İnsan həyatının 4 mərhələləri hansılardır?
Ayə və hədislərə görə həyatın dörd mərhələsi vardır: 1-Təbii həyat. Maddi həyat mahiyyət baxımından heyvan həyatı ilə bərabərdir. Əgər insan həyatı ağıl, din və fitrət çərçivəsində tənzim olunarsa, bu zaman heyvani həyatdan fərqlənə bilər.
2-Mənəvi həyat. Mənəvi həyat – o həyatdır ki, iman, saleh əməl, gözəl əxlaqla bəzənmişdir. Bu həyata sahib olmaq üçün Allah Təalanın buyurduqlarına, Peyğəmbərin (s), İmamların (ə), mələklərin səsinə qulaq asmaq və həqiqətlərə inanmaq lazımdır.
3-Təyyibə həyat. Təyyibə həyat - mənəvi həyatın ən yüksək mərtəbəsidir. Bu fəzada insan ancaq Haqqın feyz və inayəti ilə yaşayır. Yer üzündə izzətli, şərəfli, layiqli şəxsiyyət kimi addımlayır.
4-Mələkuti həyat. Bu həyatın əsasında iman, saleh əməl, xüsusilə də gözəl əxlaq durur. Qiyamət günü gözəl əxlaqla zahir olacaqlar.
Zikr edənənlərin əldə etdikəri mənfəətlər nələrdir?
İnsanlar hər halda mənfəət əldə etməyi özünə ehtiyaclı bir məsələ bilirlər. Çünki mənfəətdir ki, insanın geri qalmaqdan nicat verib və onun inkişafa gətirən amildir. Möminlər də zikr etməyi özləri üçün faydalı və xeyirli bildikləri üçün zikrlər edirlər. İlahi zikrin gətirdiyi faydalar bunlardır:
1) Zikrin gətirdiyi ilk fayda odur ki, Allah insanı yada salar. 2) Ürəyi aydınladar. 3) Ürəyin rahatlığına səbəb olar. 4) Günahlar bağışlanar. 5) Fikir qüvvəsini kontrol edər. 6) Qəmi aradan aparar. Bu faydaları nəzərə alaraq möminlər düşünməlidirlər ki, zikrləri onların xeyrinə və çoxlu çətinliklərini həll etməkdə çox mühüm rola malikdir.
Rəvayətlərdə bədəni gücləndirən və zəiflədən amillər nələrdir?
İnsan canı sağlam olsa ruhu və düşüncəsi də sağlam olub özünü ziyanlardan amanda saxlaya bilər. Buna görə də gərək mömin və müsəlman şəxslər öncə bilsinlər ki, hansı şeylər bədəni gücləndirir və hansı şeylər onu zəiflədir ondan uzaq dursunlar ki, bədən üzvlərinin davamlılığı cavanlıqda olduğu kimi daimi öz enerqiyasını saxlamaqda bir miqdar nailiyyətlər əldə etmiş olsun. Bu haqda rəvayətdə gəlmişdir: İmam Əli (ə): Dörd şey bədəni qüvvətləndirər: 1. Cinsi yaxınlıq olmadan alınan qüsül. 2. Ətir iyləmək. 3. Ət yemək. 4. Kətan paltar geyinmək. Dörd şey də bədəni arıqladar (zəyiflədər): 1. Dolu qarınla hamama getmək. 2. Qurumuş ət yemək. 3. Şor xörək yemək. 4. Ac qarına su içmək.
Behişti zamin edən əməllər rəvayətdə nələr olaraq gəlmişdir?
Behişti qazanmaq bütün ağıllı insanların hədəf və məqsədidir. Amma bəzən mömin və müsəlmanlar bilmirlər ki, hansı əməllər etsinlər ki, ona layiqli olsunlar. Bunun cavabını əziz Peyğəmbərimizin hədisində oxuyuruq ki, həzrət buyurur: Peyğəmbər (s.a.a.s): Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum… 1. Danışanda (hədis deyəndə) yalan deməyin. 2. Verdiyiniz vədələrə xilaf çıxmayın. 3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin. 4. Öz gözlərinizi haramdan saxlayın (naməhrəmə baxmayın). 5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun (zina etməyin). 6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun (naməhrəmə əl verib görüşməyin).
İslam dininə görə dost seçməyin meyarları nələrdir?
İnsan lap kiçik yaşlarından ahıl yaşlarına qədər fitri və təbii cəhətdən dosta ehtiyac duyur. Dost onu tənhalıqdan xilas edir. Ona görə də bir dostun insan həyatındakı yeri xüsusidir. İmam Əli (ə) dostluğun ədəbi və qaydası haqqında danışmış və bizlərə tövsiyə vermişdir ki, onlara işarə edəcəyik. (Tebyan)
İmam Əli (ə) dostlarla münasibətdə bəzi məsələlərin riayət olmasını zəruri hesab etmişdir. ibarətdirlər: 1. Allaha xatir dostluq. 2. Dostunu imtahan et, sonra seç. 3. Dostu ilə aşkarda və gizlində eyni olmaq. 4. Qarşılıqlı hörmət. 5. Bir-birinə yardım etmək. 6. Təşviq etmək. yaxşı işlərdə həvəsləndirici təsir etmələrin zərurəti, 7. Dost haqqında sözgəzdirənlərə qulaq asmamaq. 8. Dostun eyblərini özünə söyləmək. 9. Mehriban olmaq.
Sağlam olmaq üçün dinimizin tövsiyələri nələrdir?
Sağlamlığın qədrini bilmək üçün hədislərimizdə dəyərli tövsiyələr haqda deyilmişdir.
1-Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Dörd şeyi dörd şeydən əvvəl dərk et: cavanlığını qocalıqdan əvvəl, sağlamlığını xəstəlikdən əvvəl, sərvəti yoxsulluqdan əvvəl, həyatı ölümdən əvvəl”.
2-Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı Allahın razılığına, mələklərin dostluğuna səbəb olar, Peyğəmbər (s) sünnətidir, mərifət nuru, imanın kökü, bədənlərin rahatlığı, şeytanın narahatlıq mənbəyi, düşmən əleyhinə silah, duaların qəbul olma, əməllərin qəbul olma və ruzidə bərəkət mənbəyidir”. Yəni insan həqiqi nemətlərini qədrini bilməlir. Əlində olmayanlar haqqında çalışmaq əgər olan nemətləri zay edərsə insan həqiqi ziyan arxasındadır.
Ağlı zəiflədən amillər nələrdir?
İnsan həyatına kömək olan hər həyatın töhfəsi çox dəyərli nemət və sevindiri amildir. Sağlam vicdan bunu qəbul edir ki, insanın həyatında ən böyük nemət onun kamilləşən ağlıdır. Yəni hər nə qədər ağlı dərin və inkişaf yolunda olsa onun çətinliklərini həll etməkdə çox böyük rola malikdir. Buna diqqət yetirmək lazımdır ki, bəşər həyatı sevinclidir ki, ağlı var, amma ondan önməlisi budur ki, ağıl insan üçün lazımdır bir töhfədir ondan önəmli bir məsələ də var o da budur ki, ağlı zəifləmədən amanda saxlamaq. Buna görə deyirik ki, ağlın zəifləməməsi üçün onun səbəblərini tanımaq və müalicəsindən çalışmaq gərəklidir. Ağlı zəiflədən amillər rəvayətlər baxımında üç əsas amildir. Həzrət Musa ibn Cəfər (ə) buyurur: “Hər kim 3 şeyi 3 şeyə hakim edərsə, sanki ağlının məhv olmasına yardım etmiş olar:
1. O kəs ki, təfəkkür və düşüncəsinin nurunu uzun arzular ilə qaraldar. (uzun arzular bəşərin həqiqətdən qafilliyi və ya nadanlığı üzündən yaranır). 2. O kəs ki, hikmətinin sovqatını yersiz danışıqları ilə məhv və zay edər. (yersiz danışmalar insanın ölçülmüş əqlin hidayətindən faydasız qalmağa şərait yaradar) 3. O kəs ki, nəsihət nurunu öz nəfsani istəkləri ilə söndürər”. (Heç kimin sözünə əhəmiyyət verməz bu insanın təkəbbür və özünü üstün bilməklə geniş baxış verən ağılın faydalarından məhrum olar).
Hansı şəxslərin and içmələri qəbul deyildir?
Üç dəstə insanların and içmələri şəriət baxımından batil and və haramdır:
1-Övladın valideynindən icazə almadan and içə ki, bir işi görəcək, andı haram and olur, 2-Qulluqçu sahibinin icazəsi olmadan and içsə batil və qəbul deyildir, 3-Qadın həyat yoldaşının olması ilə icazə almadan bir işi görməsinə and içsə andı batil və haramdır.
İffətsizliyin səbəbləri və onunla mübarizə yolları hansılardır?
İffətsizliyin səbəbləri və onunla mübarizə yolları: -1-Məsələnin barəsində elmsizlik, yəni pis təsirlərini blmir və ya düşünmürlər. çarəsi budur ki, elmlin yayılmasında çalışqanlıq baş versin. -2-Cəmiyyətdə əlaqələr rabitələrin çərçivəsiz ixtiyara verilməsi ki, fəsadlı hücummlar hər tərəfdən yağmaqdadır, yəni çarə budur ki, insanlar onun yayılmasını qeyd şərtsiz qoymasınlar, -3-Bəzən tənbəllik səbəbi, yəni bəzi insanlar elə düşünürlər ki, xoş yaşamaq müvəqqəti dünyaya insan üçün lazımlı və dəyərli bir məsələdir, çarəsi budur ki, bu xəstəlikdən amanda qalmaq üçün nəzmli və ağıllı həyat təşkil olunsun. -4-Allahın məad məsələlərindən qorxmamaq, İnsan məsuliyyətli həyat qəbul etsə belə qeydsiz və diqqətsiz həyatdan amanda qalmağa çalışar. Nəticədə İnsan həyatı iffətli olmasını tələb edir. Amma bəzən müxtəlif əsassız səbəblərdən insanlar dinsiz və iffətsiz həyat yaşamağa razı olur.
Valideynə hörmət və həyat yoldaşına diqqət barədə dinimizin tövsiyələri nələrdir?
Quran və Əhli-beytin (ə) biz müsəlmanlara ən mühüm tövsiyəsi - valideynin hörmətini saxlamaqdır: 1-“Vaxtında namaz qılmaq, ata və anaya yaxşılıq etmək, Allah yolunda cihad etmək”. 2-Amma həyat yoldaşı haqqında: Əziz Məsumlarımız (ə) öz həyat yoldaşları ilə də yaxşı rəftar edirdilər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən ən yaxşısı - həyat yoldaşları ilə (xoş rəftar edənlərinizdir). Mən sizlərdən xanımlarıma qarşı ən yaxşısıyam”. - Bu dəyərli İslam maarifləri bizə belə başa salır ki, gərək ailə mühitində diqqəti nəzmə verək ki, kimə qarşı nə zaman və harada necə rəftar edək. Valideynə hörmət və yoldaşa diqqət müştərək həyatda ziddiyyətli rəftar deyil ki, insanlar ailədə bunu qurmağa aciz olalar!