Sağlam olmaq üçün dinimizin tövsiyələri nələrdir?


İmam Əli (ə) buyurur: “Dünyadakı payını unutma: sağlamlıq, güc, fürsət, cavanlıq və şadlığını unutma ki, onların vasitəsilə axirəti əldə edəsən”. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Dörd şeyi dörd şeydən əvvəl dərk et: cavanlığını qocalıqdan əvvəl, sağlamlığını xəstəlikdən əvvəl, sərvəti yoxsulluqdan əvvəl, həyatı ölümdən əvvəl”.
İmam Əli (ə) buyurur: “Dörd şeyin dəyərini dörd nəfərdən başqası bilməz: cavanlığı - qocalardan başqası, rahatlığı - giriftar olanlardan başqası, sağlamlığı - xəstə olanlardan başqası, həyatı - ölənlərdən başqası”.
İmam Əli (ə) buyurur: “Sağlamlıq - ən yaxşı nemətdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşılığı və yaxşı əməl sahiblərini sev. And olsun o Kəsə ki, canım əlindədir, bərəkət və sağlamlıq yaxşılıq və yaxşı əməl sahiblərilədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala tərəfindən rahatlıq, uğur, qələbə, bərəkət, güzəşt, sağlamlıq, afiyət, müjdə, razılıq, qohumluq, yardım, güc, şadlıq və məhəbbət o kəsə olsun ki, Əli bini Əbitalibin (ə) vilayətini qəbul edər və ona iqtida edər. Onun üstün olduğunu etiraf edər və ondan sonrakı İmamların vilayətini qəbul edər. Mənim boynumadır ki, onları şəfaətimə daxil edəm və Mənim Pərvərdigarımın boynundadır ki, mənim onlar haqqındakı xahişimi yerinə yetirsin. Onlar mənim davamçılarımdır. Hər kim mənim davamçım olar, məndəndir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı Allahın razılığına, mələklərin dostluğuna səbəb olar, Peyğəmbər (s) sünnətidir, mərifət nuru, imanın kökü, bədənlərin rahatlığı, şeytanın narahatlıq mənbəyi, düşmən əleyhinə silah, duaların qəbul olma, əməllərin qəbul olma və ruzidə bərəkət mənbəyidir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Yeməkdən əvvəl əlləri yumaq yoxsulluğu və (yeməkdən) sonra əlləri yumaq qəm və qüssəni aradan aparar və gözə sağlamlıq bəxş edər”.
İmam Əli (ə) buyurur: “Həsəd bədəni cürüdər və əlil edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”.
İmam Əli (ə) buyurur: “Təfritin səmərəsi peşmançılıqdır, tədbirliliyin səmərəsi isə sağlamlıqdır”.
İmam Sadiq (ə) buyurur: “O xeyir ki, ardınca atəş olar, xeyir deyildir. O şər ki, ardınca behişt olar, şər deyildir. Behiştdən başqa hər nemət dəyərsizdir. Atəşdən başqa hər bəla sağlamatlıqdır”.
İmam Əli (ə) buyurur: “İki nemət vardır ki, dəyərini bilməzlər, məgər o kəs ki, onu əldən vermiş olsun: cavanlıq və sağlamlıq”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter