Namazın əxlaqımıza olan təsiri nələrdir?


Namazın əxlaqımıza olan təsiri.
a) Namaz qılan insan Allah-Təalanın hüzurunda oxuduğu “Fatihə” surəsində verdiyi “Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” vədini şüuraltı surətdə inkişaf etdirərək öz əxlaqi səviyyəsini tədricən nəzərdən keçirir. Həmin bu şüuraltı analiz məsələsi insana əvvəlcə çətin gəlir, sonralar isə öz yerini tutaraq onun əxlaqi səviyyəsini yüksəldir.
b) Namazı hətta formal yerinə yetirən adamlar da səcdə etdikləri zaman öz lovğalıq və təkəbbürlərini itirmiş olurlar. Əxlaqi baxımdan ən ağır və təhlükəli xəstəlik məhz təkəbbürdür, eyni zamanda bütün mübahisələrin, nifrətin əsasında nəfsin bu zalım xəstəliyi dayanır. Namazı bir ibadət ciddiyyəti içində qılan adamların qüruru isə onlar hər dəfə səcdə edəndə mənəvi hikmətdə zənginləşir. Məsələyə hətta sırf bu baxımdan yanaşanda da bəlli olur ki, namaz əxlaqın əsasını təşkil edən təməl ibadətdir.
c) Namaz imana nəzarət edən çox ayıq sayıq bir gözətçidir. İmanda yarana bilən mənfi hallar və zəifliklər namaz qılanlarda müşahidə olunmur. Buna görə də imanın xəstəlikləri və İslam dininin əsas qadağaları olan riya və yalan xarakterimizdən çıxmağa başlayır. Beləliklə də Peyğəmbərimizin (s) “Müsəlman yalan danışmaz” hökmü reallaşır.

Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter