Allah yanında daha sevimli əməllər nələrdir?


Allah yanında daha sevimli əməllər nələrdir? Rəvayətlərdən istifadə olunur ki, Allah dərgahında ən sevimli əməllərin bir əsasları bunlardır: 1-Şəriət vaciblatlarını başa salan elmləri öyrənmək, 2-Elmi mübahisələr etmək, 3-Alimlərlə oturub-durmaq, 4-Alimlərin görüşünə getmək, 5-Namaz qılmaq, 6-Peyğəmbərdən itaət etmək, 7-Əməldi davamlı olmaq, 8-Əliaçıqlıq etmək, 9-Başqalarını halal yollarla sevindirmək, 10-Dini qardaşlarla birlikdə olmaq, 11-Mömin qardaşın ehtiyaclarını təmin etməkdə çalışqanlıq, 12-İslam ümməti üçün ən faydalı insan olmaq, 13-Qeybət etməmək, 14-Diş fırçalamaq,


Daxilimizdəki baharı yaşıllaşdırmaq hansı əməllərlə olur?


Daxilimizdəki baharı yaşıllaşdırmaq hansı əməllərlə olur? Daxili baharı bu baxış və əməllərlə həyatımızda yarada bilərik: 1-Bahar təravətini qəlb evimizə dəvət edək. yəni təzəlik və təmizlik həyatımızda və vucudumuzda yaradaq. 2-Qəlbinizi silkələyin. Saleh əməlləri artıraq və pis və günah işlərdən uzaq duraq. 3- Daxilinizdə baharı yaşıllaşdırın. Saleh əməlləri dərinləşdirək yəni etdiklərimizi dərin bilik və mərifətlə yerinə yetirək. 4-Mehriban olun. Özümüzə və başqalarına nisbətdə xoş rəftarlı olaq ki, eyni bizə etdiyimiz olunar. 5-Xeyir işlər görməyi unutmayın. Xeyir işlərdə ciddi və davamlı olmaq. 6-Müsbət düşünün və təbəssümü yaddan çıxarmayın. Bacarıqlı insan olduğumuzu düşünək və mənfi baxışdan üz çevirək. Yəni edə bilərəm əgər istəsəm və çalışam, düşüncəsini həmişə həyatın şüarı qərar verək.


Həyat yoldaşını incidənin namazları qəbul olunarmi?


Həyat yoldaşını incidənin namazları qəbul olunarmi? Bu haqda qısa hədislər gəlmişdir: 1-İmam Sadiq (ə) buyurur:“Qadınlarınızı deyinməkdən hifz edin”. Əgər bir qadın ərinə desə ki, səndən mənə heç bir xeyir dəyməmişdir, bütün yaxşı əməlləri yox olar. 2-Həzrət Zəhra (s.ə) buyurur: “Əlican, mən xəcalət çəkirəm ki, səndən gücün çatmayan bir şeyi istəyim”. Namazın kamala çatmasına mane olan amillərdən biri də həyat yoldaşını incitməkdir. Əgər ailədə səndən zəifləri incidirsənsə, namazda kamala çata bilməzsən.
3-Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, həyat yoldaşını incidər, Allah yanında yaxşı əməlləri qəbul olmaz. Məgər o halda ki, ona kömək edər və ya onu razı salar. Həmçinin əgər əri də zülm edərsə, bu cür əzab və cəzası vardır”. Bu maariflərdən istifadə olunur ki, ailə mühitində qarşılıqlı hər kəs üzlm etsə Allah onun heç bir əməlini qəbul etməz və ən əsası əməllərdən namazını qəbul etməz. (Yəni Cənnətdən məhrum olmasını qəbul etməlidir).


Övlad tərbiyəsindəki beş açar hansılardır?


Övlad tərbiyəsindəki beş açar hansılardır? Valideynlər üçün çox zəruri beş açar tərbiyə yolunda bunlardır: 1. Övladınıza deyin: “Xahiş edirəm ki, sən özün qərar verəsən”. onun dəyərli bir şəxsiyyət olduğunu öyrətmək lazımdır ki, insan öz şəxsiyyətinə hörmət etsə və özünü sevsə onun fitrətinə zidd olan xəbis əxlaqlardan uzaq olar. 2. “Səni sevirəm, ancaq pis rəftarını yox”. yaxşılıqlarına işarə edək və pisliklərini təmizləməkdə köməkçi olaq. Yəni müsbət insan olduğunu da qeyd edək. İstəkanının içindən dolu olan suyun da dəyərini bilək misalı kimi oxşar rəftar etmək. 3.”Kömək et ki, problemimi həll edim”. onun yolda yeni olduğundan elm və təcrübəmizlə yollarının hansının faydalı olduğunu və hansının ziyanlı olduğunu onun üçün açıqlayaq. 4. İstəklərinizi övladınıza aydın şəkildə deməyə çalışın. Gizli fikirlər tərbiyə alındırmaz çünki tərbiyə aydın məsələdir və tələblər və sözlər və istəklər də aydın və qaranlıqsız olmalıdır. 5.”Müxtəlif insanların müxtəlif ehtiyacları olar”. gərək övladların istedadlarını ölçək ki, onların bacarıqlarına görə onlardan tələb edək.


Qadınlar ailə problemlərinin həlli üçün hansı məharətləri əldə etməlidirlər?


Qadınlar ailə problemlərinin həlli üçün hansı məharətləri əldə etməlidirlər? Qadınlar ailə problemlərinin həlli üçün bu məharətlərə malik olmalıdırlar: 1-Kişilərin həssas yerini tanımaq, yəni hansı şeylərdən xoşları gəlmir onlar haqqında evdə söhbət və əməl etməkdən çəkinməlidirlər. 2-Düşünmədən danışmamaq, qadınların xüsusiyyətidir ki, qadınlar hissləri üzündən danışırlar bu onlar üçün bir nemətdir nöqsan deyildir hisləri olmasaydı ana ola bilməzdilər. Amma diqqət etməlidirlər ki, kişilər hər bir şey və şəxs haqqında danışmağı sevmirlər. 3-Söhbət zamanı ərini laqeyd hesab etmək olmaz, xanımlar diqqət etməlidirlər ki, ailənin müştərək məsələlərində kişilərin yerini hamıdan üstün qərar versinlər, kişilər evdə özlərini dəyərsiz hesab etsələr ailə mühitinə heç bri can yandırmazlar. 4-Yorucu sözlərdən çəkinmək, təkrari və hədəfsiz söhbətlər kişilər üçün maraqlı deyildir, qadınlar diqqət yetirməlidirlər ki, uzun-uzadı və təkrari söhbətlərdən çəkinsinlər.


Səfərə çıxmaqda niyyət nə olmalıdır?


Səfərə çıxmaqda niyyət nə olmalıdır? Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) verdiyi vəsiyyətdə belə buyurur: (Layiqli deyildir ki, aqil insan səfərə gedər, məgər bu üç məqsəddən başqa: 1. Ticarət və qazanc əldə etmək üçün. \"özünün və ailəsinin rifahını təmin etmək hər bir kişinin şəri borcudur bu niyyətlə səfərə çıxsa Allah yanında dəyərli və vacib əməlini yetirmiş olur). 2. Mənəvi kamala çatmaq və məad azuqəsi üçün. (elm öyrənmək və ya dəyərli ziyarətlərə getməklə Həcc ziyarəti və Peyğəmbər və Kərbəla ziyarəti kimi bir yerlərə gedə və məəqsədi bu ola ki, o müqəddəs məkanların ziyarəti ilə bəzi çirkin əməlləri tərk edə onda Allah yanında mənəvi dəyərlər əldə edər və eləcə də çox ilahi savablara nail olar). 3. Əylənmək və mübah ləzzətlər cəlb etmək üçün”. (Streslərini və əsəblərini rahatlaşdırmaq üçün əgər gəzintilərə çıxsa və məqsədi bu ola ki, qəlbində sakinlik yaratsın Allah yanında böyük əməl etmiş olar).


Gəlinlə qayınana rabitəsini necə düzgün qurmalı?


Gəlinlə qayınana rabitəsini necə düzgün qurmalı? Gəlinlə qayınana rabitəsinin düzgün yolları bunlardan ibarətdirlər: Qayınana bunları etməlidir: - Bütün fikir və səyi oğlu ilə gəlinin arasındakı rabitələri möhkəmləndirmək üçün olsun. - Gəlininin səliqəsinə və fikirlərinə hörmət etsin. ki, bu, cavan cütlüyün ruhi sağlamlığına birbaşa təsir qoyar. - Tənqid etmək və ya iynələmək yerinə, gəlininin şəxsiyyətinə hörmət edərək, onu himayə etsin, - Rəftar və danışığı elə olsa ki, başqa övladları da ondan ibrət götürsün, - Oğlunu həyat yoldaşını hərtərəfli himayə etməyə təşviq etsin,
Gəlin isə bunları etməlidir: - Qayınanasını anası kimi hörmət bəsləməlidir. - Qayınana kəlməsinə qarşı olan yanlış baxışları dəyişib, onu hər bir xeyirin mənbəyi hesab etməlidir. - Hörmətini saxlamalıdır. - Hər nə qədər qayınanasını istəsə, əri ona daha çox hörmət edər.


Dostluğu zəiflədən amillər nələrdir?


Dostluğu zəiflədən amillər nələrdir? Dostluğu pozan amillərdən bəzilərinə işarə edirik: 1. Narahat etmək. Yəni mənasız və Allah istəməyən əməllərlə dostu və mömin şəxsi narahat etmək 2. Həsəd aparmaq. paxıllıq etmək insanın həqirliyindən irəli gəlir. Qibtə etmək düzgündür yəni çalışmaq ki, dostun həddinə çataq. 3. Bədgümanlıq, etimadsızlıq insanın bədbəxtliyinin açarıdır insanın söykənəcəyi olan qardaş və dostu ondan üz çevirər. 4. Münaqişə etmək. inadkarlıqdan əl çəlməyin zərurəti dostluq əlaqəsindən lazımlı bir məsələdir. 5. Xırdaçılıq. əhəmiyyətisiz məsələ üzərindən dəyərli əlaqə və ... məhrum olmaq insanın dostunun əldən getməsinə səbəb olur. 6. Dava etmək. dalaşmaq əsəb və heç bir meyarsız İslam baxışında məzəmmət olunmuş bir əməl olaraq tanıtdırılır.


Şirk neçə cür təsəvvür olunur?


Şirk neçə cür təsəvvür olunur? Şirkin qismləri: 1-Zatı haqqında şirk, yəni buna inanmaq ki, Allah neçədir, tövhidin əksidir. 2-Sifət şirki, yəni insanın inanması buna ki, ALlahdan başqa kimlərsə bəzi işləri görürlər ki, ALlah həddində ola bilərlər feyildə və başqa mənası da budur. 3-Rəbliyində şirk etmək, bu mənada ki, təsirli və tərbiyəçi ALlahdan başqasını güman etmək.


Təvəssül etməyin zərurəti və hikməti nədir?


Təvəssül etməyin zərurəti və hikməti nədir? Təvəssül insanların Allah dərgahına günahları səbəbindən başqalarının hörmətini vasitə qərar verməkdir. Necə ki, Quranda gəlmişdir:«يا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ» «1» Ey iman gətirənlər Allahdan qorxun və ona qarşı günahlarınızdan amanda qalmaq üçün ilahi dərgaha hörmətli şəxslərdən vasitə gətirin ki, bəlkə ALlahın rəhmi sizə şamil olsun. Təvəssülün hikməti yəni başqasını günahlarından şəfaətçi olmaq üçün qərar vermək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter