Yeni olan körpəyə ad qoymağın əhəmiyyəti hədislərin baxışında.


Yeni olan körpəyə ad qoymağın əhəmiyyəti hədislərin baxışında. Bəziləri ad qoymanın adi, mühüm bir şey olmadığını düşünürlər. Onlara elə gəlir ki, uşağa istənilən adı qoymaq olar. Lakin heç də belə deyil. Ad qoymaq olduqca mühüm və uşağın gələcək şəxsiyyətində əsaslı təsir göstərən bir məsələdir. Elə buna görə də, rəvayətlərdə bu haqda geniş söhbət açılmışdır.
-Musaye-Kazim (ə) buyurur: «Kişinin övladına etdiyi ilk yaxşılıq ona gözəl ad qoymaqdır. Sizin hər birinizin övladına gözəl ad qoyması zəruridir».
-Peyğəmbər (s) buyurur: «Özünüzə ad seçdikdə, ən yaxşı adlardan birini seçin. Çünki qiyamətdə bu adla çağırılacaqsınız».
-İmam Sadiq (ə) atalarından nəql edir: «Həqiqətən, həzrət Peyğəmbər (s) şəhərlərin və insanların çirkin adlarını dəyişirdi».
-Həzrət Baqir (ə) buyurur: «Ən doğru adlar bəndəlik nümayiş etdirən adlardır. Övladlarınız üçün ən yaxşı ad peyğəmbərlərin adlarıdır».
-İmam Kazim (ə) buyurur: «Sakinlərinin adları Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və ya Fatimə olan evə yoxsulluq daxil olmur».


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır?


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır? Qurani-Kərim buyurru: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6). Bu ayənin təfsirinə uyğun olaraq Əllamə Məclisi buyurur: “Ailə başçısının üzərinə 4 vəzifə düşür:
1. Ailə başçısı o zamana qədər ki, sağdır, ailə üzvlərini Allaha itaətə dəvət etməlidir. Dəvəti mülayim dillə, sevgi və məhəbbətlə çatdırmalıdır. Bu dəvəti həm əməldə və həm də dildə elə etməlidir ki, ailə üzvləri Allaha itaəti bütün vəzifələrindən üstün hesab etsinlər.
2. Ailə başçısı bacardığı qədər İlahi vacibatları ailəsinə öyrətsin. Əgər bu vacibatları yerinə yetirmək onlar üçün çətin olarsa, onları məscidə və dini məclislərə aparsın. Ya evlərinə din alimlərindən dəvət edib onlardan yardım alsınlar.
3. Ailə başçısı ailə üzvlərini çirkinliklərdən uzaqlaşdırmalı və günahın gətirdiyi pis nəticələrlə qorxutmalıdır. Evdə günahın yaranması üçün zəminə yaratmamalıdır.
4. Ailə başçısı ailə üzvlərini xeyir işlərə təfəf təşviq etməlidir. Allah yolunda sədəqə verməyə, təvazökarlığa, böyüklərə ehtiram göstərməyə, kiçikləri sevməyə, insanlarla xoş rəftar olmağa, düz danışmağa, xeyirxahlığa - xülasə, xeyir olan hər bir əmələ dəvət etməlidir.


Doqquzuncu imamın vüqar və mətanəti haqqında tarixdən bir hadisə.


Doqquzuncu imamın vüqar və mətanəti haqqında tarixdən bir hadisə. İmam Rizanın (ə) şəhadətindən sonra Məmun özünü paka çıxarmaq üçün İmam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına dəvət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, İmam Cavad (ə) da onlarla idi. Uşaqlar Məmunun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Məmun gəlib çatdı. O uşağın mətanətinə heyran qalıb soruşdu: \"Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” Buyurdu: \"Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzalandırasınız!” Xəlifə təəəccübləndi. Soruşdu: \"Adın nədir?” H. buyurdu: \"Adım Məhəmməddir!” Məmun soruşdu: \"Kimin oğlusan?” H. buyurdu: \"Əli ibn Musa Rizanın oğlu!” Xəlifə yoluna davam etdi. Səhraya çatanda bir quş görüb onun ardınca qızılquş uçurdular. Qızılquş bir müddət gözə dəymədi. O geri qayıdanda caynağında hələ də diri olan kiçik bir balıq vardı. Məmun gördüyü səhnədən təəccübləndi. Balığı əlinə alıb geri döndü. İmam Cavadla rastlaşdığı yerə çatdıqda yenə uşaqların pərən-pərən düşdüyünü gördü. İmam isə əvvəlki kimi yerində dayanmışdı. Məmun dedi: \"Məhəmməd, əlimdəki nədir?” Həzrət buyurdu: \"Allah bir çox dənizlər yaradıb. Buludlar həmin dəryalardan qalxır və özü ilə kiçik balıqları qaldırır. Padşahların qızılquşları onları ovlayır. Onlar həmin balığı əllərində tutub peyğəmbər ailəsini imtahana çəkirlər!” İmamın cavabından heyrətə gəlmiş Məmun dedi: \"Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!”


Vəfat etmiş möminlər üçün hansı duanı oxumaq daha çox savaba səbəbdir?


Vəfat etmiş möminlər üçün hansı duanı oxumaq daha çox savaba səbəbdir? Vəfat etmiş möminlər üçün dua:
İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs gündə iyirmi beş dəfə - \"Əllahumməğfir lil-mumininə vəl- muminat. Vəl-musliminə vl-muslimat.\" duasını oxuyarsa, Allah təala dünyadan getmiş və Qiyamətədək gələn möminlərin hər birinin ədədində onun əməl kitabına savab yazıb və o qədər günahını bağışlayar.


Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün xüsusi əməl varmı?


Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün xüsusi əməl varmı? Hər kəs vəfat etmiş ölünü yuxuda görmək istəyirsə, sağ çiyni üstündə yataraq \"Şəms\", \"Ləyl\", \"Kafirun\", \"Tohid\", \"Fələq\" və \"Nas\" surələrini hər birini yeddi dəfə oxuyub desin:
\"Əllahummə ərini mənami kəza.\"
\"Kəza\" sözünün əvəzinə yuxuda görmək istədiyi ölünün adını çəkib və daha sonra belə desin:
\"İcəl li əmri fərəcən və məxrəca.\"
Bunu deyəndən sonra yatsın. İstədiyi şəxsi yuxuda görmədikdə növbəti gecədə buna əməl etsin və bu iş həyata keçmədikdə üçüncü gecə qeyd olunmuş göstərişə əməl etsin. Amma bir daha buna nail olmadıqda, yeddi gecəyədək ona əməl etsin.


İnsan bu namazı qılmaqla anadan olduğu kimi günahsız olar.


İnsan bu namazı qılmaqla anadan olduğu kimi günahsız olar. Əmirəl-möminin Əli (ə)-ın namazı:
İnsan bu namazı qılmaqda anadan olduğu gün kimi günahlardan təmizlənər. İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, buyurub:
\"Sizlərdən hər biriniz dörd rukət Əmirəl-möminin (ə)-ın namazını qılarsa, anadan doğulduğu gün kimi günahlardan paklaşar və hacətləri həyata keçər,\"
Bu namaz dörd rukət (iki rukətli) namazdır.
Belə ki, \"Həmd\" surəsindən sonra, əlli dəfə \"İxlas\" surəsi oxunur və ümumiyyətə dörd rukətdə iki yüz dəfə oxunur. Bu namazıda qılmaqda təxminən yarım saat çəkir və bu namazın cümə axşamı və ya cümə günündə qılınmasının fəziləti barədə çoxlu hədislər rəvayət olunmuşdur.
Əgər namazdan sonra \"Əllahummə səlli ələn-nəbiyyil-ərəbiyyi və alih\" duasını oxuyarsa, rəvayətə əsasən keçmiş və gələcək günahları bağışlanar. Həmçinin belə bir şəxs bu duanı oxumaqla) sanki on iki dəfə Quranı xətm etmişdir və Allah təala Qiyamət gününün susuzluq və aclığını ondan uzaqlaşdırar.\"


Yaxşılıqlarımızı necə Allah yanında kamil şəkildə qəbul etdirək?


Yaxşılıqlarımızı necə Allah yanında kamil şəkildə qəbul etdirək? Mömin şəxs müsəlman qardaşına yaxşılıq edərsə və ya hər hansı xeyir işə addım atarsa, Allah yanında onun kamilliklə qəbul olunması üçün bu hədisə əməl etsin:

-İmam Kazim (ə): «Kimsə möminə yaxşılıq edərsə, onu bu üç yoldan savayı başqa cür kamilləşdirə bilməz: etdiyini kiçik saymaq, onu gizlətmək və onu yerinə yetirməyə tələsmək. Çünki möminə etdiyi yaxşılığı kiçik hesab edən öz qardaşını böyük saymışdır. Möminə yaxşılığını böyük sayan, öz qardaşını alçaltmışdır. Möminə etdiyi yaxşılığını gizlədən böyüklük etmişdir.Möminə verdiyi vədi yerinə yetirməyə tələsən, öz bəxşişini ürəyəyatan etmişdir.»


Peyğəmbər (s)-ın hədisində bədbəxtliyin əlamətləri 4-dür.


Peyğəmbər (s)-ın hədisində bədbəxtliyin əlamətləri 4-dür. Allahın Peyğəmbəri (s) İmam Əliyə (ə) belə buyurdu:
Ey Əli! Dörd şey bədbəxtliyin nişanəsidir:
1-Göz yaşının quruması,
2-Qəlbin qəsavət bağlaması,
3-Uzun arzular,
4-Dünyada daimi qalmaq məhəbbəti. \"Mən la Yəhzuruhul-fəqih, cild, 4, səh: 360.\"


Ailədə namaz haqqında Quran və İslam maarifinin göstərişlərini yazın?


Ailədə namaz haqqında Quran və İslam maarifinin göstərişlərini yazın? Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəmin olacaq.
Övladlarının dinin qarşıya qoyduğu əxlaqı dəyərlər əsasında tərbiyə olunmasını istəyən şəxs ilk olaraq özü dini vacibatları icra edib, sonra uşaqlarını da bu gözəl işə cəlb etməlidir.
Ailədə valideynin ümdə vəzifələrindən biri də övladlarına namaz öyrətməkdi. Çünki, Qurani-kərimin dəfələrlə təkid etdiyi namaz insanı fəsad və pozğunluqlardan uzaq tutur və onların dünya və axirət səadətini təmin edir.
Kimliyindən asılı olmayaraq namaz bütün ailələrdə, hətta Peyğəmbərin (s) evində bərpa olunmalıdır. Allah Qurani-kərimdə İslam peyğəmbərinə (s) buyurur: \" \"Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”(\"Taha”, 132.)
İslam peyğəmbəri (s) uşaqlar yeddı yaşına yetdiyi zaman onlara namazın öyrədilməsinin məsləhət olduğunu buyurur: \"Övladlarınız yeddi yaşına çatdığı zaman onlara namazı öyrədin”(\"Mustədrəkul-vəsail”).


İslam maarifi qohumluq əlaqələri qorumaq haqda tapşırıqları nələrdir?


İslam maarifi qohumluq əlaqələri qorumaq haqda tapşırıqları nələrdir? Qohumluq əlaqələri:
Qohum və yaxınlarla əlaqələr təkid edilmiş məsələlərdən ən fəzilətli ibadətlərdəndir. Onun başqa bir fəziləti ömrün uzanması, malın artması və Qiyamət günü hesab-kitabının asanlaşmasıdır (\"Usulul-Kafi\" c.2, səh.121, \"Camiul-Əxbar\" Səbzəvari, səh.288, 6-cı hədis)
Bu əlaqələri kəsmək dünyada bəlanın nazil olmasına və axirətdə əzaba düçar olmağa səbəb olar.
Təcrübələr göstərir ki, qohumluq əlaqələrini kəsən insanın ömrü az olur (\"Usulul-Kafi\" c.2, səh.26, 7-ci hədis)
Allah-Təala Qurani-Kərimdə buyurur: \"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar.\" (\"Rad\" surəsi, ayə 25)
\"Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi?!\". (\"Muhəmməd\" surəsi, ayə 22)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter