Ağlı zəiflədən amillər nələrdir?
İnsanın ağlının zəifləməsinə səbəb olan amillərdən biri - başqaları ilə məshələtləşmək istəməmək və özünü başqalarından üstün bilməkdir. Bu haqda İmam Əli (ə) buyurur: “Xudbinlik - ağlın həsədlərindən biridir”. Xudbinlik və təkəbbür nəticəsində insanın ağlı zəifləyər və məhv olmaq təhlükəsi altında olar. (Tebyan)
Ağlın zəifləməsinə səbəb olan başqa bir amil isə nadanla oturub-durmaqdır. O kəs ki, aşkarda nadanlıq və cəhalətlə məşğul olan insanla oturub-durur, həmsöhbət olur – bu, onun ağlında çatışmamazlıqların meydana gəlməsinə səbəb olar. Ona görə də Məsumlar (ə) həmişə nadanla oturub-durmağı qadağan edirlər.
Nadan və cahil o kəsdir ki, ağlı bada getmişdir. Yəni, o kəsdir ki, ağlın məhv olma amilini tanımamış, ya da ciddi qəbul etməmişdir. Ona görə də cahil o kəsdir ki, ya günah əhlidir, ya da təkəbbür əhlidir. Ya İmam Kazımın (ə) buyurduğu kimi, uzun arzular edir və ya yersiz və boş sözlər danışır. Ya da o kəsdir ki, nəfsani istəklərinə “hə” cavabı verir.
Həzrət Musa ibn Cəfər (ə) buyurur: “Hər kim 3 şeyi 3 şeyə hakim edərsə, sanki ağlının məhv olmasına yardım etmiş olar:
1. O kəs ki, təfəkkür və düşüncəsinin nurunu uzun arzular ilə qaraldar.
2. O kəs ki, hikmətinin sovqatını yersiz danışıqları ilə məhv və zay edər.
3. O kəs ki, nəsihət nurunu öz nəfsani istəkləri ilə söndürər”.
Ağlı məhv edə bilən amillərdən biri də nəzər sahiblərindən və müdriklərdən nəsihət almaq istəməməkdir. İmam Əli (ə) buyurur: “O kəs ki, müdriklər tərəfindən (nəsihət) olunmaz, ağlı ölər”.
Ağlı məhv edən amillərdən biri də insanın fürsətini boş işlərə sərf etməsidir. Xüsusilə də o zaman ki, başqaları ilə bir yerdə əyləşər, çoxlu zarafat edər. İmam Əli (ə) buyurur: “O kəsə ki, yersiz danışmaq hakim olarsa, ağlı məhv olar”.
Həzrət (ə) yenə buyurar: “Hər kim çoxlu zarafat edər, axmaq hesab edilər”.
Ona görə də əgər aqil insan öz ağlını qorumaq istəyirsə, gərək yersiz danışmasın və çoxlu zarafat etməsin.
Tənbəllik də insanın ağıl qüvvəsini süst və yararsız edər. Ona görə də İslami hədislər daima bizi zəhmət çəkməyə və iş görməyə təşviq edir və tənbəlliyi məzəmmət edir. Belə ki, İmam Sadiq (ə) buyurur: “Ticarəti tərk etmək - ağlı azaldar”. Həzrət (ə) bu nurani kəlamında buyurur ki, əgər tənbəl olsan və ticarətdən uzaqlaşsan, ağlın azalar.
Bütün bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, insan ağılını məhv edən amilləri tanımalı və onları aradan qaldırmaq üçün səy göstərməlidir. Əks halda günah və nadanlıq yolunda irəliləmiş olar. Deyerler.org