İmam Əlidən (ə) tapşırıqlar: İnsanlarla elə rəftar edin ki...


Həzrət Əli (ə) buyurur:

- “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”

- “İnsanlarla ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”

- “Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər”

- “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

- “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir”

- “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur”

- \"İnsanlarla elə rəftar edin ki,onu əzənin də əlində ətriniz qalsın\" ahlibeyt.az/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter