Fitrə zəkatının anlamı nədir?


Fitrə zəkatının anlamı nədir? Fitrə, lüğətdə bir neçə mənaya işlənilir. Bunlardan ən əhəmiyyətliləri yaradılış və İslamdır. Termin baxımından isə hər müsəlmanın özü və yemək verdiyi adamın zəkatını layiq olan kəslərə verməsidir. Fitrə Zəkatının verilmə zamanı isə Ramazan Ayının son günü günəş batmamışdan, Fitrə Bayramının günorta saatına qədərdir. Bu cür maliyyə hüquqların verilməsi cisim (yaradılış) və ruhun salamat və səhhətinə səbəb olduğundan, ona bədənin zəkatı və ya fitrə deyirlər. İslam mənasında da istifadəyə gəlincə fitrə zəkatı, İslamın gərəklərindəndir; bundan ötəri əgər kafir biri fitir bayramı axşamı günəş batandan əvvəl Müsəlman olursa ondan bu vacib əməl götürülməz, onu yerinə yetirmək məcburiyyətindədir. Zəkat iki qisimdir: Malın zəkatı və fitrə zəkatı. Malın zəkatı doqquz yerdədir, bunlar: Buğda, arpa, xurma, ... Fitrə Zəkatı, hər bir adam üçün xalqın ümumisinin yeməyindən üç kilo qədərinin yəni, xalqın əksəriyyəti ümumiyyətlə nə yeyirsə o yeyilən şeydən üç kilo qədər bir adamın fitrə zəkatı olaraq sayılmaqdadır. Bunlar da ümumiyyətlə buğda, arpa, xurma, çörək, kişmiş, düyü, və bunun kimi şeylərdir. Fitrə Zəkatı, Sünni və Şiənin qəbul etdiyi məsələdir. və dini ədəbiyyatda onun üçün bir çox hikmət və faydalar sadalanıb. Bunlardan bəziləri; orucun təkmil və qəbul olması, cisim və bədənin səhhət və salamatlığını zəmanətə almaq, ruhu pis və çirkin əxlaqdan təmizləmək, insanın ölümdən qorunması və malın zəkatıdır, təkmil edilməsidir.


Saqqal saxlamağın hikmət və faydaları nədir?


Saqqal saxlamağın hikmət və faydaları nədir? İslam dinində vacib buyurulan və dini rəhbərlər tərəfindən tövsiyə olunan məsələlərdən biri də saqqal saxlamaqdır.
A) İlk öncə saqqalı təraş etməyin haramlığının səbəbləri haqda buyurulmuş hədisləri qeyd etmək istəyirik:
1-Allah-Taalanın hökmü; Saqqalı təraş etməyin haram olmasının səbəblərindən biri Allah-Taalanın Peyğəmbərə (s) əmridir. Peyğəmbər (s) bu haqda buyurdu: Allahım mənə saqqal saxlamağı və bığları azaltmağı əmr edib. 2-Yəhudilərə və məsihilərə oxşamaq; Məhəmməd (s) peyğəmbər bu haqda buyurub: Bığlarınızı azaldın və saqqallarınızı uzaldın. Özünüzü yəhudilərə oxşatmayın.
B) Saqqal saxlamağın faydaları: 1-Saqqal əzəmət və mərdlik nişanəsidir; İmam Sadiq (ə): “İnsanın üzündə tükün çıxması onun kişiliyinin, əzəmət və heybətinin nişanəsidir. Tük kişinin uşağa və qadına oxşamasının qarşısını alır”. 2-Kişilərin zinəti. İmam Rzadan(ə): “Saqqal saxlamaqda nə üstünlük var ki, kişilərin saqqalı var, amma qadınların yoxdur?” İmam (ə) buyurdu: “Allah-Taala saqqalı kişilərə zinət olaraq verib. Saqqal kişilər üçün bir fəzilətdir. Kişilər saqqal vasitəsilə qadınlardan seçilirlər”.


Həzrəti Əli ibn Əbi Talibin (ə) ən böyük dərdi nə idi?


Həzrəti Əli ibn Əbi Talibin (ə) ən böyük dərdi nə idi? Tarixin fəxri olan Əlinin (ə) ən böyük dərdi: Onun məqamının tanınmaması, eləcə də onu dərk edən şəxslərin çevrəsində olmaması idi.
Təəssüflər olsun ki, Həzrəti Əli (ə) o böyük məqam sahibi hələ də öz şiələri arasında tanınmamış və qəbul olunmamışdır, qalmışdı ki, başqa məzhəblərin davamçılarının onu tanımasına. A)- -Həzrəti Əmirin (ə) haqqında hələ də çox açıqlanmayan məsələlərdən biri də o həzrətin təklik məsələsidir. O elə bir şəxsiyyət idi ki, bir məbuda və bir sönsüz kamalata aşiq idi. Ondan başqasının ardınca deyildi. Onu düşünməyəndə özünü yapa-yalnız hiss edərdi. İnsan hər nə qədər insanlıq məqamında ucalmağa doğru gedir daha çox yalnız olduğunu hiss edir. Yaşadığı cəmiyyət və dövürdən uzaqlaşır. Dahi şəxsiyyətlərin həyatını oxuyanda da bu mənanı daha da çox dərk etmək mümkündür. Dahilərin ən əsaslı simalarından biri budur ki, öz zamanlarında tanınmaz və tək olduqlarını hiss edirlər, B) Əli (ə) sakitçiliyi çevrəsi üçün dərd olurdu. Sözü ibrət və danlaq olurdu. O Əli (ə) ki səhabələri kənarında rahatlıq tapa bilməzdi Mədinənin o qaranlıq və sakitli gecələrində insanlardan uzaqlaşar və quyuya üzünü tutub dərdini söyləyərdi. İmamın elə bir səhabəsi yox idi ki, onun üçün hikmət bulağından danışa, eşidən qulaq (itaət edən) şəxs yox idi ki, ona sözlərini (yol göstərsin) desin, onu başa düşən yox idi. Əlini (ə) bu aləmə bağlayan yeganə səbəb isə onun İlahi vəzifə və risaləti idi ...


İmam Əli (ə) qeyri-müsəlman düşüncə sahiblərinin baxışı ilə hansı fəzilətləri ilə mədh olunur?


İmam Əli (ə) qeyri-müsəlman düşüncə sahiblərinin baxışı ilə hansı fəzilətləri ilə mədh olunur? Bir neçə qeyri-müsəlman alimlərin Həzrət Əli (ə) barəsindəki sözlərini əziz oxculara təqdim etmək fikirindəyik.
1-Böyük məsihi alimlərindən Cubran Xəlil: “Fikrimcə Əli (ə) (Peyğəmbərdən (s) sonra) ərəb qövmü içində elə bir kişidir ki, bütün kamillik fəzilətlərini öz qövmünə ötürdü. Onların qulağına bu vaxta kimi eşitmədiklərini çatdırdı. Onun yolunu bəyənənlər sağlam fitrətə geri döndülər. 2-Şəbli Şamil Darvin məktəbinin seçilmiş şagirdlərindən, deyir: “Şərq və qərb Onun çıxışları kimisini indiyə qədər görməyib.” 3-Livanlı məsihi alim Mixail Nəimə yazır: “Əlinin (ə) pəhləvanlığı yalnız döyüş meydanında olmayıb. O, aydın baxışlı, pak qəlbli, bəlağətli, gözəl əxlaqlı, imanlı, zülm görmüşlərin və kimsəsizlərin köməyi, haqq və düzgünlüyə tabe olan şəxsiyyət və ümumiyyətlə bütün sifətlərdə pəhləvan idi. 4-Məşhur Livanlı məsihi Corc Cordaq yazır: “Ey dünya, nə olardı ki, bütün qüvvəni toplayaraq yenidən Əli (ə) kimi ağıllı, həmin qəlbə, həmin dil və qılınca sahib olan şəxsiyyət yetişdirəydin.” 5-İngilis filosofu Karl Layl deyir: “Biz Əlini (ə) sevməyə və eşq bəsləməyə bilmərik.Çünki biz sevdiyimiz bütün yaxşılıqlar Əlidə (ə) cəmlənib. 6. Belçikalı keşiş Lamens ərəb dili və tarixi üzrə bir mütəxəssis idi. O, ...


İmam Əlinin (ə) oğlu Həsənə (ə) 4 gözəl əxlaq və 4 tapşırığı


İmam Əlinin (ə) oğlu Həsənə (ə) 4 gözəl əxlaq və 4 tapşırığı İmam Əlinin (ə) oğlu Həsənə (ə) 4 gözəl əxlaq və 4 uyarısı buyurdular:
Oğlum məndən 4 şeyi öyrən (yaxşılıqlardan) və 4 şeyi yaddan çıxarma (bunlar sənin üçün uyarılardır) ki bunlara əməl etsən ziyan görməzsən:
Yaxşı dərslər: 1-Ən dəyərli ehtiyacsızlıq (insanda) ağılın olmasıdır, 2-Və ən böyük qorxu ağılsızlıqdır. 3-Ən böyük təhlükə təklik (yalqızlıq) insanın özünü bəyənməsidir. 4-Ailə içində ən əziz dəyər yaxşı əxlaqdır.
Uyarılar: 1-Axmaq adamla dostluq etməkdən çəkin çünki hər zaman istər sənə fayda yetirsin amma ziyana salar. 2-Paxıl insanla dostluq etməkdən çəkin, çünki sənin ən çox ehyaclı olduğun şeydən səni məhrum edər. 3-Pis əməl sahibli insanlardan çəkin, çünki səni az bir qiymətə satar. 4-Yalançı adamla dostluq etməkdən çəkin, O, bir ilğım idi. (yəni yalançı insan həqiqəti təhrif edəndir) Uzağı sənə yaxın və yaxını sənə uzaq göstərməyə çalışar.


Allah, Peyğəmbər və imam əxlaqı mömin şəxsdə cəmləşər!


Allah, Peyğəmbər və  imam əxlaqı mömin şəxsdə cəmləşər! İmam Riza (ə)-ın hədisində nəql olunur: Mömin həqiqi mömin olmaz əgər bu üç xüsusiyyət onda olmasa.
Allah əxlaqından bir xasiyyət, Peyğəmbər rəftarından bir örnək və İmam həyatından bir ibrət.
1-Allah əxlaqı odur ki, insan öz eyblərini örtsün. 2-Peyğəmbər (s) rəftarı isə xalqla keçinmək və xoşrəftar olmaqdır, 3-İmamının həyatından ibrət isə çətinlikdə səbr edib pis vəziyyətdə təmkinli olmaq (yəni naşükürlük və dözümsüzlük etməmək). (Usul-Kafi, cild: 3, səh: 339).


Nəyə görə İmam Әli (ə) kağız-qələm gətirmədi?


Bu irada cavabımız aşağıdakılardan ibarətdir:
1) Hadisə zamanı Hz.Әlinin (ə.s) də evdə olmasına dair əlimizdə heç bir dəlil yoxdur. Bəlkə orda deyildi. 2) Hz.Әlinin (ə.s) hadisə zamanı evdə olduğunu qəbul etsək belə, bu hal peyğəmbərin (s.ə.a) əmrinə itaət etmədi deyib, onu tənə etməyə əsas vermir. Çünki, tənə yalnızca peyğəmbərin (s.ə.a) sayıqladığını və xəstəliyin ona qalib gəldiyini deyən kəslərə və onun yazını yazmasına söz və ya əməldə mane olanlara aiddir. 3) Şiə və sünni kitablarında bütün yolları ilə nəql olunan bu hədislərin heç birində kağız-qələm gətirmək üçün əmr olunan şəxsin Hz.Әli (ə.s) olmasına və onun da bu işdə müxalifəçilik və ya tənbəllik etməsinə dəlalət edəçək heç nə yoxdur ki, bununla da onun peyğəmbərin (s.ə.a) əmrinə itaət etmədiyi üçün tənə olunması düzgün olsun. 4) Hz.Әlinin (ə.s) kağız-qələm gətirmək üçün buyurulduğunu və ya əmrin Hz.Әlinin (ə.s) də aralarında olduğu evdəki hər kəsə şamil olduğunu qəbul etsək belə yenə də bu hal Hz.Әlinin (ə.s) kağız-qələm gətirmədiyi üçün tənə olunmasına səbəb olmaz. Buna görə də həmin kəslərin dedikləri sözlərdən sonra peyğəmbər (s.ə.a) faydasız olacağı üçün yazı yazılmasını israr etmədi. 5) Hz.Әli (ə.s) peyğəmbərin (s.ə.a) hüzurunda olduğu üçün yazı yazılmasının qarşısını alanlara qarşı mübarizə apara bilməzdi. O, yalnızca Allah Rəsulunun (s.ə.a) icazəsi ilə nəsə söz deyib bir şey edə bilərdi. Әgər peyğəmbər (s.ə.a) ona nəsə bir şey etməyi əmr etməyibsə, deməli bu işinə görə tənə oluna bilməz. Şeyx Əli Ali-Muhsin


Peyəmbərin (s) Əli (ə.s) haqqında buyurduğu 10 fəzilət hədisi.


Peyəmbərin (s)  Əli (ə.s) haqqında buyurduğu 10 fəzilət hədisi. Əmr b. Məymunə deyir: İbn Abbasın yanına 9 nəfər gəlib xeyli danışdılar. Nəhayət, İbn Abbas gəlib dedi: Ar olsun, elə adamın dalınca danışırlar ki, başqalarında olmayan on fəziləti peyğəmbərdən almışdır: 1-“Mən (Xeybərin fəthinə) elə bir kəsi göndərəcəyəm ki, Allah onu heç vaxt aciz etməmişdir və o, Allahı və onun Rəsulunu sevir.” 2- Peyğəmbər bir nəfəri “Tövbə” surəsini (məkkəli müşriklərə çatdırmaq üçün) göndərdi, lakin, sonra Əlini yollayıb, dedi: Bu surəni elə şəxs aparmalıdır ki, o məndəndir və mən ondanam. 3-İbn Abbas Dedi: Peyğəmbər əmisi uşaqlarına dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar qəbul etmədilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.” 4-Dedi: “O, insanlar içərisində Xədicədən sonra İslamı qəbul edən ilk şəxsdir.” 5-Dedi: “Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: Allah sizdən çirkinliyi yox etmək və sizi pak-pakizə etməyi iradə etmişdir.” 6-Dedi: “Əli öz canından keçərək Peyğəmbərin (s) libasını geyinib onun yatağına uzandı. ...


Nə üçün şiələr Qədr gecələrində Qurani-Kərimi başları üzərinə qoyaraq dua edirlər?


Nə üçün şiələr Qədr gecələrində Qurani-Kərimi başları üzərinə qoyaraq dua edirlər? Heç şübhəsiz ki, Quran oxunub və əməl etmək üçündür. şiə əqidəsinin də Quranla tanışlığı sizdən çox qədim tarixə dayanır. Şiə əqidəsi Quranın hər bir əmrinə hərfinə qədər əməl etməklə məşğuldur. Qaldı ki, onu başa qoyub dua etmək məsələsinə, məgər Allah Rəsulu (s.ə.a.s) və pak Əhlibeyti (ə.s), o cümlədən dində söz sahibi olanlardan kimsə bu əməli haram etmişdir?
Bu barədə əlimizə çatan rəvayətlərə görə bu əməli Əmirəlmöminin İmam Əli ibn Əbi Talib (ə.s) etmişdir. Belə bir rəvayətlərindən birini Əbu Yusif əl-Fəsəvi “əl-Mərifə və ət-tarix” kitabında Səhih Muslim və Səhih əl-Buxari ravilərinin vasitəsi ilə nəql etmişdir.
Əbdül-Əziz b. Abdullah əl-Uveysi bizə rəvayət etdi, İbrahim b. Sad bizə Şubədən, o da Əbu Aun Muhəmməd b. Abdullahdan, o da Əbdur-Rəhman b. Qeysdən, o da Əbu Saleh Hənəfidən nəql edilmişdir ki, Əli ibn Əbi Talib (r.a)-ı Quranı başına qoyaraq dua etdiyi halda gördüm. Mənim onunla məsafəm Quranın vərəqlərinin hərəkət səslərini eşidəcək qədər (yaxın) idi. Sonra buyurdu: \"Onlar mane oldular ki mən ümmət üzərində hökümət qurum. İlahi sən onun savabını mənə əta et.......!\" ...


Qurani-Kərimin ayələrinə əsasən infaq (Allah yolunda başığlamağın) şərtlərini yazın?


Qurani-Kərimin ayələrinə əsasən infaq (Allah yolunda başığlamağın) şərtlərini yazın? Qurani-Kərim müxtəlif ayələrdə infaq şərtlərini bəyan edir:
1.Bağışlayanda dəyərsiz yox, dəyərli və üstün maldan bağışlayın: (Bəqərə, 267). 2.Ehtiyac duyulan maldan bağışlayın: (Həşr, 9). 3.Ehtiyacı daha çox olanlara bağışlayın: (Bəqərə, 273). 4.Çalışın ki, məxfi şəkildə bağışlayasınız: (Bəqərə, 271). 5.Sədəqə, infaq verdiyiniz adam yox, sizin ehtiyacınızdır. Ona görə də heç vaxt minnət qoymayın: (Bəqərə, 264). 6.Pak niyyətlə, yalnız Allahın razılığı üçün bağışlayın: (Bəqərə, 265). 7.Bağışladığınız şey nə qədər böyük olsa da onu kiçik və dəyərsiz sayın: (Ali-İmran, 92). 9.Özünüzü bağışladığınız malın sahibi saymayın. Siz Allahla bəndə arasında bir vasitəsiniz: (Hədid, 7). 10.İnfaq yalnız halaldan olmalıdır, Allah təkcə halal maldan sədəqəni qəbul edir: (Maidə, 27).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter