Qüreyş İmam Əli (ə)-ı hicrət edəndə tutduqda nəyi gördülər ki, Həzrəti geri qaytarmaq fikrindən döndülər?!


Qüreyş Əli (ə)-i təqib edir !      İmamın karvanı "Zəcnan" məntəqəsinə yaxınlaşanda uzaqdan yeddi nəfər niqablı süvari göründü. Onlar atlarını sürətlə karvana tərəf çapmağa başladılar. Əli (ə) qadınlar üçün baş


İmam Huseynin (ə) qiyamı və kərbəla hadisəsi olan zaman Muxtar Səqəfi nə üçün zəmanəsinin imamına kömək etmədi?!


Əbu Übeyd oğlu Muxtar 1-ci hicri-qəməri ilində dünyaya gəlmiş və 67-ci hicri-qəməri ilində Müsəb ibn Zübeyr tərəfindən qətlə yetirilmişdir.

Taif şəhərinin Səqif qəbiləsindən olduğu üçün soyadı Səqəfi, künyəsi Əbu İshaq, ləqəbi isə Keysandır və Keysaniyy


Muxtar Səqəfinin həyat hekayəsi haqqında tarixdə nələr nəql olunmuşdur?!


Ramazan ayının 14-ü Muxtar Səqəfinin şəhadəti günüdür!

İmam Əlinin (ə) şagirdlərindən olan Əsbəğ ibni Nəbatə nəql edir: “Bir gün Əmirəl-möminini (ə) gördüm ki, (kiçik uşaq olan) Muxtarı dizinin üzərində otuzdurmuş və (nəvazişlə) başını sığalla


Şiə sözünün mənası və yaranma tarixi hansı dövrə qayıdır?!


Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mənası haqda belə yazırlar:
«Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi».
Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?
Cavab: 1.Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mənəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir...


Xalid İbn Vəlidin İmam Əli (ə) tərəfindən nəfəsinin kəsilməsindən kim və necə xilas etdi?!


Xalidin müqabilində Hz Əli (ə)-ın əksul əməli: Həzrət (ə), Xalidə üz tutub, buyurdu: Ey Xalid! Əbubəkr sənə nə göstəriş vermişdi?
Xalid dedi: Əmr etmişdi ki, sənin boynunu vuram! Buyurdu: Bu işi edəcəkdinmi? Dedi: Bəli, and olsun Allaha!Əgər namazın salamından qabaq o sözləri deməsəydi, səni öldürəcəkdim. Həzrət buyurdu: Ey anasız! Yalan deyirsən! Bu işi görən gərək səndən şücaətli olsun.
Sonra həzrət yerindən qalxdı. Yalnız iki barmağı ilə Xalidin boğazından yapışıb,elə sıxdı ki,o dəhşətli bir fəryad çəkdi. Az qaımışdı gözləri hədəqəsindən çıxsın.Camaat vəhşətə düşdü. Hər kəs öz fikrində idi. Xalid də Əli (ə)-ın əlində çabalayır və danışmağa qüdrəti yox idi. Sonra Əli (ə) Xalidin yaxasından tutub divara çırpdı. Əli (ə) Ömərə xitab edib buyurdu: Ey Səhhakın oğlu! And olsun Allaha! Əgər Peyğəmbər (s) tərəfindən əhd-peyman və Allah tərəfindən yazılmış yazı olmasaydı, görərdin ki, bizim hansımızın zəif və az qoşunu vardır.


Bəni İsrail möminlərindən olan Qarunun cəhənnəmə getməsinin əsas amili nədir?


... Müqəddəs Qurani-Kərimin ayələrinə nəzər salanda görmək olur ki, cəhənnəm əhlinin ona düşməsinin səbəbləri çoxdur. Onlardan iki amil əsas hesab olunur. Biri namaz qılmamaqdır və o birisi isə yoxsullara əl tutmamaqdır. “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?».
Deyərlər: “Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik””. (“Muddəssir” 42-44).
Başqa ayədə oxuyuruq: “Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!» - deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz”. (“Yasin” 47).
Qarun – bu deyilənlərə aydın misaldır. Zəngin olmasına baxmayaraq, yoxsullara əl tutmazdı. Onun cəhənnəm əhli olmasının əsil səbəblərindən biri də məhz bu amildir...


Hz Peyğəmbər (s) və İmam Sadiqin (ə) hədislərinə əsasən tarixdə baş vermiş 40 birinci hadisə və məlumatlar nələrdir?!


Birincilər haqda 40 incəlik
1-Kişilər içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs İmam Əli (ə)-dır.
2-Qadınlar içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Bu ümmətdən götürülən birinci şey həyadır.”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Din işlərində əldən gedən ilk şey əmanətdir.”
5-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi...


Həzrət Zəhranın (ə.s) haqqı olan Fədək nə idi və harada idi?!


Bu abad və münbit ərazinin Xatəmul-Ənbiyanin (ə) əlinə necə keçdiyi haqqında ən məhşur fikir belədir; Rəsulallah (s) Xeybər qalasının fəthindən sonra evə dönüş yolunda Allah, yəhudilərdən ibarət olan Fədək əhalisinin qəlbinə qorxu saldı. Onlar bir nəfər Peyğəmbərin (s) hüzuruna göndərib, Fədəyin yarısını o həzrətin (s) bunu qəbul edib, sülh razılaşmasını imzaladı. Bu yolla Fədək Peyğəmbəri-Əkbəri (s) şəxsi əmlakına çevrildi. Çünki Qurani-məcidin aydın göstərişinə əsasən, \"Müsəlmanların əlinə döyüş aparmadan çatan bütün mallar Rəsuli-Əkrəmin (s) haqqıdır və bu mallar müharibə qənimətləri kimi bölüşdürülmüşdür.\"
Peyğəmbər (s) bu hökmə əsasən, Fədəyi öz ixtiyarına alıb, gəlirini səfər əsnasında imkanları tükənən və bu qəbildən olan insanlar üçün sərf edirdi. Dediklərimizin təsdiqi olaraq aşağıdaki mənbələrə müraciət edə bilirsiniz; \"Mucəmul-buldan\" Yaqut ibn Abdullah Rumi Həməvi; \"Lisanul-ərb\" Məhəmməd ibn Mükərrəm Misri Ənsad(İbn Məhzur) \"Tarix\" Şeyx Hafiz İmaduddin Əbu Cəfər Məhəmməd ibn Əbul-Qasim ibn Cəfəri Təməri ; \"Kamil\" Əli ibn Əbul-Kərim Məhəmməd Şeybani (İbn Əsir Cəzəri) və s...


İslam Tarixində \"Hüzn ili” hansı hadisələrlə əlaqədardır?!


... Əbu Talib dünyasını dəyişəndə də oğlanlarına tapşırdı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən muğayat olsunlar.
Əbu Talibin İslama iman gətirməsini həm onun sözlərində, həm də Peyğəmbəri himayə etməsində görə bilərik.
Besətin 10-cu ili, Əbu Talibin vəfatından 35 gün sonra Peyğəmbəri-İslama ruhən dayaq və arxa olan digər bir hamisi–zövcəsi həzrəti Xədicə də dünyasını dəyişdi.
Bu iki ağır itki Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatında dərin təsir bağışladı.
Bu il tarixə \"Hüzn” ili kimi daxil oldu. Bu müddətdə Allah-Taala Peyğəmbərə bir möcüzə də bəxş etdi, bu da onun meracı idi.


Hz Əli (ə) Cəməl müharibəsindən sonra Bəsrə xalqını hansı nəsihətlərlə möizə etdi?!


Təlhə, Zübeyr və s. Bəsrədə Əli (əleyhissalam)-ın əleyhinə Cəməl müharibəsinə başladıqda Bəsrə camaatı da kor-koranə ara qızışdıranların ardınca düşərək haqsızların tərəfində durdular. Döyüş bitdikdən sonra İmam Əli (əleyhissalam) şəhər əhalisini şiddətli tənqid atəşinə tutaraq onları üzləşəcəkləri böyük bəlalardan uzaq olmağa çağırırdı. Çünki Bəsrə camaatı öz fikirlərini şeytana ov etdilər və eləcə də öz qüdrət və imkanlarını dünya pərəst günahkarların ixtiyarında qoydular. Həzrət onlara buyurdu: \"Siz filan arvadın qoşunu, eləcə də heyvan (dəvə) dalınca düşənlər idiniz, sizin əxlaqınız pozğun, əhdinizsə tapdanmış yalan idi.
Allah əzabının göy və yerdən sizlərin üstünə enməsini sanki hiss edir və hamınızın məhv olmasını görürəm...


��? G��?rc��?stan - ����slami T��?hqiqat qrupu 2012 . Flag Counter