Hansı şəxslərin and içmələri qəbul deyildir?
İslamın şəriəti baxışında insan edə bilər ki, bir xeyir işi yəni bəyənilmiş işi etmək üçün and içsin. And içmək şərtləri var o da bunlardır:
1-Allahın adı çəkilsin və onun üçün əməl nəzərdə tutulsun,
2-And içəndə şəxs gərək ki, dilində sözü demiş olsun, niyyətlənmək and üçün kifayət deyildir,
3-And içəndə bir əmələ gərək həmin əməl ALlah yanında bəyənilmiş yəni müstəhəb əməl üçün olmuş olsun, yəni əgər haram etmək və ya məkruh etmək və ya vacibi tərk etmələk üçün and içildə o and batildir.
Amma gələk sualımızın cavabına, hansı şəxslərin andları qəbul deyildir və hətta onlara əməl etməsi belə İslam şəriətinə əsasən qəbul deyildir və haram hesab olunur.
-Üç dəstə insanlar vardır ki, onların and içmələri şəriət baxımından haramdır:
1-Övladın valideyni olan halda and içməsi bir əməl etməsinə haram and deyilir, yəni əgər valideyn yaxşı əməlin ziddinə istəklərini bəyan etsələr onda and içmək və ona əməl etmək batil bir əməl hesab olunur.
2-Qulluqçu sahibinin icazəsi olmadan and içsə batili və qəbul deyildir, misal üçün bizim dövrümüzdə əgər bir qadın bir şəxsin övladına baxmaq üçün mayış ala amma and içə ki, bu müddətdə oruc da tutsun və elə şərait gələ ki. iş müddətində öz vəzifələrinə düzgün əməl etməsə onun andı batil hesab olunur. Gərək iş başçısından icazə almaqla and içsin.
3-Qadın həyat yoldaşının olması ilə icazə almadan and içə bəyənilmiş işi görəcək bu şəraitdə andı batildir. Misal üçün qadın and içə ki, oruc tutacaq filan gündə amma kişi həmin gündə haqlarını tələb etməsi təsəvvür olunursa onda andı batil olur.