Ailə quruluşunu pozan və ixtilaf yaradan amillər nələrdir?


Ailə quruluşunu pozan və ixtilaf yaradan amillər nələrdir? Ailə mühiti müqəddəs bir quruluşdur onu qorumaqda həm qadın və həm də kişilər çalışmalıdırlar. Ailə mühitinin istiliyini qorumaq üçün onu məhv edən amillər tanımaq lazımdır ki, onlar ailə mühitinə zərbə vura bilməsinlər. İslam maarifinə nəzərə saldıqda görürük ki, ailə mühitində çəkişmə yaradan amillər ibarətdir: 1-Qəflət etmək, yoldaşı nəzərə almamaq, 2-İki ailənin fərqli və ziddiyyətli mədəniyyətə malik olmaları, 3-Nəsil və ailəsinn məqamına fəxr etmək, bir növ ki, yoldaşını təhqir etmək məqsədi ilə. 4-Həyat yoldaşının həssas olduğu məsələlərə diqqətsizlik, 5-Yoldaşının başqaları ilə müqayisə etmək ki, sən ondan aşağısan, 6-Ailənin sirrini cəmiyyətdə yaymaq.


Həzrət Məhdinin (ə.f) zahiri nişanələrindən işarə edin?


Həzrət Məhdinin (ə.f) zahiri nişanələrindən işarə  edin? Həzrət Məhdinin (ə.f) batini xüsusiyyətlərindən və kamallarından çox söz açılmışdır. Lakin biz Həzrətin zahiri nişanələrini tanımağa çalışaq. O həzrətin zahiri siması haqqında bəzi əlamətlər ibarətdirlər: 1. Gözəl sima. 2. Üzündə qara xalı var. 3. Boyu ortadır. 4. Siması cavandır və dəyişməzdir. 5. Güclü bədən qüvvəsinə malikdir.
6. Xoş ətirlidir.


Əməlimizin qəbul olmasına mane olan 4 amil nələrdir?


Əməlimizin qəbul olmasına mane olan 4 amil nələrdir? Bütün ibadətlər insanı Allaha yaxlınlaşdırmalıdır. Amma bəzən ibadət insanın Allaha yaxınlaşmasına mane ola bilər. Bu, o zaman baş verir ki, insan əməlində bəzi şərtlərə əməl etmir. Bu ibadət də onu qürbə yaxınlaşdırmaq əvəzinə, əksinə, uzalaşdırar. Bu amilləri tanımağa çalışaq. Dörd əsas amillər din təlimləri baxışından insanların əməllərinin qəbul olunmamasına və fayda ferməməsinə səbəb olur: -1. İbadət etdiyi üçün günahlarını yaddan çıxartmaq. Çox təəssüf ki, bu hal əksər insanlarda müşahidə olunur ki, ibadətə başlayandan sonra əvvəlki günahlarına qarşı diqqətsiz olur. Yəni günahları silmək üçün əməlin çox olmasını düşünmürlər! -2. Əməlinə etimad etmək. Həzrət Peyğəmbər (s) buyurur ki, Allah deyir: “Əməli yerinə yetirənlər əməllərinə etimad etməsinlər. Öz əməllərinə aldanmasınlar. -3. Əməlin xalis olmaması. Riya - əməli aradan aparan amillərdəndir. -4. Günahları tərk etməmək. Hər kim günahlarına görə peşman olar və xeyir iş görərsə, bu zaman Allah tərəfindən qəbul olar.


Ruhun təkamülü üçün cisimlə bağlı hansı tövsiyə var?


Ruhun təkamülü üçün cisimlə bağlı hansı tövsiyə var? İslam maariflərinə əsasən ruhun inkişafı üçün mömin şəxslərə tövsiyə edilir ki, cəsədləri dünya istəklərindən çəkindirin ki, ruhunuz inkişaf etsin. Cəsədə yetişmək ruhun inkişafının qarşısını alır. Misal üçün çox yemək mənəvi halı insandan alır. Bu haqda hədisdə gəlmişdir. İmam Əli (ə) buyurur: “Cəsədlərinizdən azaldın və ruh və nəfsinizə minnət qoyun və onu kamala çatdırın”. Yəni İslam dini hər bir əziyyəti sevmir, xüsusi əziyyətləri sevir: haramları tərk etmək, məkruhları tərk etmək kimi eləcə də vacibləri və İslam bəyənən əməlləri yerinə yetirməklə ruhumuzun və fitri istəklərimizi təmin edək.


İlahi sünnələr hansılardır ki, möminlər o sünnələri həyatlarına hakim etməlidirlər?


İlahi sünnələr hansılardır ki, möminlər o sünnələri həyatlarına hakim etməlidirlər?Allah da həm Özü üçün qanunlar müəyyən etmişdir, həm də Peyğəmbərlərin vasitəsilə insanlara qanunlar müəyyən etmişdir. Allahın özü üçün təyin etdiyi qanunlara İlahi sünnə deyilir. (“Əhzab” surəsi, 138). Bu qanunlar və sünnətlər ibarətdirlər: Hidayət qanunu: (“Ləyl” surəsi, 12). Mühasibat qanunu: (“Ğaşiyə” surəsi, 21). Ruzi vermə qanunu: (“Hud” surəsi, 6). Himayə qanunu: (“Ğafir” surəsi, 51). Rəhmət qanunu: (“Ənam” surəsi, 54). Bu sünnələri həyatımızda hakim edək ki, Allah Quranda buyurdu Ruhumdan insanın xilqətində üfürdüm mənasını özümüzdə doğrulda bilək.


Gözəl ailəyə sahib olmağın əsas respetləri nələrdir?


Gözəl ailəyə sahib olmağın əsas respetləri nələrdir? Gözəl ailəyə sahib olmağın əsas respetləri kimi iki mühüm amil vardır:
1. Məhəbbət və güzəşt etmək. -Yəni hər bir cəmiyyətdə eləcə də dairəsi geniş olmayan ailə cəmiyyətində ədalət lazımdır amma ondan önəmli budur ki, qadın və kişi bir-birilərinə qarşı məhəbbətli olmalıdırlar ki, birlikdə hər bir xoşluq və çətinliklər qarşısında kömək olsunlar və güzəştə getməlidirirlər ki, Ailənin geniş və uca məqsədlərinə nail olmağı bacarsınlar, yəni güzəştə getməyəndə övladların gələcəyi və eləcə də özlərinin davamlı həyatlarını qorumaqda naqis və aciz qalmağa gətirib çıxaracaqlar.
2. Bir-birinin yarı və qəm ortağı olmalı. -İnsanın ruhiyyəsi budur ki, xoş gündə bir-birinə əlaqəsi daha dərin və yaxşı olur, amma əsası budur ki, dostluqda və ailə mühitində şəriklik qadın və kişi çətin günlərdə bir-birinə qarşı köməkçi olmalıdırlar ki, Allah da xoş günü birlikdə onlara nəsib etsin. Çünki çətinliyin həlli bir nəfəlrə çətindir amma iki güc bir yerə gələndə tək olan çətinliyi iki qüvvə həll etməkdə daha qüvvəli olur. (tək əldən səs gəlməz, iki qüdrətli baxış və düşüncə çətinliyi həll etməkdə qadir olar.


Gözəl yaşamaq üçün İmam Əlidən (ə) göstərişlər varmıdır?


Gözəl yaşamaq üçün İmam Əlidən (ə) göstərişlər varmıdır? Gözəl yaşamaq üçün İmam Əlidən (ə) göstərişləri varmıdırmı cavabını xoşbəxtlikdən xoş xəbərlə cavablandırırıq ki, İmam Əli (ə) dostu və ardıcılı Kumeylə yaxşı yaşamaq üçün 5 göstəriş verir və buyurur: (Ey Kumeyl yaxşı yaşamaq üçün bu əsasları həyatına hakim et) Birinci göstəriş: haqqı demək. İkinci göstəriş: təqvalı insanlarla dostluq etmək. Üçüncü göstəriş: fasiqlər və günahkarlardan uzaq olmaq. Dördüncü göstəriş: ikiüzlü insanlara nəzarət etmək. Beşinci göstəriş: xainlərlə dost olmamaq.


İnsan gərək sevgisini büruzə versin?


İnsan gərək sevgisini büruzə versin? Cavabımız zərurətini açıqlayır, yəni Əgər ətrafınızda olanların sizi sevməsini istəyirsinizsə - istər dostlarınız olsun, istərsə də ailə üzvləriniz - gərək sevginizi dilinizə gətirəsiniz. Dillə bəyan etdiyiniz bu sevgi başqalarının da sevgisini artırar və rabitələri möhkəm edər. Yəni necə ki, arzu edirsən et ki, gözləntin sənə qarşı yerinə yetirilsin. Sevməklə sevilərsə, düşmənçiliklə nifrət olunarsa deməkdir. İSlam maarifi də bunu bizə əmr edir ki, hər gözləyirsən onu da et və nədən xoşun gəlmir başqalarına onu rəva bilmə.


İblisin qurduğu torda bizi hədələyən təhlükələr nələrdir?


İblisin qurduğu torda bizi hədələyən təhlükələr nələrdir? Hər kim özünü tanımazsa, başqasını da tanıya bilməz. Çünki heç bir şey insana özündən yaxın deyildir. İnsan əgər özünü tanıyarsa, kamala çatar və nəfsini islah etməyə çalışar. Çünki o zaman ki, insan həqiqətini dərk edər, başa düşər ki, Xaliq onu yersiz yerə bu dünyaya göndərməmişdir. Bu zaman kamala çatmağa və nəfsini islah etməyə çalışar. (Tebyan) İblisin qurduğu torda bizi hədələyən təhlükələr ibarətdir: 1. Allahpərəstlik yerinə havapərəstlik. (“Casiyə” 23). 2. Pislikləri bəzəyər. (“Hicr” 42). 3. Allaha etiraz etmək. (“Hicr” 33). 4. İnsanlıq məqamından süqut etmək. (“Furqan” 44). 5. Haqqa arxa çevirmək. (“Muminun” 71). 6. Qiyamətə inanmamaq. (“Taha” 16). 7. Pisliklərə əmr edər. (“Yusif” 53).


Özümüzdən çıxmamaq üçün hansı yollar vardır?


Özümüzdən çıxmamaq üçün hansı yollar vardır? Əsəblə və özündən çıxmağın qarşısını almaq üçün tövsiyə olunan yollar: 1-Nəfslə mübarizə, 2-Əsəbliliyi yaradan səbəblərlə mübarizə aparmaq, 3-Əsəbliliyin və özündən çıxmağın sonuclarına diqqət və fəsadlarını nəzərə almaq, 4-Vəziyyətin dəyişdirilməsi, vücudunda durumunu və yerini dəyişməsinin lazım olması, 5-Tələsikliyin qarşısını almağa diqqətli olmaq, 6-Ölümü və qiyaməti yada salmaq, 7-Allahı yada salmaq, yəni onun ALlah nəzarətində olması və ya onun zikrini demək,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter