İslam dininə görə dost seçməyin meyarları nələrdir?
İnsan lap kiçik yaşlarından ahıl yaşlarına qədər fitri və təbii cəhətdən dosta ehtiyac duyur. Dost onu tənhalıqdan xilas edir. Ona görə də bir dostun insan həyatındakı yeri xüsusidir. İmam Əli (ə) dostluğun ədəbi və qaydası haqqında danışmış və bizlərə tövsiyə vermişdir ki, onlara işarə edəcəyik. (Tebyan)
İmam Əli (ə) dostlarla münasibətdə bəzi məsələlərin riayət olmasını zəruri hesab etmişdir.
1. Allaha xatir dostluq.
Dost o zaman dəyərli olur ki, Allah üçün olsun. Dost o zaman etimad olunasıdır ki, insanı mənəviyyata tərəf aparsın. O dostluqlar ki, gözəlliyə, məqam və sərvətə görə qurular, onlar aradan gedən zaman qırılar və dostluq da sona çatar. Ona görə də axirətə inanan və vacibatlarını yerinə yetirənlərdən başqası ilə dost olmayın. O kəslərin ki, hədəfi ancaq dünyadır, sizi də qəflətə sala bilər. İmam Əli (ə) buyurur: “O dostluq və məhəbbət ki, Allah Təalanın zatından başqa şeylər üzərində qurulubdur, yolunu azmaqdır və ona söykənmək mümkün deyildir”.
2. Dostunu imtahan et, sonra seç.
İslam dini hökm edir ki, mömin insan dost seçən zaman dəqiq olmalıdır. Əgər kiminləsə dost olmağı planlaşdırırsa, əvvəl onunla ünsiyyət qursun və əxlaq və təfəkkürü ilə tanış olsun. Sonra da onu müxtəlif sahələrdə imtahana çəksin. Bu imtahandan sonra əgər onu buna layiq bilərsə, onunla dost olsun. İmam (ə) buyurur: “Dostundan o zamana qədər ki, imtahana çəkməmisən, amanda olma”.
3. Dostu ilə aşkarda və gizlində eyni olmaq.
İnsan o cür ki, dostu ilə zahirdə səfa ilə rəftar edir, o, olmayan zaman da ona qarşı məhəbbət bəsləməlidir. İmam Əli (ə) buyurur: “Düzgün dost o kəsdir ki, gizlini düzgün olar”.
4. Qarşılıqlı hörmət.
Qeyd edək ki, Zübeyr əhdinə xilaf çıxan zaman Həzrət Əli (ə) onun hörmətini saxlamış və buyurmuşdu: “Zubeyr elə bilir ki, əli ilə beyət etmişdir, ürəyi ilə deyil. Ona görə də bizimlə beyəti etiraf etmişdi. Ancaq beyəti inkar etməyi iddia edən - ürəkdir. O, gərək bu iddiasına aydın bir sübut gətirsin, ya da əvvəlki beyətinə qayıtsın”.
5. Bir-birinə yardım etmək.
İki dost gərək daima bir-birinə yardım və kömək etsin. Çətinliklərdə bir-birini tək qoymasınlar. İmam (ə) buyurur: “O zaman ki, dostluq sabit oldu, bir-birinə kömək etməsi lazımlıdır”.
6. Təşviq etmək.
İmam (ə) daima öz dostlarını təşviq edirdi. Misal üçün, Cəməl döyüşündən sonra buyurmuşdu: “Siz Kufə əhli! Mənim haqq və din qardaşlarımsınız. Sizin vasitənizlə mənə arxa çevirənlərlə vuruşuram”.
7. Dost haqqında sözgəzdirənlərə qulaq asmamaq.
Təbiidir ki, dostluğun möhkəm olması ətrafda olanların paxıllığına səbəb olur. Onlar da bu dostluğa ziyan vurmaq üçün söz gəzdirirlər. İmam (ə) bizə onların sözünə qulaq asmamağı tövsiyə edir və buyurur: “Hər kim sözgəzdirənin ardınca gedər, dostluğunu məhvə tərəf sürükləyər”.
8. Dostun eyblərini özünə söyləmək.
İnsan özü üçün yaxşılıqları istədiyi kimi, dostu üçün də istəməlidir. Ona görə də əgər dostunun hansısa eybi varsa, bunu onun özünə mülayim bir dillə deməlidir. İmam Əli (ə) buyurur: “Səmimi dost o kəsdir ki, sənə eyblərinə görə nəsihət edər. Səni özündən üstün bilər”.
9. Mehriban olmaq.
Dost gərək öz dostuna qarşı mülayim və mehriban olsun. Onunla qarşılıqlı anlaşsın.
Bunlar – İmam Əlinin (ə) bizə tövsiyə etdikləri idi. Əgər bu məsələlərə riayət etsək, şübhəsiz ki, dostluğumuz uzunmüddətli və möhkəm olar. Deyerler.org