Rəvayətlərdə bədəni gücləndirən və zəiflədən amillər nələrdir?
İnsan canı sağlam olsa ruhu və düşüncəsi də sağlam olub özünü ziyanlardan amanda saxlaya bilər. Buna görə də gərək mömin və müsəlman şəxslər öncə bilsinlər ki, hansı şeylər bədəni gücləndirir və hansı şeylər onu zəiflədir ondan uzaq dursunlar ki, bədən üzvlərinin davamlılığı cavanlıqda olduğu kimi daimi öz enerqiyasını saxlamaqda bir miqdar nailiyyətlər əldə etmiş olsun. Bu haqda rəvayətdə gəlmişdir:
İmam Əli (ə): Dörd şey bədəni qüvvətləndirər:
1. Cinsi yaxınlıq olmadan alınan qüsül. Hamama getmək və öz təmizliyinə diqqət edən şəxsin bədənində təravət yaranar və bu səbəbdən də həmişə iradəli və güclü vücuda sahib olmaq mümkün olur.
2. Ətir iyləmək. xoş iyilik insanın həyatına şad və sevindirici şərait yaradır ki, belə olan halda bədən də güclü olmağa həvəsli olur.
3. Ət yemək. Ət yemək insanın idarə və fikrinin güclü olmasını yaradır ki, belə olan halda fikir insanın bədənin sağlamlığını təmin edən amildir.
4. Kətan paltar geyinmək. bəzi növ paltarlar vardır ki, insanın həyatında təsirə malikdir. kətan paltar da insanın davamlı və qüvvəli bədəni sahib olmasına şərait yaradır.
Dörd şey də bədəni arıqladar (zəyiflədər):
1. Dolu qarınla hamama getmək.
2. Qurumuş ət yemək.
3. Şor xörək yemək.
4. Ac qarına su içmək.