Həzrəti Peyğəməbərin (s) hədislərinə əsasən dəstəmazın hansı mənəvi təsir və faydaları vardır?!


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:
1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Hacətin yerinə yetməsinə səbəb olar.
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”...


İmam Əli (ə)-ın bir ərəbin 7 sualına cavabı....


Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: \" Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.” Həzrət Əli (ə) buyurdu: \"Buyur soruş”. Həmin kişi soruşdu:
1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \"Günahsıza yalan bağlamaq”
2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \" Haqq yerdən daha genişdir.”
3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: \" Hərislik oddan da istidir.”
4. Buzdan da daha soyuq olan nədir? H əzrət (ə) buyurdu: \" Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur...


Hansı vaxtlar dua etmək üçün daha münasibdir? İmam Sadiqin (ə) mübarək izahı


İmam Cəfəri Sadiq (ə) buyurur: \"Namazlardan sonra dua edin, çünki, belə bir dua qəbul olar\"
İmam Baqir (ə) buyrur: \"Cümə axşamı gəldikdə Allah təala buyurar: \"Bir dua edən varmı ki,onu bağışlayım? Tövbə edən varmı ki,tövbəsini qəbul edim?\"
Həzrət peyğəmbər (s) buyurub:\"Duanın ən yaxşı vaxtı səhər çağıdır.\"
İmam Cəfər Sadiq (ə) buyurdu:\"Günəş çıxmazdan və batmazdan qabaq dua etmək vacib göstəriş və sünnədir, əlbəttə günəşin çıxmağı və batmağı ilə birikdə.\"
Həzrət peyğəmbər (s) buyurub:\"Şübhəsiz gecənin elə bir saatı vardır ki,o saatda bəndənin hər bir duası qəbuldur. O saat gecənin yarısı ilə qalan üçdə bir hissəsi arasındadır.\"


Səhih hədisi qeyri-səhih hədisdən necə fərqləndirmək olar?


Peyğəmbərin (s) dövründənbaşlayaraq saxta hədis qondaranların mövcudluğunu nəzərə almaqla, səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün bir sıra meyarlara ehtiyac duyulur. Həmin meyarlardan bəzilərini aşağıda qeyd edirik:
1. Quranla uyğunluq – İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: \"Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın”. (Kafi, c.1, səh.69)
2. Məsumların buyuruqları ilə uyğunluq – Həsən ibn Cəhm deyib: (İmam) Rzaya (ə) dedim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. (Həzrət) buyurdu: \"Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil”. (Vəsailuş-şiə, c.27, səh.121)...


İmam Sadiqin (ə) izahında nafilər namazlarının qılınmasının mənası


... Həzrət İmam Sadiq (ə) buyurdu: “Nafilələrin qılınması – vacib namazların təkidi üçündür. Belə ki, əgər insanların namazları ancaq dörd rükət zöhr olsaydı, ona görə mütləq səhlənkarlıq edərdilər. Bu həddə ki, bəzən vaxtını belə keçirərdilər və onu qılmazdılar. Ancaq o zaman ki, vacib namazlardan başqası haqlarına (boyunlarına) qoyular, namazın çox olmasına görə sürətlənərlər ki, bəlkə hamısını vaxtında yerinə yetirə bilsinlər.
Həmçinin (bu mövzu) əsr namazının əvvəlində olan nafiləyə də aiddir. Yəni, (nafilə) namazı təyin edildikdən sonra insanlar sürətləndilər ki, həm nafiləni qıla bilsinlər və həm də vacib namazı. Həmçinin məğrib namazından sonra qılınan 4 rükət nafilə də o cür. Gecə namazının gecənin sonunda qılınmasına ona görə göstəriş verilmişdi ki, sübh namazının qılınması üçün sürətlənsinlər. Ona görə də bu səbəb dən namazlar bu keyfiyyətlə vacib buyurulmuşdur”...


Niyə şərab içənin namazı 40 gün qəbul olmur? İmam Rzanı (ə) izahı


Hüseyn ibni Xalid nəql edir: “Həzrət Rzanın (ə) xidmətində ərz etdim: “Bizim üçün nəql edilibdir ki, Peyğəmbər (s) buyurmuşdur: “O kəs ki, şərab içər, namazı 40 gün qəbul olunmaz”. Bu hədis doğrudurmu?”. İmam (ə) buyurdu: “Hədisi nəql edənlər doğru nəql ediblər”. Ərz etdim: “Bəs niyə namazı 40 gün qəbul olmaz, nə az və nə də çox vaxtda deyil?”. Həzrət (ə) buyurdu: “Ona görə ki, Allah Təala insanın xilqətini bu cür təqdir etmişdir: nütfəni 40 gündən sonra icad edər və sonra onu sonrakı mərhələyə keçirər. 40 gündən sonra ələqəyə (qan laxtasına) çevirər və sonrakı mərhələyə keçirər. 40 gün sonra muzğəfəyə (ət parçasıdır ki, üzərində yaşıl damarları olar) çevirər və bu cür son mərhələsinə qədər...


Namazı əvvəl vaxtda qılana Peyğəmbərimizin (s) hansı 3 zəmanəti verir?


Namaz – dinin sütunudur və ibadətlərin şahıdır. Hər kim namazının vaxtına və şərtlərinə əməl edərək yaşayarsa, həm dünya və həm də axirət səadətinə çatar. Namazı əvvəl vaxtda qılmaq – ən çox bəyənilən əməllərdəndir. Məsumlarımız (ə) da bizləri davamlı olaraq bu işə dəvət edirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, namazı əvvəl vaxtda qılmağa əhəmiyyət verər, üç şeyi onun üçün zəmanət edərəm:
1. Çətinlik və narahatlıqların aradan qalxması.
2. Ölən zaman rahat olmaq.
3. Cəhənnəmdən nicat tapmaq”...


Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?


Bu barədə İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm (qohumları yoluxmaq, münasibət saxlamaq, hal-əhval saxlamaq) əxlaqı gözəl, əli bağışlayan, qəlbi və canı xoş edər. Ruzini artırar, əcəli və ölümü təxirə salar”. İmam, “bəzi qohumlarımın təfəkkürü başqadır. Mənim fikirlərimdən qeyrisinə malikdirlər. Onların mənim üzərimdə haqları vardırmı?” sualına isə belə cavab verir: “Bəli, qohumluq haqqını heç bir şey əvəzləyə bilməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”.
Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlir və deyir: “Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onlardan uzaqlaşam”. Həzrət (s) buyurur: “O zaman Allah da səni tərk edər. Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”...


Səkkizinci İmam Əli ibn Musadan (ə) nəsihət dolu səkkiz hədis!


1.İmam Rza (ə) buyurmuşdur: \"Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin bir adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) bir adətinə sahib olsun; 3. İmamının bir adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, İmamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.”(\"Tuhəful-uqul”, səh.442.)
2.İmam Rza (ə) buyurmuşdur: \"Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.”(\"Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.339.)
3.İmam Rza (ə buyurmuşdur:\"Yaxşılıq edən məxluqa təşəkkür etməyən böyük Allaha da şükür etməz.”(\"Mizаnul-hikmәt”, 5-ci cild, sәh.153.)...


“Bismillah”ı niyə demək lazımdır? İmam Əlinin (ə) hədisi


Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir. “Bismillah” deməmiş sözünə başlayır. Bu zaman stuldan yerə yıxılır və başı yarılır. Qan axmağa başlayır.
İmam Əli (ə) buyurur: “Bilirsənmi ki, Peyğəmbər (s) mənə Allah Təala tərəfindən olan belə bir hədis demişdir: “O iş ki, Allahın adı orada zikr olunmaz – əbtərdir, yəni aqibəti xeyirli deyildir”. Abdullah deyir: “Ata və anam sənə fəda olsun, bir daha \"Bismillah\"ı tərk etməyəcəyəm”. Həzrət (ə) buyurur: “Bu zaman bəhrə apararsan”.
Abdullah deyir: “Ya Əmirəl-möminin! “Bismilləhir-Rahmənir-Rahim”in təfsiri nədir?”.Həzrət (ə) buyurur: “Bəndə Quran oxuyan zaman və ya hansısa iş görmək istəyən zaman bu adı deyərsə, yəni o deməkdir ki, bu adın bərəkətinə görə həmin işi yerinə yetirir....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter