Valideynə hörmət və həyat yoldaşına diqqət barədə dinimizin tövsiyələri nələrdir?


Quran və Əhli-beytin (ə) biz müsəlmanlara ən mühüm tövsiyəsi - valideynin hörmətini saxlamaqdır. Bu əmr Quranın 4 ayəsində açıq şəkildə bəyan edilmişdir. Bundan başqa, Quranın müxtəlif ayələrində valideynlə bağlı təzəkkürlər verilmiş və tövsiyələr edilmişdir ki, bu da valideynə olan hörmətin nə qədər mühüm məsələ olduğunu vurğulayır. Bu ayələrin buyurduğuna görə, hər bir övlad gərək ata və anasını əziz tutsun, xüsusilə də qoca və xəstə vaxtı onları tək buraxmasın. Onlarla mülayim və mehriban rəftar etsin və danışsın. Bu göstərişi Əlhi-beytin (ə) tövsiyələrində də görmək olur. Belə ki, İmam Sadiqdən (ə) soruşurlar ki, hansı əməl başqa əməllərdən daha üstündür və Həzrət (ə) buyurur: “Vaxtında namaz qılmaq, ata və anaya yaxşılıq etmək, Allah yolunda cihad etmək”.
Bir nəfər valideynin haqqı barəsində Həzrət Peyğəmbərə (s) sual verir və Həzrət (s) buyurur: “Atanı adı ilə çağırmayın və ondan irəlidə yol getməyin. Ondan qabaqda əyləşməyin və başqalarının onu söyməsi üçün zəminə hazırlamayın”.
İmam Səccadın (ə) anası ilə bir yerdə yemək yeməməsi də bu hörmətin bir nümunəsi idi. Bir nəfər Həzrətə (ə) sual verir ki, axı siz insanların içərisindəki ən yaxşılarısınız, niyə ananızla bir yerdə yemək yemirsiniz? Buyurur: “Sevmirəm ki, əlim elə bir yeməyə tərəf əvvəl getsin ki, anam onu iradə etmişdi”.
Bir qadın Peyğəmbərin (s) yanına gəlir və Həzrət (s) onu görən zaman çox sevinir və əbasını onun ayağının altına atır. Həzrətlə (s) söhbət edir və həmin qadın məclisi tərk edən zaman həmin qadının qardaşı gəlir. Ancaq Həzrət (s) onunla bacısı kimi rəftar etmir. Həzrətdən (s) soruşurlar: “Niyə qardaşı ilə də həmin rəftarı etmədiniz? Buyurur: “Bacısına daha çox ehtiram göstərməyimin səbəbi budur ki, o, atasına qarşı qardaşından daha çox yaxşılıq edir”.
Əziz Məsumlarımız (ə) öz həyat yoldaşları ilə də yaxşı rəftar edirdilər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən ən yaxşısı - həyat yoldaşları ilə (xoş rəftar edənlərinizdir). Mən sizlərdən xanımlarıma qarşı ən yaxşısıyam”.
Həzrət (s) yenə buyurur: “Sizlərin ən yaxşısı - ailəsi ilə olanlardır. Mən sizlərindən ailəmə qarşı ən yaxşısıyam”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kim həyat yoldaşı seçər, gərək ona hörmət etsin”.
Ərlə-arvadın vəzilfərndən biri də özünü həyat yoldaşı üçün zinətləndirməkdir. Həsən bin Cəhm nəql edir: “İmam Kazımı (ə) görürdüm ki, saqqalını rəngləyir və çox bəzənmiş görünürdü. Soruşanda ki, niyə saqqalınızı rəngləmisiniz?”. Buyurardı: “Bəli, kişinin bəzənməyi və hazır olmağı qadının iffətinə səbəb olar. Həqiqətən bəzi qadınlar ərlərinin təmizlik və bəzənməyə qarşı laqeyd olduqları üçün iffət sərhədindən xaric olurlar”.
Həzrət Peyğəmbər (s) həyat yoldaşları ilə səfərə çıxardı. Aişə bu haqda nəql edir: “Nə zaman Allahın Rəsulu səfərə çıxmağı iradə edərdi, həyat yoldaşları arasında püşk atardı. Hər kimin adı çıxsa, onu özü ilə səfərə aparardı”.
Ərin vəzifələrindən biri - xanımın həyat xərcini ödəməkdir. İmam Sadiq (ə) buyurur: “Həyat yoldaşı və ailə kişinin əlində olan əsirlərdir. Ona görə də Allah o kəsə ki, nemət verib, əsirlərinə rifah etdirsinlər. Əgər bu işi görməsə, Allah həmin neməti alar”.
İmam Rza (ə) buyurur: “Layiqlidir ki, insan ailəsinin həyatına rifah versin ki, onun ölümünü arzulamasınlar”.
İmam Səccad (ə) buyurur: “Qadının haqqı odur ki, bilsin ki, Allah həyat yoldaşını rahatlıq və ülfət mənbəyi qərar vermişdir. Həmçinin bilsin ki, həyat yoldaşı sənə verilən İlahi nemətdir. Ona görə də onu əziz tut və onunla mehribanlıq et. Baxmayaraq ki, sənin haqqın ondan daha lazımlıdır”. (Erfan)
Allah Təala bizləri bu mübarək tövsiyələrə əməl edənlərdən qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter