Hədislərə əsasən İmam Zamanın (ə.c) zühuru üçün deyilən 5 qəti hadisə hansılardır?!


İmam Məhdi (ə)-ın zühurunun iki əlaməti vardır: a) Qəti əlamətlər. b) Qəti olmayan əlamətlər. a) Qəti əlamətlər:
1-Dəccalın meydana çıxması: O məlun Allahlıq iddiası edəcəkdir. Onun gəlişindən sonra dünyada çoxlu qanlar töküləcək, fitnə-fəsad yaranacaqdır. Hədislərdən məlum olduğu kimi, onun gözünün biri silinmişdir və sol gözü alnının ortasındadır. O, çox böyük cüssəli və güclüdür, qəribə və qorxulu qiyafəsi vardır, sehrbazlıqda çox mahirdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Möminlərdən hər kəs Dəccalı görsə, öz ağız suyunu onun üzünə atıb, onun sehrini batil etmək üçün \"Həmd” surəsini oxusun.” Nəhayət, Dəccal ilə İmam Zaman (ə)-ın qoşunu arasında müharibə baş verər və o, ya İmam Zaman (ə), ya da həzrət İsa ibn Məryəm (ə)-ın əli ilə öldürülər...


Məsumların hədislərinə əsasən Fərəc üçün dua etməyin faydaları hansılardır?!


Fərəc üçün dua etməyin faydaları:
1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti Qiyamət günündə ona şamil olacaqdır.
6-İntizar çəkmək əlamətidir.
7-Həzrət Sahib-əz-zaman (ə)-ın zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur...


İmam Zaman (ə.c)-ın gəlişi və tanıtdırılması üçün hansı işləri görmək lazımdır?!


İmam Zamanın (ə.f) tanıtdırılması üçün kömək etməyin yolları
1. Etiqad və düşüncə cəhətdən İmama yardım etmək. Allahın Höccətinə öz etiqad və düçüncə qüdrətini qüvvətləndirməklə onunla kamil şəkildə bağlılıq yaradıb, xalis şiə olsun.
2. Dildən İmama (ə.f) yardım və onun düşmənlərinin əleyhinə istifadə etməklə kömək etmək.
3. Maddi cəhətdən İmama (ə.f) yardım etmək. İmamın (ə.f) düşmənləriylə mübarizə aparmaq ona kömək etməkdirsə, onun dost və şiələrini maddi cəhətdən kömək etməkdə İmama (ə.f) yardım etməkdir.
4. Rəftar və davranış vasitəsilə İmama (ə.f) yardım etmək.Şəxs elə rəftara sahib olmalıdır ki,İmamın (ə.f) dostlarının iftixarına və onun düşmənlərinin xarlıq və məğlubiyyətinə səbəb olsun...


İMAM ZAMANIN (ə.c) qeybə olduğu dövrdə ƏHLİ-BEYT (Ə) aşiqləri hansı vəziyyətdə olacaqlar?!


QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ İmam Mehdinin (əc.) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik:
1. Bulud arxasındaki günəş kimidir: كما ينتفعون بالشمس اذا سترها سهاب) )
2. O görünür, amma tanınmır: (يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه)
3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına \"Amin!\" deyir: (وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن)
4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir: ...


Sual: Həzrət Mehdinin (əc.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla İmamın qoşununun sayı az görünmür?!


Cavab: Xeyr. 313 nəfər zühurun əvvəlində həzrətə (əc.) qoşulacaq, sonra isə günbəgün insan seli ona tərəf axışacaq. O 313 nəfər həzrət Mehdi (əc.) hökumətinin əsas özəyi sayılacaq adamlardır. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur: \"İlahi kamala malik 313 nəfər \"Həcərül-əsvəd” lə \"Məqami-İbarahim”in arasında həzrət Mehdi (əc.) ilə beyət edəcək. Onlar, Həzrət Mehdi (əc.) dövlətinin məsuliyyətinin ağır yükünü öz öhdələrinə götürmüşlər\".
Habelə buyurmuşdur: \"Rumun fəth edilməsi döyüşündə həzrət Mehdinin (əc.) 70000 nəfər \"Allahu Əkbər” şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk \"Allahu Əkbər” gurultulu təkbirilə Ru-mun üçdə bir hissəsi, ikinci təkbirlərinin gurultusu ilə üçdə iki hissəsi, üçüncüsü ilə isə, bütün ərazisi azad olunacaq\".
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur: \"Kufə əhalisindən 70000 sadiq şəxs İmam Mehdini (əc.) himayə etmək üçün ayağa qalxacaq\".
Qəhramanların həyata qayıtması və İmam Mehdiyə (əc.) birləşməsi Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verən hadisələrdən biri də İmamların, saleh insanların, qəhrəman-ların həyata qayıtması və o həzrətə qoşulmasıdır. Hədis-lərdə həyata dönəcək bu şəxslərin iyirmi yeddi nəfər olduğu bildirilmişdir...


Sual: Nə üçün həzrət Mehdinin (əc.) səhabələri haqqında danışarkən, yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?


Cavab: Buna səbəb zühur haqqında danışılarkən, əsasən döyüş və mübarizə məsələlərinin açıqlanmasıdır. Bu da demək olar ki, yalnız kişilərə xas olan bir işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif işlərdə İmamın (əc.) dayağı olacaqlar.
Onu da deyək ki, bəzi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur: \"And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi bir yer toplaşacaqlar\". Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: \"On üç nəfər qadın daim həzrət Mehdi (əc.) ilə birlikdədir\"...


İmam Zamanın (ə.c) səhabələri olan 313 nəfərin sayı hələ kamil olmamışdır?


Cavab: Onlar rəvayətlərdə bildirildiyi kimi, bir sıra xüsusiyyətlərə malikdirlər. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək, aydın olar ki, analar hələ belə oğullar doğmayıblar.
Məsələn, İmam Səccad (ə) buyurur: \"İmam Mehdi (əc.) Məkkə şəhərində ətrafına toplanmış böyük bir izdiham qarşısında özünü təqdim və xalqı özünə beyətə dəvət edərkən, bir qrup insan həzrəti qətlə yetirmək üçün irəli cumacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (əc.) onların təhlükəsindən qoruyacaq\".
Bir çox rəvayətlərdə onların tərifi haqqında belə qeyd olunmuşdur:
\"Allah-taala onları payız buludları kimi Məkkə şəhərində bir yerə toplayacaq (yəni, onlar yüksək sürətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki həzrət Mehdini (əc.) Kufə minbərinin üzərində əyləş-miş və 313 nəfər əshabı ətrafına toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanların hakimidirlər\"...


İmam Zamanın (ə.c) səhabələri və köməkçiləri olacaq 313 nəfər kimlərdir?!


Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kəbə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif təbirli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin İmamı ilə beyət edəcək ilk insanlardır. Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən təyin olunmuş hakimlər olacaqlar.
313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlarla hədis mövcuddur.
Keçək nümunə ayələrə: Hud surəsinin səkkizinci ayəsində belə buyurulur: \"Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim\".
İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur: \"Bu ayədəki \"qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), \"rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir\"...


Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin 50-si qadın olacaq?!


İmam Zaman ağa (ə.f) zühur edən zaman 313 nəfərlə zühur edəcəkdir. Hədislərdə bu insanların xüsusiyyətləri və sifətləri zikr edilmişdir ki, onlardan bəzisinə işarə edək. (Tebyan) İmam Baqir (ə) buyurur: \"Bədr əhli qədər insan Qaimlə (ə.f) beyət edər. Onların içərisində Misir əhlindən olan nəciblər, Şam əhlindən olan xeyirxahlar, İraq əhlindən olan nəciblər vardır ki, dini Allah istədiyi qədər bərpa edəcəklər”.İmam Əli (ə) Həzrət Məhdinin (ə) dostlarının xüsusiyyətləri haqqında buyurur: \"Məhdinin (ə.f) dostları cavandırlar. Onların arasında qoca yoxdur”.İmam Sadiq (ə) buyurur: \"Qaim İmamın (ə.f) səhabələri anidən gecə yataqlarından qeyb olar və səhəri Məkkədə olarlar. Onların bəzisi küləklərin arasında hərəkət edər. Adları, atalarının adı, sima və qiyafələri tanınmış olar”. İmam Baqir (ə) buyurur: \"Allaha and olsun ki,313 nəfər onun yanına gələr ki, onun 50-si qadındır”. İmam Sadiq (ə) buyurur: \"Bu kişilərin qəlbi dəmir parçası kimidir...


İmam Sadiq (ə) həqiqi 313 nəfərdən olmaq istəyənləri hansı xüsusiyyətlərlə tanıtdırdı?!


Əbdullah ibn Həmmad hicri 220-ci ildə ricalın birindən nəql edir ki, İmam Cəfəri Sadiq əleyhissalamın yanına gələn bəzi səhabələri belə ərz etdi: \"Sənə fəda olum! Mən səni sevirəm və səni sevənləri sevirəm. Ey ağam, Şiələrinin nə qədər də çoxdur. (İmam (ə.)) ona buyurdu ki: Nə qədərdir onlar? Çoxdur, deyə ərz edince belə buyurdu: Saya bilərsənmi? İfadə etdim ki: Onları saymaqla bitməz.
İmam əleyhissalam isə belə buyurdu: Əgər üç yüz on (üç) nəfər deyə vəsf olunanlar tamamlansaydı istədiyiniz (qiyam) baş verərdi. Amma şiələrimizin səsləri qulaqlarını keçməz. Və qəzəbi bədənini aşmaz (yəni qəzəbiylə başqalarına zərər verməz). Açıq-aşkar bizi mədh etməz. Bizə düşmən olanla açıq-aşkar mübarizə aparmaz. Bizim eybimizi axtaranla oturmaz. Bizə küfr edənlərlə oturmaz. Bizə nifrət edənləri sevməz, bizi sevənlərə nifrət etməz...


��? G��?rc��?stan - ����slami T��?hqiqat qrupu 2012 . Flag Counter