[not-group=5] ----- [/not-group]Müsəlman şəxsin sevmədiyi amma faydası olan iki həqiqət hansılardır?

Müsəlman şəxsin sevmədiyi amma faydası olan iki həqiqət hansılardır? Hz Peyğəmbər (s) buyurur: "Adəm övladı üçün iki həqiqət var ki xoşa gəlməzdir, amma həqiqətdə faydalı məsələlərdir:
1-Ölüm (haqq aləminə keçid) ki həqiqətdə bu hadisə mömin şəxs üçün bəla və çətinliklərdən rahatlaşmaqdır.
2-Malın və ruzinin az olması, bir halda ki, qazancın az olması həqiqətdə qiyamət günü hesab-kitab zamanı sorğuların yüngül olmasına səbəbdir. (Mənbə, Xilas kitabı, cild: 1, səh: 74).



[not-group=5] ----- [/not-group]Hansı günah əməldir ki əzabı axirətə qalmaz?

Hansı günah əməldir ki əzabı axirətə qalmaz? Əbu Həmzə Sumali İmam Baqirdən (ə) rəvayət nəql edir ki həzrət buyurdu: "Atamın ölümü yetişən zaman məni qucaqına alıb və dedi: "Oğlum sənə bir şey haqda tapşırıram ki, atam da can verən zaman mənə bu günahdan çəkinmək haqda tapşırıq vermiş və demişdi: "Allahdan başqa sığınacağı olmayan şəxsə zülm etməkdən çəkin... (Yiyəsiz şəxsin zülmünün əzabını Allah verər...) Mənbə: Xilas kitabı, cild/1, səh: 16.



[not-group=5] ----- [/not-group]Niyə behişt və cəhənnəm əbədidir?

Niyə behişt və cəhənnəm əbədidir? İbni Haşim nəql edir: “Həzrət Əba Abdullahdan (ə) behiştlə cəhənnəmin cavidan olmasının sirri barəsində soruşdum.
Həzrət (ə) buyurdu: “Cəhənnəm əhli cəhənnəmdə ona görə əbədidirlər ki, niyyətləri bu olmuşdur: əgər dünyada həmişəlik olsalar, Allah Təalaya üsyan və itaətsizlik etsinlər. Behişt əhli ona görə cavidan behiştdədirlər ki, dünyada niyyətləri bu olmuşdur: əgər dünyada qalıcı olsalar, davamlı olaraq Allaha ibadət etsinlər. Ona görə də bu iki dəstənin niyyəti behişt və cəhənnəmdə əbədi olmaqlarına bais olmuşdur”. Sonra Həzrət (ə) bu ayəni tilavət edir: “De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir)”. (İsra|84).



[not-group=5] ----- [/not-group]Əbədi əzab nə deməkdir?

Əbədi əzab nə deməkdir? Bu məsələni izah etmək üçün üç şeyə diqqət etmək lazımdır:
1. Əbədi cəza. Bu, o insanlara aiddir ki, nicat qapısı üzlərinə bağlanmışdır. “Bəli, kim pis iş görsə və günahı onun bütün vücudunu əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”. (“Bəqərə” 81).
2. Bəziləri belə düşünür ki, bir insana verilən cəza gərək günahın müddət və zamanı ölçüsündə olsun. Bu, yanlış fikirdir. Çünki günah ilə cəza arasında rabitə, zaman rabitəsi deyildir. Yəni cəzanın müddəti günahın keyfiyyətinə görə olur.
3. İnsanın Qiyamət günü düçar olacağı cəza onun əməl və günahına görə olacaqdır. “Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir” (“Casiyə” 33).



[not-group=5] ----- [/not-group]İnsan behiştdə də doğub-törəyirmi?

İnsan behiştdə də doğub-törəyirmi? Allahın yaratdığı hər aləmin öz qanunları var. Dünya və axirət qanunları bir-birindən fərqlənir. Məsələn, bədən dünyada yanmaqla məhv olursa, axirətdə heç bir təsir insanı yox etmir. Ayə və rəvayətlərdən məlum olur ki, qiyamət astanasında dəhşətli zəlzələlər qopur, dənizlər parçalanır, dağlar uçulur, günəş və ulduzlar sönür, bir sözlə, dünyanın nizamı pozulur. Əgər Quranda deyilirsə ki, behiştdə pak zövcələr var, demək, həmin zövcələr dünya qadınlarından tam fərqlənir. Bu zövcələr aylıq adət kimi xüsusiyyətlərdən kənardırlar. Dünyada bu xüsusiyyətlərdən məhrum qadın ana ola bilmir. Behiştdə övladlar da dünyadakı övladlar kimi deyil. Əgər dünyada hər bir istək tədricən həyata keçirsə, behişt əhlinin istəyi dərhal yerinə yetir. Quran buyurur: “Orada sizin üçün istədiyiniz hər şey var.” (Fussilət|31.) Əgər insanın istəyi dərhal həyata keçirsə, bətndə doqquz ay uşaq gəzdirmək məntiqsiz görünür.



[not-group=5] ----- [/not-group]Dünya və axirətin ən üstün əxlaqı hansı xasiyyətlərdir?

Dünya və axirətin ən üstün əxlaqı hansı xasiyyətlərdir? Cərrah Mədaini nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu: İstəyirsənmi ki, sənə deyim ən ali əxlaq hansılardır?”. Dedim: “Bəli”. Buyurdu: “Başqalarını əfv etmək, (mömin) qardaşına malından yardım etmək, Allahı çoxlu yada salmaq”.
1. Peyğəmbər (s) buy: “Dünya və axirətin ən üstün əxlaqını sizə deyimmi? Sənə zülm edənə güzəşt etmək, səninlə əlaqəsini kəsənlə rabitə qurmaq, sənə pislik edənə yaxşılıq etmək, səni məhrum edənə bəxşiş etmək”.
2. İmam Sadiq (ə): “Elə bir mömin yoxdur ki, zülm görmüş möminə yardım etsin, məgər o halda bu əməlin (savabı) Məscidul-Həramda bir ay oruc və etikaf etməkdən daha üstündür...
3. İmam Sadiq (ə) buyurur: “Allahı çoxlu yada salmaq. ... Agah olun. Məqsəd “Sübhənallah, Əlhəmdulillah, Lə iləhə illəllah, vallahu Əkbər” demək deyildir. Baxmayaraq ki, bu da Allahı yada salmaqdır. Ancaq məqsədim Allahı haram və halalının yanında yada salmaqdır.



[not-group=5] ----- [/not-group]O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur?

O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur? Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”. Belə bir sualı İmam Əliyə (ə) də vermişdilər və o, buyurmuşdu: “Quraqlığın Allahı, həmin dənizlərin də Allahıdır. Dənizlərin Allahı, göylərin də Allahıdır. Allah üçün fərqi yoxdur ki, insanın bədəni qəbirdə olsun, yoxsa heyvanların qarnında və ya başqa bir yerdə”...



[not-group=5] ----- [/not-group]Qəbr əzabından xilas olmaq üçün hansı 8 əməlləri etmək lazımdır?

Qəbr əzabından xilas olmaq üçün hansı 8 əməlləri etmək lazımdır? Hədislərimiz qəbir əzabından xilas olmağın bir neçə yollarını göstəriblər ki, onlara işarə edək.
1. Bəzi günahları tərk etmək. a). Dedi-qodu etmək. Əmirəl-möminin (ə) buyurur: “Qəbir əzabı dedi-qodu edən, nəcisindən paklanmayan, kişinin qadınından uzaqlaşmasından meydana gələr ki, öz yatağını ayırar. Yemək və yatmaqda ondan uzaq olar”. b). Neməti zay etmək. - c). Ailəsi ilə kobud olması.
2. Namazın rükusunu tam və kamil şəkildə yerinə yetirmək.
3. “Zuxruf” surəsini davamlı oxumaq.
4. Hər cümə “Nisa” surəsini oxumaq.



[not-group=5] ----- [/not-group]Nə üçün "Meyiti qəbrə tez qoymayın!" deyə tapşırılır?

Nə üçün "Meyiti qəbrə tez qoymayın!" deyə tapşırılır? Həzrət Əba Abdullah (ə) buyurur: “O zaman ki, mömin qardaşını qəbrə tərəf aparırsan, onu dərhal qəbrə qoyma, bu yolla qəbri və meyitin daxil olmasını onun üçün çətinləşdirmə. Bəlkə meyiti qəbrin aşağı hissəsindən 2-3 zərə (məsafə ölçüsüdür) fasilədə qərar ver ki, hazırlıq əldə etsin. Sonra onu qəbrin dibinə qoy və əgər bacarsan, üzünü torpağa toxundurasan. Ona görə də üzünü aç və torpağın üzərində qoy. Yaxşı olar ki, meyitin vəlisi meyitin başının cənub tərəfində dayansın və şeytandan Allaha pənah aparıb, sonra “Fatihə”ni, “Nas”ı, “Fələq”i, “İxlas”ı, “Ayətül-kürsü”nü oxusun. Ondan sonra haqq əqidəsini dilinə gətirsin və İmamları (ə) bir-bir etiraf etsin və ta İmam Zamana (ə.f) qədər gəlib çatsın”...



[not-group=5] ----- [/not-group]İnsan ehtiyaclıya nə edirsə, Allaha edir - bu deyimi necə başa düşək?!

İnsan ehtiyaclıya nə edirsə, Allaha edir - bu deyimi necə başa düşək?! Allah Təala Qiyamət günü bəndələrinə buyuracaqdır: Ey Adəm övladı! Xəstə oldum, məni ziyarət etmədin?
Bəndə deyəcək: Allahım, aləmlərin Pərvərdigarı olan Səni necə ziyarət edim?
Buyurar: Məgər bilmirdin ki, Mənim filan bəndəm xəstədir, onu ziyarət etmədin. Məgər bilmirsən ki, əgər onu ziyarət etsəydin, Məni onun yanında tapardın?
Allah buyurar: Ey Adəm övladı! Mən səndən yemək istədim, Mənə yemək vermədin. Bəndə deyər: Allahım, aləmlərin Pərvərdigarı olan Sənə necə yemək verərdim?...




Öncəki
Sonrakı
[group=5] [/group]