Həzrət İsa (ə) Tələsik mühakimələrdən çəkinmə haqda hansı tövsiyəni vermişdir?!


Bir çox insanlar yalnız zahiri müşahidə aparmaqla mühakimə yürüdür, kiminin pis, kimininsə yaxşı adamı olması haqqında tələsik qərar çıxarırlar. Bu iş təkcə möminə yox, özünü ağıllı hesab edən heç bir fərdə yaraşmaz. Zahir həmişə aldadıcıdır.


Qurani Kərimdə yalan danışmağın pisliyi və mənfi təsirləri haqqında nələr buyurulur?!


«Quran» baxımından yalan -   «Qurani-Məcid»də yalan və hiylə Allaha şərikqoşma sırasında vurğulanmışdır:  "... Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.” («Həcc» - 30). 

- Yalançın


Həqiqi şiəliyin nişanəliyi haqqında məsumlar hansı xüsusiyyətləri buyurublar?!


Şiəliyin nişanələri:

1. İman qardaşlarına qarşı əliaçıqlıq.

İmam Sadiq (ə) zikr olunmuş rəvayətdə əliaçıqlıq və bəxşişi şiələrə layiq birinci sifət kimi tanıtdırır. İnsan öz ailə üzvlərinə diqqətli olduğu kimi din qardaşla


Şayiə yayanlara qarşı mübarizə yolu haqda Məsum İmamlar hansı tapşırıqları verirlər?!


Şayiə yayanlara qarşı mübarizə yolu müxtəlifdir. Biz onlardan yalnız ikisini qeyd edirik:

1. Eyib tutanlardan uzaqlaşmaq

İmam Sadiq(ə) belə insanları milçəyə bənzədir. O, bu barədə buyurur: "Milçəyin təmiz və sağlam yerləri tərk edib bədənin yara


Qeybət günahına bəhanə gətirənlərə İmam Kazim (ə)-ın cavabı nə oldu?!


   Çox zaman qeybətə aludə olanlar öz işlərinə bəhanə gətirmək üçün "filan şəxsin barəsində dediklərimin hamısı onda var”, "necə deyərlər, onun sifətidir, qeybəti deyil”, - deyirlər. Halbuki bu bəhanə günahdan daha pisdir, çünki qeybət nəinki


Müsəlmanın Qeybətini eşidənin vəzifəsi nədir?


Qeybət elə bir kəbirə günahdır ki, qeybət edən tənha halda onu yerinə yetirə bilməz. Ona görə də qeybəti eşidən də bu günahı yerinə yetirməkdə şərikdir.
O hal istisnadır ki, qeybəti eşidən, qeybət edənlə müxalif olar. Onu qeybət etməkdən saxlayar. O yerdə ki, onunla müxaliflik edə bilməz, gərək qeybəti eşitməkdən çəkinsin. Qəlbində qeybət edənə qarşı müxalif olsun.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim insanları, qardaşının olmadığı yerdə abırını aparmaqdan saxlayarsa, Allahın üzərindədir ki, Qiyamət günü onun abırını saxlasın”.
Ancaq əgər insan müxaliflik etmək yerinə, həmin insanın dedikləri ilə razı olarsa, qeybət edənin günahına şərik olar. Qiyamət günü onu da qeybət edən kimi cəzalandırarlar...


Hz Peyğəmbər (s) kimləri Ən paxıl, ən aciz və ən zülmkar xalq olaraq tanıtıdırır?!


Həzrət Peyğəmbər (s) buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır. Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. \"Kafi” kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə \"la ilahə illəllah” desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox \"la ilahə illəllah” deyənin əməli onun əməlindən çox olar.
\"Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim, (yəni Həzrət Peyğəmbərin) adımı eşidir, lakin salavat çəkmir...


Sözgəzdirən insanların aravurma xasiyyəti hansı batini boşluqlardan qaynaqlanır?!


Söz gəzdirməyi yaradan amillər - Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavab olaraq demək lazımdır ki, aşağıda qeyd olunmuş amillərdən biri söz gəzdirməyə bais olur:
1. İnsan haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;
2. Söz gəzdirmək vasitəsilə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu göstərəndə;
3. İstirahət zamanı;
4. Boşboğazlıq və haqsız adamlarla həmsöhbət olmaq...


«Quran» və hədislər baxımından sözgəzdirənin aqibəti necə izah olunur?!


«Qurani-Məcid»də söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur: \"Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)\" («Təbbət»-4).
Peyğəmbər(s) buyurdu: -Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi? Ərz etdilər: -Bəli, ya Rəsulullah. Buyurdu: -Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.


Hz Peyğəmbər (s) qullarla yemək yeyərkən ona etiraz edən şəxsə nə cavab verdi?!


Mülayimliklə yanaşı olan idarəçilik və qayda-qanun: Peyğəmbər (s) qullarla oturub-dururdu, onlarla yemək yeyirdi. Bir gün yer üzərində oturub bir dəstə yoxsul adamla yemək yeyirdi. Səhra ərəblərindən olan və oradan keçən bir qadın təəccüblə soruşdu: \"Ey Allahın rəsulu! Sən qullar kimi yemək yeyirsən?\". Peyğəmbər (s) təbəssüm edib buyurdu: \"Vay olsun sənə! Hansı qul məndən daha artıq quldur?!\".
Sadə paltar geyinərdi, qarşısında hansı yemək olsaydı və nə hazırlansaydı, yeyərdi, xüsusi yemək istəməzdi. Xoşuna gəlmədiyi üçün heç bir yeməyi qaytarmazdı. Bütün bəşəriyyət tarixində bu xarakterlər bənzərsizdir. Yaxşı rəftarla yanaşı, o, zahiri və mənəvi təmizliyin və paklığın zirvəsində idi. Abdullah ibn Ömər deyir ki, Peyğəmbərdən (s) daha çox bağışlayan, daha çox kömək edən, daha çox şücaətli və daha işıqlı bir kəs görmədim...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter