Suleyman Peyğəmbərin (ə) Bağlı qapını açan zikri hansıdır?


Suleyman Peyğəmbərin (ə) Bağlı qapını açan zikri hansıdır? Beytul-müqəddəsin açarı həmişə Süleymanın (ə) yanında idi. Özündən başqa heç kəsə etimad etmirdi. Bir gecə Süleyman (ə) bu qapını açmaq üçün Beytul-müqəddəsə gəldi, ancaq qapı açılmadı. Cinlərdən yardım istədi və onlar da bu qapını aça bilmədilər.
Çox qəmgin və narahat oldu. Güman etdi ki, Allah ona Beytul-müqəddəsə girməyi qadağan etmişdir. Bu zaman öz əsasına söykənən bir qoca gəldi. O, Həzrət Davudun (ə) yoldaşlarından idi.
Süleymanın (ə) yanına gəlib dedi: “Niyə qəmginsən?”.
Süleyman dedi: “Bu evin qapısını açmaq mənə və yoldaşlarım olan cinlərə müşkül olmuşdur”.
Qoca dedi: “Sənə atanın qəm və qüssə içində olan zaman söylədiyi kəlmələri təlim verimmi?”.
Süleyman dedi: “De, ey qoca”.
Qoca dedi: “De: Yəni, Allahım! Sənin nurunla hidayət olmuşam, fəzlinlə ehtiyacsız olmuşam, Sənin yardımınla səhər və axşam etmişəm, günahlarım Sənin yanındadır. Dərgahından bağışlanma istəyirəm və Sənə tərəf qayıdıram. Ey Mehriban və Minnət qoyan Allah”.
Həzrət Süleyman (ə) bu kəlmələri dedi və qapı açıldı. Deyerler.


Peyğəmbər (s) buyurur: İnsanın dünyada məhv edən 7 günahdan çəkin.


Peyğəmbər (s) buyurur: İnsanın dünyada məhv edən 7 günahdan çəkin. İnsanı elə dünyada olan halda belə əzaba düçar edən 7 əməl: Peyğəmbər (s) buyurur:
1-Allaha şərik qoşmaqdan çəkin, (çünki insanı rüsvay edər)
2-Sehr və cadu eləməkdən çəkin, (hər nə başqalarına edərsən özünün həyatında başına gələr.)
3-Allaha imanlı olan şəxsi öldürməkdən (eləcə də abrını aradan aparmaqdan) çəkin. Çünki zaman gələr, gün gələr özün qınadığın əmələ düçar olarsan)
4-Yetim malı yeməkdən çəkin. (Yetimin ahı dünyada bəlanı tez nazil edər)
5-Riba (sələm və faiz) yeməkdən çəkin. (Haram mal ömrün və malın bərəkətinin getməsinə səbəb olar.)
6-Düşmənə hücum zamanda haqqı müdafiə etməkdən qaçmaq. (haqqı tapdayanların şərrini uzaqlaşdırmamaq insanın zəlil olmasına səbəb olar).
7-Namıslı və iffətli xanımlara zina böhtanı vurmaq. (Başqasının namısına ləkə vuraraq həyatını məhv edənin ailəsi davamlı qalmaz).


Etdiyin günahı məhv etmək istəyirsənmi? İmam Rizanın (ə) tapşırıqlarına əməl et.


Etdiyin günahı məhv etmək istəyirsənmi? İmam Rizanın (ə) tapşırıqlarına əməl et. Günahları bağışlatmaq üçün İmam Rizanın (ə) tapşırıqları:
*Öz nəfsini danlamaq. İmam Rza (ə) buyurur: “Bəni-İsrayildən bir nəfər Allaha 40 il ibadət edir, ancaq ondan qəbul olunmur. O, öz nəfsinə xitab edir və deyir: “Bu sənsən ki, əməllərimin məhv olmasına səbəb olmusan”. Allah tərəfindən ona xitab gəlir ki, sənin bu danlamağın 40 il ibadətindən daha üstündür”.
* Salavat. İmam Rza (ə) buyurur: “O kəsin ki, günahlarının kəffarəsini verməyə qüdrəti yoxdur, Peyğəmbərə (s) çoxlu salavat göndərsin. Çünki bu əməl günahları məhv edər”.
* Ali-Muhəmmədlə (ə) dost olmaq. İmam Rza (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Biz Əhli-beytin (ə) sevgisi günahları gizlədər və həsənələri bir neçə bərabər edər””.


“Аyәtul-kürsü”nün nаzil оlmаsı, Şеytаnın qәmgin оlmаsınа sәbәb оldu.


“Аyәtul-kürsü”nün nаzil оlmаsı, Şеytаnın qәmgin оlmаsınа sәbәb оldu. Hәzrәt İmаm Sаdiq (ə) İmаm Әlidәn (ə) bеlә nәql еdir:
“Аyәtul-kürsü” nаzil оlаrkәn Hәzrәt Pеyğәmbәr (s) buyurdu:
“Әrşin хәzinәsindәn еlә bir аyә nаzil оldu ki, hәr bir şеydәn üstündür. Mәşriqdәn-mәğribә nә qәdәr büt vаr idisә, hаmısı üzü üstә yıхıldı”.
Şеytаn qоrхаrаq öz qövmünә dеdi:
“Bu gеcә mühüm bir hаdisә bаş vеrib. Mәn gеdirәm mәşriqdәn-mәğribә hәr yеri ахtаrаcаm ki, görüm nә bаş vеrib”. Bеlәcә,Şеytаn dünyаnı qаrış-qаrış gәzib, Mәdinәyә çаtdı. Bir şәхsdәn sоruşdu:
“Dünәn gеcә nә hаdisә bаş vеrib?” Hәmin şәхs dеdi:
“Hәzrәt Pеyğәmbәr (s) bizә хәbәr vеrdi ki, Аllаhın әrşinin хәzinәsindәn оlаn çох әzәmәtli bir аyә nаzil оlub оnun hеybәtindәn bütün bütlәr üz üstә düşüb.”
İblis pәrişаn hаldа öz qövmünün yаnınа qаyıdıb bu хәbәri vеrdi vә оnlаr hаmısı qәmgin оldulаr.”


Valideynə xidmət Allaha olunan müstəhəb ibadətdən üstündür!


Valideynə xidmət Allaha olunan müstəhəb ibadətdən üstündür! İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir:
— Bu gecə də anama sən qulluq elə, mən ibadət edim.
— Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona:
— Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri eşidən gənc:
— Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha çox olmalı deyil? dedi.
Səs ona:
— Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.
Allah analarimizi qorusun.Amin


Birincilər haqda 14 incəlik


Birincilər haqda 14 incəlik İslamda birincilər haqda maraqlı məlumatlar:
1-Kişilər içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs İmam Əli (ə)-dır.
2-Qadınlar içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.
3-Peyğəmbər (s) İmam möminin Əliyə (ə) buyurdu: \"Allah hər şeydən əvvəl əqli yaratdı (və ona buyurdu: Hər şeyi sənin vasitənlə alacağam, sənin vasitənlə əta edəcəyəm və sənin vasitənlə savab və cəza verəcəyəm).”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Bu ümmətdən götürülən birinci şey həyadır.”
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Din işlərində əldən gedən ilk şey əmanətdir.”
6-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi.)
7-Hər (qəməri) ayın əvvəlində qusl vermək müstəhəbdir.
8-Hər günün əvvəlində ruzi qazanmaq üçün getmək müstəhəbdir.
9-Yemək yeyəndə birinci Allahın adını çəkmək lazımdır.
10-Miqdad Peyğəmbər (s)-dən sonra \"Əli (ə) şiəsi” adı ilə məşhur olan birinci şəxsdir.


Imam Əli (ə) ardıcıllarının əlamətlərindən yazın?


Imam Əli (ə) ardıcıllarının əlamətlərindən yazın? Bir dəstə adam Həzrət Əmirəmöminin Əlinin (ə.) ardınca hərəkət еdirdilər. Həzrət (ə.) оnlardan sоruşdu:
«Siz kimsiniz?» Оnlar dеdilər: «Ya Əmirəlmöminin! Biz sənin ardıcıllarınıq».
Həzrət (ə.) buyurdu: «Bəs niyə mən sizdə, mənim davamçım оlmağınızın əlamətini görmürəm?»
Оnlar dеdilər: «Sizin davamçılarınızın əlaməti nədir?» Həzrət (ə.) buyurdu:
«Mənim davamçılarımın bеlə bir əlaməti vardır:
1. Sifətləri gеcə оyaq qalmaqdan və ibadətin çоxluğundan sarıdır.
2. Bədənləri оruc tutmaqdan arıqlayıb.
3. Dоdaqları həmişə haqqı zikr еdər və dоdaqları zikrin çоxluğundan quruyubdur.
4. Оnların üzünə Allah qоrxusunun tоzu qоnubdur».


Ailədə qarşılıqlı anlaşmaq üçün hansı tövsiyələrə əməl edək?


Ailədə qarşılıqlı anlaşmaq üçün hansı tövsiyələrə əməl edək?Qarşılıqlı anlaşmanı asan edən 9 məqam
1. Danışarkən qəlb qıran, tənqidedici və ağır ibarələrdən istifadə etməyin.
2. Mövzunu ümumiləşdirib şişirtməyin.
3. «Sən etdin» anlamına gələn tənələrdən çəkinin.
4. Keçmiş səhvləri xatırlatmayın.
5. Mənfi müqayisələr etməyin.
6. Təhdid etməyin, qorxutmayın.
7. Öz hisslərinizi izah edin.
8. Anlaşılan və ümumi ibarələrdən istifadə edin.
9. Danışarkən sözləriniz aydın olmalıdır.


Yəhya ibn Zəkəriyyə (ə) Bəni-İsrailə Allahdan gələn 5 əmri çatdırdı.


Yəhya ibn Zəkəriyyə (ə) Bəni-İsrailə Allahdan gələn 5 əmri çatdırdı. Yəhya ibn Zəkəriyyə (ə) bir gün yəhudilərin cəmləşdiyi ibadətgaha gedib Bəni İsrailə belə buyurdu:
Allah-Taala mənə 5 kəlməni (əmri) bağışladı və sizdən də buna əməl etməyi tələb edir:
1. Allaha heç bir şeyi şərik qoşmadan ibadət edəcəksiniz. Allaha şərik qoşanın misalı halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan, sonra onu bir evə yerləşdirən adamın misalına bənzəyir.
2. Allah sizə namaz qılmağı əmr edir. Namaza durduqda üzünüzü kənara çevirməyin, çünki bəndə üzünü çevirmədikcə Allah üzünü bəndəsinə tərəf tutur.
3. Allah sizə oruc tutmağı əmr edir. Oruc tutanın ağzından gələn qoxu, Allah dərgahında müşkdən daha xoşdur.
4. Allah sizə sədəqə verməyi əmr edir. Əsir düşmüş şəxs canını xilas etmək üçün malından keçir vəsonda özünü xilas edir.
5. Allah sizə Onu çox zikr etməyi əmr edir. Bəndə Uca Allahı zikr etdikcə, şeytandan qorunmuş olur”. ixlas.


Mömin bir bəndənin şeytana səcdəsi (əhvalat)


Mömin bir bəndənin şeytana səcdəsi (əhvalat) Mahmud adında bir şəxs, kimsəsiz bir yerə bağlanmış, gecə-gündüz ALLAHA (c. c) ibadət edir və heç bir günah iş etmirdi. Bu adamı Şeytan yoldan çixarmağa başladı. Şeytan necə olursa-olsun bu adamı ibadətdən və duadan uzaqlaşdırmaq istəyirdi. Çünki bu adamın etmiş olduğu dualarla minlərlə günah sahibinin günahını ALLAH silirdi. Şeytan adamı aldatmaq üçün müxtəlif hiylələrə müraciət etdi. Lakin heç cür aldada bilmədi. Ən sonunda şeytan işin asanını tapmışdı. Çünki Mahmud, çox ibadət edir, müttəqi, zöhd və təqva sahibi bir şəxs idi amma, alim deyildi. Yəni dini elmləri çox bilməzdi. Ondan ötəri onu aldatmaq asan olacaqdı. Şeytan planını belə tətbiq etdi: Kürəyində cübbəsi, əlində dəyənəyi başında sarığı, əlində təsbehi olduğu halda dümağ saqqalıyla şeytan, Mahmudun qapısını doydu. Mahmud qapını açdıqdan sonra, kim olub haradan gəldiyini və nə üçün gəldiyini soruşdu.
Şeytan ona bu cavabı verdi: \"
-Mən dünya nemətlərindən uzaq, ömürünü ALLAHa ibadətlə keçirmək istəyən bir kimsəyəm. Bir ALLAH dostu tapıb özümə yoldaş əldə etmək üçün çox yer gəzdim, Məmləkətinə yaxınlaşdığımda, sizin adınızı eşitdim. Sizin də bütün məqsədiniz ALLAHın razılığını qazanmaq olduğuna görə, məni də qəbul et birlikdə ibadətə davam edək, \"-dedi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter