır?”. Həzrət (s) buyurur: “Nəfsinlə müxalifətlik etməkdə”.
Soruşur: “Allahın razılığını əldə etməyin yolu hansıdır?”. Həzrət (s) buyurur: “Nəfsi qəzəbləndirməkdə”.
Soruşur: “Həqiqətə çatmaq yolu hansıdır?”. Həzrət (s) buyurur: ““Mən”indən hicrət etməkdə”.
Soruşur: “Allah itaətini əldə etməyin yolu hansıdır?”.Buyurur: “Nəfsə itaətsizlik etməkdə”...


Hz Əli (ə)-ın hədisinə əsasən Həqiqi yetim kimdir?


“Əmirəl-möminin (ə) buyurur ki, yetim o kəs deyildir ki, atası ölmüş və getmişdir. Yetim – elm və ədəb yetimi olandır. O kəsin ki, kamalı olmaz, mərifəti və təqva əldə etməz – o, həqiqi yetim olar. İnsanlar həqiqətən də yetimdirlər. Daş daşdan, torpaq torpaqdan rəng alar və təsirlənər. Bir budaq başqa budağa calaq edilər. Ey cavanlar! Dinimiz nəzarət, hesab vermək və diqqət etmək mövzularına çox əhəmiyyət verir. İnsanın kiminlə dost olması mövzusu da dinimizin nəzərində çox mühümdür. İnsana təsir edən amillər çoxdur: ailə mühiti, valideynlərin tərbiyəsi və əxlaqı, dostları, müəllimləri, hətta yaşadığı məhəlləsi belə. Hz Peyğəmbər (s) buyururdu ki, övladlarınızı dayəyə verən zaman o dayənin əxlaqına və adət-ənənələrinə diqqət edin. Çünki onun bütün bu sifətləri süd vasitəsilə övladınıza keçəcəkdir.
Övladınıza təhsil verən müəllimlər də o cürdür. Müəllimlərin əxlaqı və elmi, ədəbi – çox mühüm mövzulardandır ki, valideyn bunlara diqqət etməlidir...


Məsumların hədislərinə əsasən haqq tərəfdarları hansı xüsusiyyətlərə malikdirlər?!


İmam Sadiq (ə) buyurur: “Həqiqi imanın nişanəsi odur ki, haqqı zahirdə ziyanınıza olsa belə, qəbul edəsiniz. Batili faydanıza olsa belə, qəbul etməyəsiniz”.Haqq tərəfdarlarını bu nişanələr ilə tanımaq olar:
1. Qəzəbdən uzaq olarlar. Haqq tərəfdarı olan insan, həyatının üç halında: xoşluqda, qəzəbdə və qüdrətdə haqqa əməl etməkdən çəkinməz.
2. İnsanlara qarşı insaflı olar. Haqq tərəfdarı olan şəxsin nişanələrindən biri də insaflı olmaqdır. Hz Peyğəmbər (s): “Həqiqi mömin o kəsdir ki, insanlarla rəftarda insaflı olar”.
3. Nəsihəti qəbul edər. İmam Əli (ə) buyurur: “Nəsihəti qəbul etmək – insanın üstünlüyünün və müvəffəqiyyətinin nişanəsidir”.
4. Dindarlıq. İmam Səccad (ə) buyurur: “Heç bir ibadət, dinə elm və həmahənglikdən başqası ilə həyata keçməz”.Deyerler



Hz Peyğəmbərin (s) hədisinə əsasən Ən yaxşı ev hansıdır?


Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir. Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar. Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”...


Hz Peyğəmbərin (s) hədisinə əsasən Ən yaxşı ev hansıdır?


Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir. Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar. Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”...


Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni Cinləri necə dəf etmək haqda hansı tapşırıqları etmişdir?!


Böyük İslam alimlərindən olan Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni cinlərin dəf olunması mövzusu haqqında buyurmuşdur: “Şeytan davamlı olaraq öz cin və insdən olan ordusunu möminlərin yolunu bağlamaq üçün hərəkətə gətirər. Bu bəladan nicat yolu isə Allaha təvəkkül edib, Ondan qeyrisindən əlini üzməkdir. Çünki hər şey Onun qüdrətindən və iradəsindən asılıdır”. Alim buyurur: “Bununla yanaşı bəzi tövsiyələrim vardır ki, onlara əməl edəsiniz:
1. Yaxşı olar ki, hər namazdan əvvəl siz və ailəniz bu zikri deyəsiniz: أعوذُ بِاللهِ مِن هَمَزاتِ الشَّياطينَ و أعوذُ بِاللهِ أن يَحضُرونَ
2. Yaxşı olar ki, yaşadığınız mənzillər yerə yaxın olsun. Əgər çarəsiz yuxarı mərtəbələrdə yaşayırsınızsa, onda evinizin dörd küncünə “Ayətül-kürsü”nü yazıb yapışdırın.
3. Çalışın ki, həmişə dəstəmazlı olasınız. Səhər açılan zaman bir qədər kündür yandırın...


Evliliyin müvəffəq olması üçün Qurani-Kərimin hansı 5 meyarı buyurmuşdur?!


Qurani-Kərim, insanı səadətə çatdırmaq üçün nazil olmuşdur. İnsan ictimai varlıq olduğu üçün, onun ailəyə və dostlara ehtiyacı olar. Çünki bu zaman əskiklərini tamamlayar və kamala çatmaq üçün zəminələr əldə edər. Quranın nəzərinə görə, müvəffəq evliliyin bəzi meyarları vardır ki, hər bir müsəlman ona diqqət etməlidir. Əgər xoşbəxt ailəyə malik olmaq istəyiriksə, Quranın tövsiyələrinə əməl edək.
1- İslam və iman. Dinimizin nəzərinə görə, bir evliliyin müvəffəq olmasının ilk amili – İslam dinini qəbul etmək və imana malik olmaqdır. Ailə quran qız və oğlan eyni dinə və eyni əqidəyə malik olan zaman, xoşbəxt ailə qura bilərlər. “Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından – hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter