Quranın qorunması kimi niyə Tövrat və İncil də qorunulmadı?


Quranın qorunması kimi niyə Tövrat və İncil də qorunulmadı? Sualın cavabında bir neçə incəliyə diqqət yetirmək gərəkir: 1-Öncəki dinlər tarixin bir müddəti və keçidi üçün göndərilmişdir, bu şərait də tələb edir ki, zamanda və cəmiyyətdə inkişaf səbəbindən gərək onlarda dəyişiklik baş verməli idi. 2-Bir əsli mətni qorumaq üçün, gərək təbii şərait də onun üçün yaranmış olmuş olsun, və o zamanlarda misal olaraq yazmaq mədəniyyəti lazımınca inkişaf etməmişdir. 3-İslam əbədi din və Quran həmşəlik hidayət sənədidir və onun üçün qorunmaq şəraitin yaranmasını gözləmək düzgün deyildir. gərək onun dəyişilməməsi üçün bəzi şəraitlər yaradılmış olsun ki, qiyamət gününə qədər qorunmuş olsun. Yəni Quranın kamil və əbədi kitab olduğu üçün, şəratinin münasib olduğu zamanda göndərildiyi üzə çıxır. O birilər də əgər belə zamanda və şəraitdə göndərilsəydilər qorunardılar. (Qısa sözlə Allahın hikməti bunu tələb edirdi ki, Quran hansı zamanda nazil olsunsun, amma mənası bu deyildir ki, onlar qorunması zamanın tabeçiləri onun qorunmasında diqqət etməli idilər, amma diqqət etmədilər onların cavabıdır Allahın lütfünün az olması mənasında deyildir).


Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar nələrdir?


Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar nələrdir? Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar. (Tebyan) Sualimizin cavabı: A) Abırı aparan günahlar: 1. Qaytarmağa niyyəti olmadığı halda borc almaq. 2. İsraf etmək. 3. Ailəyə qarşı simiclik etmək. 4. Pis əxlaq. 5. Az səbir. 6. Tənbəllik. 7. Dindarlara xəyanət etmək.
B) Ömrü qısaldan günahlar. Bəzi günahlar ömrü qısaldar və onlar ibarətdir: 1. Qohumlarla əlaqəni kəsmək. 2. Yalandan and içmək. 3. Yalan danışmaq. 4. Zina. 5. Müsəlmanların yolunu bağlamaq. 6. Yalandan İmam olduğunu iddia etmək.
D) Duaları həbs edən günahlar. 1. Pis niyyət. 2. Batinin pis olması və xəbislik. 3. Din qardaşları ilə nifaq etmək və ikiüzlü olmaq. 4. Duaların qəbul olmasına iman bəsləməmək. 5. Namazı vaxtı keçənə qədər təxirə salmaq. 6. Sədəqə verməmək. 7. Söyüş söymək.


Möhkəm ailənin sirri nələrdədir?


Möhkəm ailənin sirri nələrdədir? Ailə quruluşu öncə şirin və xoş olur amma bəzən zamanın ötməsi ilə ailə rabitələrində bəzi soyuqluqlar yaranır. Diqqət etmək gərəkir ki, bəzi amillərə nəzərə almadıqları üçün bu hadisələr baş verir, yəni bəzi rəftar və sözlər ki əvvəl ailə quruluşunda çox diqqət edilir ailə davamında da ona diqqət etmək gərəkir ki, onlar ibarətdirlər: 1- Həqiqəti deyin. amma düzgün məkanda, düzgün yolla və düzgün şəraitdə, (yalançılq və çox qorxaqlıq sözü deməkdə zərərli bir amildir). 2-Rəftarınızda mötədil olun. insaflı rəftar etmək, 3-Bir yerdə olmağa çalışın. səmiyyət və dəyərləndirmək əlamətidir. 4-Bir-birinizə ehtiram qoyun. qaşılıqlı başa düşməyə şərait yaradır. 5-Həmdərd olun. qaranlıq məsələlərin həllində böyük rola malikdir, ki, böyük prablemlərin mənşəyi belə bu qaranlılıq və gizli təsəvvürlərdir. 6-Təşəkkür edin. zəhmətləri dəyərləndirmək,


Valideynə hörmət dedikdə nə başa düşülür?


Valideynə hörmət dedikdə nə başa düşülür? İslam maarifinə nəzər saldıqda görürük ki, hörməti neçə əməllə göstərmək mümkündür: 1-Valideynin hüzurunda ayaqları uzatmaqdan çəkinmək, 2-Müxtəlif onlara aid münasibətlərdə onları hədiyyə ilə təbrikləmək, 3-Pis söz və yersiz (onları incidəcək) sözlərdən çəkinmək, 4-Onların haqqında və xüsusən də sağlamlıqları haqda duaçı olmaq, 5-Ev işlərində onların rahatçılığı təmin etməkdə onlara köməkçi olmaq və ya yardımçı qərar vemək.


Ruhu müdafiə etməyin yolları hansılardır?


Ruhu müdafiə etməyin yolları hansılardır? Əgər insan öz canının dəyərini bilsə, heç bir zaman onu çirkinliyə bulaşdırmaz. Bunu üçün insan gərək özünə layiqli əməl və sözləri həyatına hakim etsin. Bu da bəşərin özünü qoruması ilə yalnız mümkündür. Ruhu hifz etmək üçün də bu yollardan istifadə etmək olar: 1) Allaha təvəssül etmək. Yəni: İnsan hər an şeytanın vəsvəsinə məruz qala bilir və buna görə möhkəm bir pənah yerinə ehtiyacı vardır. Qadir, xaliq və tərbiyəçi Allahdan başqa kim bu ehtiyacı təmin edər?! 2) Təqva. Daxili bir güc yaratmaq gərəklidir ki, insan etiqad və əməllərinə əsasən ruhunu sağlam saxlamağa imkan tapa bilər. 3) Nəzarət və müraqibə. Ağıllı və düşünülmüş addımlar və sözləri həyata hakim etməyin gərəkliyi. -Söz insanın ixtiyarındadır hələ ki, deyilməyib amma elə ki, ölçülməmiş olsa insana onun fəsadları hakim olar. Amma diqqətli və hikmətli söz və əməl olsa insan amanda qalmasından əlavə inkişafa da nail olar. 4) Mühasibə. Hər zaman ömrünün nələrdən xərxləndiyini ölçüyə qoymaqlığın zərurətliyi. Əgər pis əməl baş veribsə yaxşı əməllərlə insan özünü cəzalandırmalıdır. Əgər saleh əməl görübsə şükür edib mütləq yaradanın yardımını və inayətlərini əldə etsin.


Quranın nəzərində nümunəvi qadınlar olaraq kimlər tanıtdırılır?


Quranın nəzərində nümunəvi qadınlar olaraq kimlər tanıtdırılır? Quran əxlaq fəzilətləri haqqında söz açan zaman, həm mömin kişi örnəklərini vurğulayır və həm də qadın. Gözəl əxlaqa malik olan insan başqaları üçün örnək ola bilər. Quran örnək olaraq bir neçə xanıma işarə edir və onları mədh edir. (Tebyan) ibarətdirlər: 1. Sara. İbrahim Xəlilin (ə) həyat yoldaşı. Sara nümunə və örnək qadınlardan biridir ki, mələklərlə danışar və müjdə alarmış. 2. Həzrət Musanın (ə) anası və bacısı. O zaman ki, Musanın (ə) anası Allahın əmri ilə körpəni dənizə atır, ona görə də hər 3 qadın Həzrət Musanın (ə) böyüməsində mühüm rola malik olmuşdular. 3. Fironun həyat yoldaşı. Allah Fironun həyat yoldaşını (Asiyanı) qadınlar üçün nümunə kimi tanıtmışdır. Asiya elə bir insanın yanında yaşayırdı ki, nəinki rübubiyyyət iddiasında idi, bəlkə həm də tövhidi də iddia edirdi. 4. Həzrət Məryəm (s.ə). Allah onu həm bu dünyada və həm də axirətdə paklardan qərar vermişdi.


Dindar necə şadlanmalıdır?


Dindar necə şadlanmalıdır? Dindar Allahdan həqiqi xeyir və həmişəlik şadlıq əldə etmək üçündür. Bəni insanlar yanlış düşünüb deyirlər ki, din yəni şad düşüncə yaşayışda uzaqda və kənarda qalmaqdır. Bunların düşüncə quruluşlarında bir səhv düzməcə görmək mümkündür. Yəni mömin və dindar olmaq istəyən şəxs düşünməlidir: Dindar üçün də maddi sevinc və şadlıq lazımlıdır, lakin bir şərtlə ki, bu şadlıq dinin bəyəndiyi kimi olsun və sonradan bizə əziyyət gətirməsin. Dindar olmaq o demək deyildir ki, həmişə qəmli və kədərlidir, heç sevinmir. Xeyr, dindar da həyatın xoş hadisələrinə sevinir və şadlanır. Lakin dindar insan üçün İlahi razılıq və Allahın bəyəndiyi şadlıqdan üstün bir şey yoxdur.


Səcdə etməyin 6 bərəkəti nələrdir?


Səcdə etməyin 6 bərəkəti nələrdir? Səcdə - bəndəliyin ən ali dərəcəsidir. İnsan səcdəyə gedən zaman özünü varlıq aləmi ilə həmahəng edir. “Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər”. (“Nəhl” 49). İmam Sadiq (ə) uzun səcdəyə getməyi həmişə tövsiyə edərdi. Bəs niyə bu qədər səcdə etmək tövsiyə olunur, faydası nədir? Bu faydalara diqqət edək: 1. Allaha daha yaxın olursan. 2. Şeytanın belini sındırar. 3. Günahlardan pak olar. 4. Dualar qəbul olar. 5. Behiştlik olarsan. 6. Peyğəmbərlə (s) məşhur olarsan.


Balığı alanda neçə şərti nəzərə alınmalıdır?


Balığ alanda iki şərtə riayət etmək gərəkir: 1-Bağlıq qəpikli olmuş olsun ki, 2-Sudan diri çıxarılmış olsun, həddi budur ki, yəqin olunmuş olsun ki, suda ölməmiş balıqdır. misal üçün tokla öldürülsə onda balığı yeməyə icazə verilmir, (yəni sudan diri çıxarıldıqdan sonra ölsə halaldır suda ölməsi onun haram olmasına səbəbdir).


Zülmün üç növü hansılardır?


Zülmün üç növü hansılardır? Zülm - ədalətsizlik, haqqı tapdalamaq və başqasının haqqına təcavüz etməkdir. “(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır”. (“Taha” 111).
Zülmün üç növü vardır: 1-Allaha qarşı zülm- ən ağır zülmlərdəndir ki, ardınca bəlalar gətirər. 2-İnsanlara zülm - insanlara edilən zülmdür və ya ictimai zülmdür. 3-Özünə zülm - Qədrini bilməmək və kamil insana layiq haqqı əda etməmək nəfsə edilən zülmdür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter