İmam Səccad (ə) Kərbəla hadisəsindən sonra hansı işləri gördü?
İmam Səccad(ə) çətinliklərdən nisbətən azadlığa çıxanda bu işləri gördü:
1-İmam Hüseynin (ə) hərəkətinin yadlardan silinməməsi üçün söhbətlər və statlar gətirərdi, 2-Müsəlmanları və xüsusən də haqq məktəbi arxasınca olanlara yol göstərir və İslamın dərin maariflərini əməli və ibadi taktikarları ilə onlara keçirirdi, 3-Zəmanənin böyük alimləri ki, hakimiyyət saraylarında din aleyhinə fəaliyyət göstərir və avamları aldadırdılar, İmam onların qarşısında dayanıb batil niyyətlərini üzə çıxarırdı, 4-Gələcək düzgün hərəkətlərin yaranması üçün saleh və baxışları geniş olan tələbələr yetişdirirdi, O cümlədən: Əbu Həmzə Sumali, Səid ibn Müsəyyib, Səid ibn Cübeyir və Yəhya ibn Ümmü Təvil o həzrətin ən kamil öyrəncilərindən olmuşlar.
Yezdin tarixdəki cinayətlərinin əsaslarına işarə edin?
Yezidin padişahlığı dövründə ondan çoxlu cinayət və nalayiq hərəkətlər göründü amma içində 3- çox böyük cinayət kimi, tarixdə onun həyatında ləkə olaraq qaldı ki, həm dindar və həm də insan şəxsiyyətinə hörmət və sevən şəxslər onun bu hərəkətlərinin çox pis olduğunu deyirlər. Yezidin tarixdəki cinayətləri: 1-Peyğəmbər (s) ailəsinin şəhid edilməsi və onların namıslarının əsir aparılması, 2-Hərrə qiyamında müxtəlif böyük cinayəti: A) Yezidin qoşunun MƏdinəyə daxil olması və hər kəsi günahlı və günahsız insanları qətli am etməsi, b) Müsəlmanın malının halal olunması, Yezidin qoşunun mədinəyə hücumu zamanı Peyğəmbər (s) şəhərinin insanlarının malını Şam əhli olaraq qarət etdilər, c-Bəşərin və xüsusən də müsəlman və möminlərin namuslarına təcavüzlar olunması, ki, heç bir din, millət və baxış onu düzgün əməl olaraq qəbul etmir. 3-Abdullah ibn Zübeyrin çevrilişinin qarşısını almaq üçün Şamdan Məkkəni ələ keçirmək üçün qoşun göndərməsi, ki, bu qoşun hədəfinə çatmaq üçün hətta məkkənin hörmətini belə sındırmağa qədər addımlar atdılar ki, o cümlədən onlar hücumlarında Kəbə evinidi də yandırdılar.
Abbas (ə)-ın Kərbəladakı şücaətləri nələr olmuşdur?
Əbul Fəzl (ə)-ın kərbəlada şücaətləri ibarət idilər: 1- Qardaşlarını və özünü haqq yolunda qurban olmalarına razı olmaları , Yəni fəsadın aradan getməsi yolunda ilahi qəzaya hakim olduqlarını qəbul etdilər və İslam dəvəti olan İMam Hüseynin (ə) hərəkətinə ləbbeyk dedilər, 2-İmam Hüseyinin (ə) qoşununun bayraqdarlığını axır nəfəsinə qədər saxladı, hətta qolların kəsəndə dişləri ilə bayrağı qaldırmağa çalışdı, (çünki hər qoşunun ayaq üstə olduğunu onun bayrağının uca qalmasında bilirdilər). 3-Şimrin tərəfindən gələn əmannaməni (ki İbn Ziyaddan Şimr həzrət Əbəl-Fəzl və qardaşları üçün qoşundan çəkildikləri təqdirdə onların qanının tökülməməsinə söz almışdır, çünki Şimr Abbas (ə) ın ana tərəfdən qohumu və həmqəbiləsi düşürdü) Abbas (ə) onun amannaməsini eşidən kimi dedi apar uzaq saxla və birdə bu fikirlə mənim yanıma yaxınlaşma.
Dünya Xilaskarının (ə.f) müxtəlif mənbələrdə müjdəsi necə bəyan olunur?
Bəşəriyyətin vicdanı qəbul edir ki, bir pak insan gəlsin və insanları düzgün yola qəbul etsin, çünki hamı istəyir cəmiyyət düzgün tərbiyə istiqamətində hərəkətdə olsun. Bütün müqəddiməyə əsasən deyirik ki, bütün dinlərdə Zamanın və sonuncu xilaskar kimliyindən asılı olmayaraq gəlməlidir, ona görə 4 din olaraq tanınan mənbələrdə belə tanıtdırılmışdır: 1-İslam, Qurani- “Allah sizdən iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, ... ”. (“Nur” 55). 2-Yəhudiyyət: Tövrat. “Allaha təvəkkül edənlər yerin varisi olacaqlar. ...”. 3-Məshiyyət, (xristianlar): İncil. “O zaman ki, şərqdən qar yağar və məğribə qədər zahir olar. İnsan övladının gəlişi də belə olacaqdır. ...”. 4- Zərdüşt, “O zaman ki, İzidan tərəfindən böyük bir qələbə gələcəkdir, bəni-Adəm xoşbəxtliyə əyləşəcəkdir”. Yəni - Bu baxışlara nəzər saldıqda görürük ki, xilaskar ki, İslamda Mehdi (ə) deyilir bütün dinlər baxışında qəbul olunan bir etiqaddır və olması zəruri bildirilmişdir.
İnsanın dilinə hakim olmasının metodları hansılardır?
İnsan həyatının ən böyük arzularından biri də budur ki, insana yaxın olan hər bir kəs və şey ona zərbə vurmasın, insana ən yaxın olan yaradılış insanın bədən üzvləridir, o cümlədən bəşəri ən böyük bəlalara salan insanın dilidir, Bunun üçün hər zaman çarə axtarmaq lazımdır ki, insanın dili onu izzətə çatdırsın və zəlil edən sözləri cəmiyyətdə büruzə verməsin, İslam maarifində dil insanın ən böyük dostu olduğu kimi kontrol olmasa ən böyük düşməni kimi tanıtdırılmışdır. Amma necə edək ki, dilimiz bizə düşmən olmasın və hansı yollarla onu kontrol və idarə edək barədə 3 əsas yol tövsiyə edilmişdir: 1. Dilin təhlükələrinə kamil diqqət etmək. bir işin sonucu haqqında fikirləşəndə insan daha çox o işi görmək və ya görməmək haqqında düşünməyə və etməyə yaxınlaşır və tərk etməyə sövq edir, 2. Sükut etmək. yəni zəruri olmayan yerlərdə sakit durmağa dili adət verdirmək, 3. Danışmazdan əvvəl düşünmək. Bu barədə bir hədisi qeyd etsək mənası yerinə düşər, İmam Həsən Əsgəri (ə) buyurur: “Axmaq insanın ağılı dilindədir. Bilikli və müdrik insanın dili isə ağlındadır”. Axmaq insan söz deməmişdən əvvəl düşünməz. Lakin aqil insan düşünüb sonra danışar.
Gözlərimizi çırkin vərdişlərdən necə xilas edək?
Ağıllı insan özünə hökm edir ki, gərək bütün pis əməllərdən uzaq dursun çünki ziyanları ilə qarşılaşmaq onun üçün xoş gəlməzdir. O dəstə insanlar sual verirlər ki, hansı yollar vardır ki, pis adətlər və gözlərimiz haramlardan saxlayaq, cavabda deyilir ki, gözləri və bütün əzalarımızı günahlardan bu yolları sınaqdan keçirməklə xilas edə bilərik: 1. Əgər insan özü istəməsə, onu tərk edə bilməz və günahın tərki üçün ciddi əzm lazımdır. 2. Bu adət - günahdır və o, zəhər kimidir. günahın ruhu zəhərləyib məhv edə bilər düşüncəsini özündə gücləndirsin, 3. Bu adətin yaranması üçün zəminələri hazır etməsin - günah mərasim, yer və zamanlardan uzaq dursun, 4. Naməhrəmlərin olduğu yerə getməkdən çəkinmək. 5. Namazı əvvəl vaxtda qılmağa çalışmaq və dini mərasimlərdə iştirak etmək. 6. Dua və təvəssül edib, Allahla olan rabitəni gücləndirməkdə çalışqan olsun, 7. Ümid etsin ki, Allah ona yardım edəcəkdir. təvəkkülünü və söykənməsinin Allahdan kəsməsin, 8. Gözünə hakim olmayan insan nəfsinə məğlub olmuş və onun əsiridir. Diqqət və nəzarətini özünə hakim etsin,
Məsləhət aldığımız şəxs hansı sifətlərə malik olmalıdırlar?
Məşvərət və məsələt verən şəxslərə lazım olan şərt və sifətlər ibarətdir: 1-Baxışı və aqlı pak niyyətli və geniş baxışlı və hər tərəfli ölçməyə qadir olan şəxs, 2-Elmli və zamanın ehtiyacları haqqında məlumatlı şəxs olmusun, 3-Bütün işlərdə insanların arasında daha tərcübəli olsun, 4- Xeyir istəyən və can yandıran olsun, 5-O bir şeylər ki, Allahın şəri hökmləri içində gəlmişdir onun haqqında məsləhətləşmək düzgün deyildir,
Günahlarla mübarizə etməyin yolları hansılardır?
Günahlarla mübarizə və onları təkrar etməməyin yolları ibarətdirlər: 1-Heç bir günahı kiçik saymamaqla, 2-Özünə ciddi nəzarət etməklə, 3-Allah əhd bağlamaq ki, birdə günah etməyəcək, insan əhdin kəffarələri haqqında düşüncə daha günah etməyər, 4-Günahı düşünməkdən uzaq durmaq ki, günah sərhəddinə yaxınlaşmaq insanın əməlində görünməsin, 5-Günahların ziyanları haqqında düşünməklə, 6-İmkan həddində günah mühitlərindən uzaq qalmaqla.
Əli (ə)-ın baxışında səadətin yolunda 2 real maneə nələrdir?
İmam Əli (ə) buyurur: “Sizin üçün görə qorxduğum iki qorxulu şey: havapərəstlik və uzun arzulardır. 1-Həvəsin ardınca getmək insanı haqdan saxlayar. 2-Uzun arzular isə axirəti yaddan çıxartdırar”. Eləcə də “Nəhcül-bəlağə”də oxuyuruq: “O kəs ki, arzularını uzun edər - pis əmələ düçar olar”.
İnsan şəxsiyyətini qorumaq üçün hansı tövsiyələr olunur?
İnsan zatən hörmətli yaradılmışdır. İnsanın zatı və fitri də bunu tələb edir ki, kamillik istiqamətində hərəkət etsin. və bu kamalda addımlamaq insan şəxsiyyətinin olması ilə olur. İslam maarifində şəxsiyyət və izzəti qorumaq üçün bu tövsiyələr olunur: 1-Cəmiyyətdə rəftarlada ehtiyatla rəftar etmək, 2-Sözə başlanmadan öncə biraz düşünməyin lazım olması, 3-Başqalarının haqqında pis düşünməkdən çəkinməyin zəruriliyi, 4-Təcrübəli və izzətli şəxsiyyətlərlə əlaqədə olmaq,
5-Əməlləri yadda saxlamaqla onları nəzərdən keçiməyin zəruri olması, bu əməllə insan gələcəkdə səhvlərini təkrar etməyin qarşısını alır.