Şeyx Ənsarinin baxışında kəbirə günahı necə tanımaq olar?


Şeyx Ənsarinin baxışında kəbirə günahı necə tanımaq olar? Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir: Birinci yol: Mötəbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır.
İkinci yol: Аyə və ya mötəbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir. Üçüncü yol: Allah-tәala Qurani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur. Dördüncü yol: Ağıl və nəql yolu; ağıl və ya nəql təsdiqləyir ki, bir günah hansısa böyük günahdan daha ağırdır. Məsələn bildirilir ki, möminin arxasınca danışmaq, onun qeybətini etmək zinadan ağırdır. Uyğun bəyanatdan anlaşılır ki, möminin arxasınca danışmaq da kəbirə günahdır...


Qiyamət günü Allah-Taala (c.c) hansı əməl sahiblərindən rəhmətini kəsər?


Qiyamət günü Allah-Taala (c.c) hansı əməl sahiblərindən rəhmətini kəsər?Hz Peyğəmbər (s) buyurdu: “Dörd dəstə insanlar var ki, qiyamət günü Allah-Taala (c.c) rəhmət baxışını onlardan kəsər:
1-Valideynin üzünə qayıtmaq, rəftarlarla ata-anaya əziyyət edə. Allahın hökmlərindən başqa yerdə valideynə qulaq asmaq vacibdir!
2-Yaxşı əməllərini kömək etdiyi şəxsin başına qalxmaq, (Saleh əməl edəndən sonra minnətçilik etmək)
3-Allahın insanların xoşbxətliyi üçün yazdığı həyat tərzinə sui-zənni olan insanlar,
4-Haram içkilərdən istifadə edən şəxs qiyamət günü Allahın rəhmət və köməyindən məhrum olar. İçki bütün çirkinliklərin açarı və bəlaların başlanğıcıdır.


Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır?


Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır? Fədakarlıq elə bir fəzilətli sifətdir ki, insanlara aid edilir. Fədakar insanlar Allahın sevimli bəndələridir. Onların başı səmada, ayaqları yerdə olar. Fədakarlığın dərəcələri vardır. Özlərini Allah yolunda fəda edən insanlar bir neçə dəstəyə bölünürlər:
1. Bəziləri başqalarının yaxşılığı qarşısında yaxşılıq edərlər. Bu iş dəyərlidir və xeyir mükafat hesab olunur.
2. Bəziləri özləri başqalarına yaxşılıq edərlər və mükafatı da Allahdan gözləyərlər. Bu iş də pis deyildir, ancaq hər bir halda ticarətdir.
3. Bəziləri özləri başqalarına yaxşılıq edərlər və bunu gözləntisiz edərlər.
4. Bəziləri başqalarının pisliyi qarşısında yaxşılıq edərlər və bu əməl – məkarim əxlaqdır.


“Ayaqlarınızı kitaba tərəf uzatmaq isə hörmətsizlikdir” – böyük alim tələbənin sirrini haradan bildi?


“Ayaqlarınızı kitaba tərəf uzatmaq isə hörmətsizlikdir” – böyük alim tələbənin sirrini haradan bildi? Qazi ağanın şagirdlərindən biri çox dindar və təqvalı bir insan idi. Ayətullah Şeyx Muhəmmədtəqi Aməli onu, Qazi ağanın bir nömrəli şagirdi hesab edirdi. Həmin şagird nəql edir: “Mən uzun müddət görürdüm ki, Qazi ağa Vadius-səlamda 2-3 saat keçirir. Öz-özümə deyirdim ki, insan qəbirləri ziyarət edib qayıdar və ölüləri “Fatihə” oxuyaraq şad edər. Başqa mühüm işlər vardır ki, qayıdıb onları görmək lazımdır. Bu fikir ürəyimdə idi və heç kəsə də o haqda bir şey deməmişdim. Hər gün müəllimin xidmətinə gedir və ondan bəhrələnirdim. Nəhayət İrana qayıtmaq vaxtım gəlib çatdı. Ancaq mən qayıtmaq üçün şübhə edirdim və qəti qərara gələ bilmirdim. Bu niyyət mənim qəlbimdə idi. Gecə yatağıma uzandım ki, yatım. Yatdığım çarpayının aşağısında kitab şkafı var idi və mənim elmi və dini kitablarım orada yerləşirdi. Yatan zaman istər-istəməz ayağım bu kitablara dəyirdi. Öz-özümə düşünürdüm ki, bu cür yatmağım kitablara hörmətsizlik olarmı? Bu kitablar şkafın yuxarısında yerləşirdi və düşündüm ki, hörmətsizlik sayılmaz. Səhər Qazi ağanın yanına getdim və ağa mənə buyurdu: “Sizin İrana getməyiniz məsləhət deyildir və ayaqlarınızı kitaba tərəf uzatmaq isə hörmətsizlikdir”.


Rabitələri xarab edən 10 virus hansılardır?


Rabitələri xarab edən 10 virus hansılardır? Əgər başqaları ilə rabitə quran zaman məharətli olarsa, işlərində də müvəffəq olar. Əks halda, həyatı elə də asan keçməz. Bəzi rabitə vurusları vardır ki, insanlarla ünsiyyət və rəftarda insana ancaq ziyan gətirir. Bu virusları tanıyaraq, onlardan çəkinməyə çalışaq. 1. Təkrar-təkrar nəsihət vermək. Nəsihət vermək qarşı tərəfin eyiblərini aradan qaldırmaq üçün ona yardım edən əməllədəndir. Amma təkrar-təkrar nəsihət vermək fayda verməz. 2. Davamlı olaraq təzəkkür vermək. Əgər insan bir başqası tərəfindən davamlı olaraq təzəkkür eşidərsə, həmin mövzuya olan əlaqəsi azalar və qarşı tərəfə kin bəsləməyə başlayar. 3. Qınamaq və məzəmmət etmək. Bir insanı yersiz yerə qınamaq və məzəmmət etmək – rabitələri xarab edən amillərdəndir. 4. Minnət qoymaq. Əgər yaxşı iş görən zaman savab qazanmaq istəyiriksə, gərək onu minnətsiz edək. Əgər minnət qoyarıqsa, o zaman həm həmin əməlin savabı əldən gedər, həm də qarşı tərəf bizə kin bəsləyər...


Nə edək ki, başqalarının tənqidindən narahat olmayaq?


Nə edək ki, başqalarının tənqidindən narahat olmayaq?Bir insan adətən bizi tərifləyən zaman həmin kamal sifətimizə diqqət edir və ondan ləzzət alırıq. Həmin şəxsin gözündəki heybətimizi hiss edir və bundan xoşlanırıq. Ancaq o zaman ki, bizi tənqid edirlər və məzəmmət edirlər – bunun əksi olur. Bəs nə edək ki, bu ruhiyyənin qarşısını ala bilək?
1. Əgər bizi məzəmmət edənin niyyəti nəsihət verməkdirsə - şad olmalıyıq. Çünki o, bizi nöqsanlarımızdan agah etmişdir.
2. Əgər həmin şəxs nə nəsihət, nə də bizə əziyyət vermək üçün məzəmmət edirsə, O, bizi qafil olduğumuz mövzudan agah edir.
3. Əgər həmin şəxs bizə qarşı məzəmmətində doğru deyil, yalan danışırsa, bu zaman da gərək narahat olmayaq. Çünki
İmam Əli (ə) buyurur: “Hər kim sənin eybini sənin üçün aşkar edər – dostundur. O kəs ki, sənin eybini səndən gizlədər – düşmənindir”.


Övladlarımızı təbiyə edən zaman hansı nəsihətləri edək?


Övladlarımızı təbiyə edən zaman hansı nəsihətləri edək? Valideyin övladına nəsihət edərkən bu cümlələri xatırlatmağı unutmamalıdır:
1-Övladım üç dəstə insanlar sənin dayağındırlar onlardan qorxma söz dinlə: Ata, Ana və Qardaşın,
2-Övladım dünya və axirət xoşbəxtliyi üçün üç şeydən uzaqlaşma, Quran, iman və duadan,
3-Övladım rahat yaşamanı istəyirsənsə üç işi görmə: Yalan danışmağı, riyakarlığı və zinakarlıqdan uzaq ol,
4-Övladım üç şeydən uzaq dur: Oğurluq, arsızlıq (laqeydlik) və həyasızlıq - günahlarına bəhanə düzəltməkdən,
5-Övladım üç şeydən qaç ziyanı dəyməsin sənə: Qeybətdən, pis söz danışmaqdan və görmədiyinə tez inanmaqdan...


Dilin aşkar etdiyi 10 xasiyyət hansılardır?


Dilin aşkar etdiyi 10 xasiyyət hansılardır? İmam Əli (ə) buyurur: “İnsanda 10 sifət vardır ki, dil onları aşkar edər:
1. Vəsf edəndir ki, onunla əşyalar tanınar.
2. Rəhbərdir ki, yaxşılıqlara əmr edər.
3. Nəsihət verəndir ki, pisliklərdən saxlayar.
4. Təskinlik verəndir ki, qəmlər onunla təskinlik tapar.
5. Onun vasitəsilə kinlər aradan gedər.
6. Ürəkləri oğurlayandır ki, qulaqlar onun vasitəsilə ləzzət alar”...


Anaya hörmət gör onu hansı məqama ucaltdı!


Anaya hörmət gör onu hansı məqama ucaltdı! Əllamə Seyid Məhəmmədhüseyn Hüseyni “Nuri-mələkuti Quran” kitabında yazır: Bir gün kitab almaq üçün kitab mağazasına getdim. Mən çatanda artıq mağaza sahibi kitabları anbara yığıb getməyə hazırlaşırdı. O birdən dedi: Həbibim Allah, təbibim Allah, yarım, yarım, canım, canım. Onun arif olmasını başa düşdüm. Dedim: Ağzacan! Dərvişcan! Tək yemək ədəbdən deyil! O sakit oldu və ağlamağa başladı. Sonra şad oldu və gülümsündü. O mənim yolumun yaxşı olduğunu dedi. Bizim aramızda bir az söhbət oldu. Ondan bu məqama çatmasının səbəbini soruşdum.
Dedi: Anam çox qocalmış, zəifləmiş və xəstə idi. Neçə il idi ki, artıq yerindən qalxa bilmirdi. Özüm onun xidmətində dayanır, yeməyini-içməyini hazırlayır, yedirdir və yatızdırırdım...


Ustаd Mәhәmmәd Tәqi Cәfәrinin əxlaqi dərəcəsini göstərəcək hadisə nə haqda idi?


Ustаd Mәhәmmәd Tәqi Cәfәrinin əxlaqi dərəcəsini göstərəcək hadisə nə haqda idi? İlаhi insаnlаr еlm vә tәqvа cәhәtdәn böyük mәqаmlаrа yеtişsәlәr dә, özlәrinin mәşhurlаşmаqlаrınа rаzı оlmurlаr. Bаşqаlаrının оnlаrı tәriflәmәsini istәmirlәr. Әllаmә Mәhәmmәd Tәqi Cәfәri (r) nәql еdir ki, Sәqәz şәhәrindә әhli-sünnә qаrdаşlаrı tәrәfindәn mәclis tәşkil оlunmuşdu. Şаirlәr хаhiş еtdilәr ki, mәnim mәdhimә yаzdığı şеri охusun. Mәn iki yоl аrаsındа - оnun qәlbini sındırmаq vә ya öz mәdhimi еşitmәk mәcburiyyәtindә qаldım. Mәn Аllаhdаn istәdim ki, оnun mәdhi ilә qulаqlаrımın аrаsındа pәrdә qәrаr vеrsin vә bu yоllа оnun qәlbi sınmаsın. Аllаh şаhiddir ki, mәn оnun şеrindәn bir kәlmә dә еşitmәdim...
Şеytаn әsgәrlәrinә dеdi: “Әgәr bәni-аdәmә üç şеydә qаlib gәlsәniz, dаhа qоrхum yохdur. Çünki bu vахt оnlаrın еtdiklәri әmәllәri Аllаh qәbul еtmәz.
1. Yахşılığı böyük sаymаq; 2. Günаhı unutmаq; 3. Tәkәbbür vә özünü bәyәnmәk.” (“Nәsаyih”, sәh. 140.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter