Oruc tutan insan, rəftarlarına xüsusi diqqət etməlidir!


Hədislərə nəzər salan zaman görürük ki, oruc tutan bir qadın söyüş söyür və Peyğəmbər (s) buyurur: “Bu qadına yemək verin, yesin”. Qadın Həzrətə (s) deyir ki, mən orucam. Həzrət (s) buyurur: “Necə orucsan ki, söyüş söyürsən? Oruc o demək deyildir ki, kimsə su içməyib, yemək yeməsin. Bəlkə oruc tutanın bütün əza və üzvləri də özü kimi oruc tutmalıdır”. Rəhmət və bərəkət ayı olan Ramazan ayında bütün qəlblər düz və həqiqi yola hidayət olar. Bu, elə aydır ki, bütün qəlblər nurani olar. Ancaq naməhrəmlə söhbət və ya zarafat etmək bu fəziləti azaldır. İnsana bəla nazil edir. Bu bəlanın sayəsində də qəlbərin nuru sönər və zülmətə bürünər.
İmam Əli (ə) buyurur: “Ey Allahın bəndələri! Naməhrəmlə söhbət etmək - bəlanı nazil edər. Qadınlara göz tikmək - qəlblərin görmə nurunu söndürər. Həmçinin gözün ucu ilə (qadına) baxmaq - şeytanın hiyləsindən və tələsindəndir”. Bu, elə bir aydır ki, hətta nəfəslərimiz belə ibadət sayılır. Naməhrəmə baxmaq və ya onunla zarafat etməklə bu müqəddəs fəzanı kirlətmiş olarsan...


Nə edək ki, orucumuz qəbul olsun? Əhli-Beytin (ə) tapşırıqları


Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”.
Həzrət Əli (ə) yenə buyurur: “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.
İmam Sadiq (ə) buyurur: “Oruc tutdunsa - gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”...


Böyük arif Hüseynəli Həmədaninin möminlərə yemək və zikrlər haqda tövsiyələri nə olmuşdur?!


Molla Hüseynəli Həmədani.- Alim buyurur: “Ən mühümü – haram yeməklərdən qaçın. Halaldan başqasını yeməyin. Yeməyi az yeyin və həddini aşmayın. Nə o qədər ye ki, səni ağırlaşdırsın və əməldən saxlasın, nə də o qədər az yemə ki, səni zəiflətsin. Zəif insan ibadətdən çəkinər.
Müstəhəb aylarda bacardığın qədər oruc tut. Bir şərtlə ki, gecə gündüzün yerini doldurmayasan.
Namaza dayanan zaman müti və başıaşağı halda, qəlb hüzuru ilə dayan. Sübh namazından sonra 70 dəfə istiğfar et və “Lə iləhə illəllah”ı yüz dəfə de. Məşhur “Sabah” duasını oxu. Xanımın (s.ə) təsbihini unutma. Hər gün bacardığın qədər dəstəmazlı və diqqətli halda Quran oxu...


Xoş əxlaq və pis əxlaqlı olmağın insan həyatına təsirləri nələrdir?! İmam Sadiqin (ə) cavabı


Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər.
Bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə). İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:
1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”.
2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: “Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”.
3. Günahları pak olar. İmam (ə) buyurur: “Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”.
4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: “Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”....


Həzrəti Əlinin (ə) hədisinə əsasən 6 dəstə insanla dostluq faydasızdır?!


Həzrəti Əli (ə) dan nəql olunan hədisdə deyilir: Hər kimdə bu xüsusiyyətlərdən olarsa onunla dostluq etməyin faydası yoxdur! Əksinə ziyan verici insanlardırlar:
1-Dostu ilə danışanda yalançılıq etmək onların adətidir!
2-İnsanlar arasında həmişə başqalarını yalançı çıxartmağa çalışanlar! (onlar özlərindən başqa heç kəsi düz bilmir və ücblü-özünüsevənlərdirlər!)
3-O dəstə insanlar ki, başqlarının əmanətinə xəyanət edərlər! Onlarla dostluq xeyir verməzdir!
4-Əmanətdar insanlara töhmət və yalan nisbəti verən şəxslər! (özlərinin yalançı və xəyanətkar olmalarını bu yolla ört-basdır etməyə çalışırlar!)...


Səbir, alicənablıq, kəramət nədir? İmam Həsən (ə)-dan hədislər


Həzrət İmam Həsən Müctəbaya (ə) sual verirlər ki, səbir nədir? Həzrət (ə) buyurur: “Səbir – yəni qəzəbini yatızdırasan və özünə hakim olasan”.
Sual verirlər ki, bəs alicənablıq nədir? Həzrət (ə) buyurur: “Qəbilənə ehsan etmək və xəsarətlərə dözmək”.
Soruşurlar ki, bəs kəramət nədir? Buyurur: “Xahiş olunandan (istəniləndən) çoxunu bağışlamaq və qəhətlik zamanı yemək verməkdir”.


İmam Hadi (ə) buyurur: Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir!


İmam Sadiq (ə) buyurur: “Mömin o zaman ki, qəzəblənər – qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olarsa – razılığı onu batilə tərəf çəkməz. Əgər qüdrət əldə edərsə - öz haqqından çoxunu götürməz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, qəzəb – o insan qəlbinə düşən bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməmisinizmi? Hər kim belə hisslər keçirər, torpağın üzərində əyləşsin”.
İmam Hadi (ə) buyurur: “Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir”.
İmam Əli (ə) buyurur: “Qəzəblə tərbiyə (mümkün) deyildir”...
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Səbir, qəzəb atəşini yatızdı


Həzrət Musanın (ə) Uca Allahdan xəbər aldığı naşükür insanlar kimlərdir?!


Ustad Ənsarian nəql edir: “Bir gün Musa ibn İmran (ə) Allaha buyurur: “Mənim elm, dərk və ibadət cəhətdən qiymətim neçədir?”.
Allah Təala buyurur: “Qiymətin 5-dir. Heç bir əskiyin yoxdur”. Musa (ə) deyir: “Allahım! İnsanların arasında elələri var ki, bizim arxamızca yersiz sözlər danışırlar?”.
Allah buyurur: “Çoxdur”. Deyir: “Niyə?”. Buyurur: “Bəzi insanların əxlaqı – yersiz danışmaqdır”. Deyir: “Allahım! Sənin böyük qüdrətin vardır. Elə bir iş görə bilməzsən ki, onların yersiz danışmaqlarını qət edəsən?”. Buyurur: “Xeyr, Mənim dünyada insanların işi ilə işim yoxdur. Onlar nəinki sənin arxanca yersiz söz danışırlar, bəlkə onları xəlq edən Allah olan Mənim də arxamca minlərlə yersiz söz danışırlar. Onlar deyirlər ki, bu aləmin Allahı yoxdur. Halbuki, Mən varam və onların ruzisini verirəm”....


Yersiz danışmaq insanın dil günahlarının artmasına səbəb olar?!


Yersiz danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar. Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:
1. Ömrü zay edər. Yersiz danışmağın vurduğu ən az ziyan – ömrün zay edilməsidir. İnsan bu dünyada nə əldə edirsə, ömür sərmayəsinə görədir. İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir. İnsan yersiz sözlər danışan zaman nə dünyasına və nə də axirətinə fayda verə bilir. Bu fürsəti əldən verir.
2. Cəmiyyətdə həqarət olur. İnsan cəmiyyətdə yersiz söz danışarsa, öz məqamını alçaltmış olar. Əgər sözünə qulaq verən olarsa, deməli onunla eyni səviyyədə olan insandır.
3. Üzr istəyər. Yersiz danışmağın mənfi nəticələrindən biri də budur ki, insan dilinə gətirdiyi sözdən peşman olar və çarəsiz qalıb, üzr istəyər. Əlbəttə ki, söhbət qabiliyyətli və ağıllı insandan gedir. Bunun əksi olan insan, heç üzr istəmək durumunda belə, olmaz...


Taksi sürücüləri sərnişinlərə qarşı hansı haqlara riayət etməlidirlkər?!


Salam. Mən taksi sürücülüyünə başlamışam, Bu işlə bağlı hansı həqqun-nas günahlardan çəkinməliyəm? Aleykum Salam və rəhmətullah.
Həqqun-nas, yəni \"insan haqları\" adlanan günahlar o günahlara deyilir ki, hər hansı bir insan etdiyi pis işlərlə başqa insanların haqqını tapdalayır. Onun günahının bağışlanması da yalnız haqqına girdiyi insanın ona halallıq verməsi nəticəsində ola bilər. Ən böyük günahlar, məhz həqqun-nas günahlardır. Taksi və sürücülük ilə bağlı da ox həqqun-nas günahlar ola bilir. Buna görə son dərəcə ehtiyatlı olmaq lazımdır. Sizin qarşınıza çıxa biləcək həqqun-nas günahlar çox ola bilər, onlardan bəziləri: .
1- Sərnişinə kirayə haqqını çox demək 2- Düşən zaman sizə verdiyi pulun qalığını qaytarmamaq
3- Sərnişini qəsdən uzaq məsafə ilə aparmaq 4- Sərnişinin maşında yaddan çıxıb qalmış əşyasını qaytarmamaq...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter