Im. Kazim (ə) hansı elmi mömin şəxs faydalı bilik olaraq tanıtdırdı?


Im. Kazim (ə) hansı elmi mömin şəxs faydalı bilik olaraq tanıtdırdı?İ. Kazim (ə) buyurdular: \"Hz. Peyğəmbər (s) məscidə daxil oldular və gördülər ki, bir dəstə bir kişinin ətrafını almışlar. Hz. (s) buyurdular: Nə xəbər olub? Dedilər: Çox bilikli adam gəlib! buyurdular (s): Çox biliklilk nə deməkdir? Ərəb millətinin nəsil və onların başına gələnlər haqda çox biliyə sahib olan şəxsdir, eləcə də Ərəb şeir və hadisələrinə! İ. Kazim (ə) buyurdu: Hz. Peyğəmbər (s): Bunlar bir dəstə elmlərdir ki, əgər bir şəxs məlumatsız olsa ona zərər yetişməz, və əgər bir şəxs ona alim olarsa xeyiri çatmaz. Sonra Hz. Peyğəmbər (s) buyurdular: Həqiqətən elm 3 dəstədir: 1-Möhkəm ayə, yəni o dəstə biliklər ki, insanın iman və əqidəsini möhkəmlədə, 2-Tənzimləyən vacibatlar, yəni insan şəriətini bilə ki, onlara əməl etmək cəmiyyətdə ədalətin bərqərar olunmasına kömək edə, 3-Möhkəm sünnətlərə alim olmaq, yəni məsumların əxlaq və rəftarlarına uyğun yaşayış tərzi. bu üç dəstə elmlərdən başqa bütün məlumatlar fəzilət və üstünlükdür. -Usul-Kafi/c-1/səh:37


Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar?


Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar? İslam maarifinə əsasən Qənaətin gətirdiyi səmərələr:
1. İzzəti-nəfs. Tamah insan nəfsini zəlil edər. Həzrət Əli (ə) buyurur: “O kəs ki, canını tamahkarlıqla örtər, özünü alçaq etmiş olar. O kəs ki, çətinliklərinin sirrini aşkar edər, xar olmasına razı olar. O kəs ki, dilini özünə hakim edər, özünü dəyərsiz etmiş olar”.
2. Təyyib həyata malik olar. Həzrət Əli (ə) buyurur: “Qənaət - həyatın ən xoş növüdür”.
3. Malını infaq etməyə qadir olar. İmam Əli (ə) buyurur: “İnsan üçün necə də gözəldir ki, aza qənaət edər, çoxunu bağışlayar”.
4. Dini sağlam olar. İ. Əli (ə): “Öz dininin salamat olması üçün dünyanızın az miqdarı ilə qənaət edin. Həqiqətən, dünyanın az miqdarından bəhrələnmək mömini qane edər”.
5. Nəfsini islah edər. İmam Əli (ə)“Qənaət, nəfsi islah etmək üçün ən çox yardım edəndir”...


İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar?


İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar? Tamah elə bir rəzil sifətdir ki, insanın şəxsiyyətini alçaldar və dəyərini azaldar. İnsan özünü dünyanın əsiri edər. İzzətini onun qarşılığında satar və abrını əldən verər. Tamahın fərdi və ictimai təsirləri vardır ki, onlarla tanış olaq: 1. Tamah insanı bir çox günahlara salar. O cümlədən: yalan, xəyanət, zülm, insanların haqqını qəsb etmək...
2. Tamah insanı Allahdan uzaqlaşdırar və Allah bəndələrinin nəzərində onu kiçildər.
3. Tamahkar o qədər mal toplayar ki, ondan faydalanmaz, başqası faydalanar.
4. Tamah – insanın Allaha sui-zənn etməsinin nəticəsidir. İmam Sadiq (ə) buyurur: “Əgər gözünün aydın olmasını istəyirsənsə, dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, başqalarının malik olduqlarından tamah gözünü çək”...


Əhli-Beytə məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir?


Əhli-Beytə  məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir? Həzrət Peyğəmbər (s) buyurur: Bilin!
1. Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd özünü əməl və haqqa itaətdə göstərsin).
2. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, bağışlanmış halda dünyadan gedər.
3. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə, Alnına qiyamətdə yazılar: “Allahın rəhmətindən naümiddir”.
4. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə, kafir olaraq dünyadan gedib.
5. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz...


Hz. Əli (ə) şəhadət yatağında olarkən Hz. Peyğəmbər (s) ona nə buyurdu?


Hәzrәt Әli (ә) yаrаlı hаldа yаtаğа düşdüyü zаmаn övlаdlаrı dedilər: Аtаcаn, sәni bu hаldа görmәyimiz bizi yаmаn üzür. Kаş, indi аnаmız sаğ оlаydı vә bizә tәsәlli vеrәydi. Kаş, indi Mәdinәdә bаbаmız Pеyğәmbәrin (s) qәbri kәnаrındа оlаydıq vә dәrdimizi оnа dеyәydik. Аh, qürbәt әlindәn, аh yеtimlik әlindәn...
Оnlаrın dәrdli şivәnini kim еşidirdisә, iхtiyаrsız аğlаyırdı. İmam Әli (ә) isә оnlаrı bir-bir qucаqlаyıb dеyirdi: Sәbirli оlun. Mәn sizin bаbаnız Mәhәmmәd (s) vә аnаnız Fаtimәnin (әh.) yаnınа gеdirәm. Kеçәn gеcәlәrin birindә yuхudа Pеyğәmbәrin (s) köynәyi ilә üzümün tоzunu sildiyimi gördüm. О, mәnә buyurdu: “Еy Әli, sәn vәzifәni yеrinә yеtirdin.” Bu yuхu ölümә dәlаlәt еdir.


İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi?


İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi? İslam mətnlərində insanlara yardım etmək, onların qayğısına qalmaq, işlərinə kömək göstərmək haqqında çoxlu tövsiyələr vardır. İmam Əlinin (ə) bu haqda çoxlu sifarişləri vardır. Bu barədə həzrətin Kumeylə olan üç nəsihətini təqdim edirik:
-Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
-Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür...


İmam Həsən Əsgəri (ə) davamçılarına hansı 8 əxlaqi tapşırıqları etdi?


İmam Həsən Əsgəri (ə) davamçılarına hansı 8 əxlaqi tapşırıqları etdi? İmam Həsən Əskəri (ə) bir hədisdə öz şiələrinə nəsihət edərkən buyurur: Sizə tövsiyə edirəm ki:
1. Allahdan qorxun.
2. Dininizdə təqvalı olun.
3. Allaha xatir çalışın.
4. Doğru danışın.
5. Sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis.
6. Səcdələrinizi uzadın.
7. Qonşularınızla yaxşı davranın ki, həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir.
8. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin, hüquqularını ödəyin...


Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir?


Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir? Möminin izzəti, abrı, həyası, adı və sanı Kəbə evinin ehtiramından da üstündür. Bu, hədislərdən əxz olunub. O qədər onun ehtiram və abır-həyası mühümdür ki ona böhtan atılanda Allahın ərşi titrəyər. Məsələn Quranda gələn bəzi hökmlərdə möminin ad-sanının qorunub saxlanılmasının nə qədər vacib olduğunu görürük. Xüsusilə də bu bir möminə xanım qarşı həyata keçirilərsə. Kimsə bir müsəlman və möminə xanıma iftira atarsa 4 şahid gətirmək məcburiyyətindədir. Hal bu ki bir şəxsin qatil olduğunu göstərmək üçün 2 şahidin gətirilməsi kifayət edər.
Buna görə mömin, şəxsiyyət baxımından terror edilərsə Allahın ərşi titrəyər sanki. Peyğəmbərdən belə bir hədis gəlibdir: “Peyğəmbər buyurub: Mütəal Allah buyurub ki, mənim dostlarımdan birinə (möminlərə) böhtan və iftira yağdıran şəxs elə bil mənimlə döyüşə qalxır və pusquda durmuş sayılır. Mən o zaman dostlarımın yardımına gedərəm”


İmam Baqir (ə) oğlu İmam Sadiqi (ə) hansı əməllərdən çəkinməyə əmr etmişdir?


Süfyan Suri deyir: Həzrət İmam Sadiqə (ə) ərz etdim: Mənə nəsihət edin! İmam buyurdu: “Süfyan! Kim qövm və qəbiləsi olmadan izzət sahibi, heç bir malı olmadan ehtiyacsız və heç bir qüdrəti olmadan cəlal sahibi olmaq istəyirsə, gərək günah zillətindən itaət izzətinə daxil olsun”. Dedim: Ey Peyğəmbərin övladı! Daha artıq izah edin! Həzrət buyurdu: “Atam məni üç şeydən çəkindirərək buyurdu:
1. Övladım! Hər kim pis dostla oturub-dursa salamat qalmaz.
2. Hər kim münasib olmayan yerlərə getsə ittiham olunar.
3. Hər kim dilini saxlamasa günaha düşər...


İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi?


İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi? Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə görə şikayətləndim. Ondan dua istədim. Həzrət kənizini çağırıb buyurdu: “Əbu Cəfərin bizə göndərdiyi pul kisəsini gətir.” Kisəni gətirdilər. İmam buyurdu: “Bu kisədə dörd yüz dinar pul var. Bu puldan istifadə edib çətinliklərini aradan qaldır.” Dedim: “Sənə fəda olum, and olsun Allaha, pul almaq məqsədim yox idi. Yalnız dua üçün gəlmişdim.” Buyurdu: “Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma, yoxsa yüngül görünər, alçalarsan!” (“Ricale-kəşiş”, 144; “Biharul-ənvar”, 47-34, bab 4, hədis 31; “Mustədrəkul-vəsail”, 7-226, bab 31, hədis 8101)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter