İmam Əli (ə) səhabəsi Kümeyl ibn Ziyada namazın haqqını açıqlayır.


İmam Əli (ə) səhabəsi Kümeyl ibn Ziyada namazın haqqını açıqlayır. Namazın haqqı barədə İmam Əli (ə) Kümeyl ibn Ziyad Nəxəiyə belə buyurdu:

\"Ey Kümeyl! Allaha itaət və ibadətdə insana yaraşan pərəstiş etmək o deyil ki, yalnız namaz qılasan, oruc tutub və sədəqə verəsən. Bəlkə Allaha pərəstiş etməkdə mömin şəxs gərək Namazını Pak qəlb, sağlam nəfs (istəklə) və Allah bəyənən şəkildə yerinə yetirsin. Allah qarşısında ibadətin gərək bütün varlığını bürüsün. Haram və qəsbi olan yerdə və geyimdə ibadətlər batil və qəbul olunmaz.\"


Vaqiə surəsini oxumaq İmam Əliyə (ə) məhşərdə qonaq olmağa səbəbdir!


Vaqiə surəsini oxumaq İmam Əliyə (ə) məhşərdə qonaq olmağa səbəbdir! Quran surələrinin bir çoxunun İmam Əli (ə) ilə rabitəsi vardır. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Hər kəs cümə gecəsi “Vaqiə” surəsini oxuyarsa, Allah onu sevər. Onu bütün insanların yanında sevimli edər. Dünyada bədbəxtlik, yoxsulluq görməz. Dünya ziyanları ona dəyməz. Əmirəl-möminin (ə) yoldaşı olar. Bu surə İmam Əliyə (ə) aiddir və heç kəs onda şərik deyildir”. (Tebyan)
-“Vaqiə” surəsi o surələrdəndir ki, ölümdən, bərzəx aləmindən, yaxşıların və pislərin halından xəbər verər. Bu surə Məkkədə nazil olmuşdur.
-“Vaqiə” surəsi Qiyamət hadisələrindən bəhs edir. Bəs niyə Qiyamət vaqiə adlandırılmışdır? Vaqiə kəlməsi bir kateqoriyadır ki, hər hadisəni onunla izah və şərh etmək olar. Misal üçün deyirlər ki, hadisə bar verdi, yəni vaqiə baş verdi.
Bu surədə adı çəkilən vaqiə - Qiyamət hadisələridir. Ona görə də Qiyamətin adlarından biri də vaqiədir. Bundan başqa Qiyamətin ğaşiyə, qariyə, haqqə kimi adları da vardır...


İmam Əlinin (ə) Kümeylə 40 nəsihəti


İmam Əlinin (ə) Kümeylə 40 nəsihəti İmam Əlinin (ə) tələbəsi və sir yoldaşı olan Kümeylə 40 tövsiyəsi:
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir...


İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr:


İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr: İmam Hüseyn (ə) buyurur:
1-Günah yolu ilə məqsədinə çatmaq istəyən şəxs gec hədəfinə çatar, və qorxduğu şeylə tez üzləşər.
2-Qiyamət günü heç kim Allahın qəzəbindən amanda qalmaz, yalnız o kəslər Allahın rəhmətin çatarlar ki, dünyada Allahdan qorxaq və təqvalı olmuşlar.
3- Məxluqun razılığını qazanmaq üçün Allahın qəzəbinə səbəb olan əməllər edən şəxslər həqiqi xoşbəxtlikdən məhrum olacaqlar.
4-(İlahi) Səninlə danışmayan şəxsin nəyi vardır? səni tapanın nəyi yoxdur? O şəxs ki, (Allah) səndən başqasını bəyənə və onunla sevinə, qətidir ki, ziyan etmişdir.


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər: İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:
1- Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt ne\'mətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.» (Əl-Bihar, 44-cü cild, səh. 293)
2-İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.» (Bihar, 44-cü cild, səh. 280)
3-Şeyx Səduq İmam Sadiq (ə)-dan, o da öz atasından, atası da öz atasından belə nəql edir: «Bir gün İmam Hüseyn (ə) qardaşı İmam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı. İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram. İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.» (Nəfəsul-məhmum, səh. 484)
4--İmam Sadiq (ə) buyurub: «Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb.» (Bihar, 44-cü cild, səh. 302)


İmam Baqirdən (ə) seçmə hədislər


İmam Baqirdən (ə) seçmə hədislər İmam Baqir (ə) buyurur:
-“Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
- “Səni tərif etsələr, sevinmə.”
-“Allah-Taala - pis danışan, lənət deyən və tənə vuranları sevmir.”
-“Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
-“Sənə zülm etmişlərsə də, sən zülm etmə.”
- “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”


Namaz qılmağın 29 mükafaatı Peyğəmbərin hədisində


Namaz qılmağın 29 mükafaatı Peyğəmbərin hədisində Zəmir ibni Həbib nəql edir ki,islam peyğəmbərindən (s) namaz barəsində soruşdular,buyurdu:
1.Namaz dinin vacib əməllərindəndir;
2.Allahin razılığına səbəb olur;
3.Peyğəmbərlərin yoludur;
4.Mələklərin məhəbbətini cəlb edir;
5.Hidayət və imandır;
6.Mərifət nurudur;
7.Ruzinin bərəkətidir;
8.Bədənin rahatliğıdır;
9.Şeytanın xoşuna gəlməyən əməldir;
10.Kafirlər müqabilində cihaddır;...


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi Ayətəl-Kürsinin fəziləti haqda:
Həzrət Əli (ə) buyurdu: Sizlər Ayətül-Kürsinin haqqında nə bilirsiniz? Mən Alahın Rəsulundan (s) eşitdim ki, buyurdu: \"Həzrəti Adəm (ə) insanların ağasıdır, Mən ərəblərin ağasıyam, Salman Farsi fars millətinin ağasıdır. Süheyb rumluların seçilmişidir, Sidr ağacı ağacların ağasıdır, Sina dağı dağların ağasıdır, cümə günü günlərin ağasıdır, Quran sözlərin ağasıdır, Bəqərə surəsi quran surələrinin ağasıdır, Ayətəl-Kürsi Bəqərə surəsinin ağasıdır. Bu ayədə (Ayətəl-Kürsidə) 50 kəlmə var, və hər bir kəlmədə isə 50 bərəkət var. tebyan.


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar İmam Əlinin (ə) nəsihətləri:
1- İmam Əli (ə) öz övladlarına buyurub: “Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.
2- Əmirəlmöminin Əli (ə) buyurub: “Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”
3- Əmirəlmömini (ə) yenə buyurub: “İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: “Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!” ...


İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri


İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri İmam Baqir (ə) buyurur:
A)-Sənə tövsiyə edirəm: Əgər sənə zülm etsələr zülm etmə (əvəz çıxmaq nəzərdə tutulmur), 2-Əgər sənə xəyanət etsələr sən xəyanət etmə, 3-Əgər səni yalançı adlandırsalar əsəbləşmə, 4-Əgər səni təriflədilərsə, sevinmə, 5-Əgər səni danladılarsa, hövsələsizlik etmə. (Bihar Əl-Ənvar, cild: 75, səh: 167).
B)- Bu üç xasiyyət Dünya və axirətin gözəl xasiyyətlərindən: 1- Əgər sənə zülm etdilər bağışlamağa çalış, 2- Əgər (müsəlman şəxs) səninlə əlaqəsini kəssə, sən onunla yaxın olmağa çalış, 3-Və o zaman ki səninlə nadanlıq səbəbindən rəftar olunsa səbrli olmağa çalış. (Bihar əl-Ənvar, cild: 75, səh: 173).
C) Tənbəllik və dözümsüzlükdən (tələskənlikdən) çəkin ki, bu iki xasiyyət, hər pisliyə yol açan açardır: 1-Hər kim tənbəllik etsə haqqı çatdırmaqda aciz olar. 2-və hər kim tələskənlik etsə haqqa qarşı səbirli olmaz. (Bihar əl-Ənvar, cild: 75, səh: 175).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter