Şəhid Mütəhhəri qızını yeni ocağa yola salanda hansı tapşırığı verdi?


Ustad Əllamə Şəhid Mütəhhərinin (r.ə) qızı Səidə Mütəhhəri qeyd edib: \"Atam ibadət məsələlərində diqqətli olmağı, namazları vaxtında qılmaq, kamil hicab və vüqarlı olmağı vəsiyyət edirdi\". Atam dərs oxumaq və müxtəlif sahələrdə elmə yiyələnmək barədə çox təkid edirdi, əlbəttəki birinci növbədə dini məsələlərə önəm verirdi.

Mən ailə qurandan sonra böyük ailə vəzifələri və analıq məsuliyyəti barədə mənə nəsihət edirdi; mənim toy mərasimim sona çatandan sonra atam ilə son vidalaşma anlarında mənə dedi:

\"Qızım! Sən öz gələcək həyatında mənim səfirim yerində olacaqsan, çalış elə əməl et ki, Allah və həyat yoldaşın səndən tam olaraq razı olsun. Ümid edirəm ki, gələcəkdə övladların üçün nümunəvi bir ana olasan\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter