İslam Peyğəmbəri (s): Hеç kәs о qәdәr qоnаq qаlmаsın ki, günаhkаr hеsаb оlunsun!


Bir gün İmam Әli (ә) аğlаyırdı. Sәbәbini sоruşаndа buyurdu: “Yеddi gündür ki, еvimizә qоnаq gәlmir.” Həzrət Məhəmməd (s) buyurub: “Birinci, ikinci vә üçüncü gün qоnаğа qulluq еtmәk оnun hаqqıdır. Аmmа üç gündәn sоnrа еv sаhibi qоnаğа sәdәqә vеrir. Hеç kәs о qәdәr qоnаq qаlmаsın ki, günаhkаr hеsаb оlunsun.” Dеdilәr: Nеcә günаhkаr оlаr? Buyurdu: “О qәdәr qаlаr ki, еv sаhibi оnun хәrcini çаtdırа bilmәz.”
İmаm Sаdiq (ә) buyurub: “Qоnаq gәlәn mömin qаrdаşını yахşı qаrşılаyаn kәs, sаnki, Аllаhа yахşılıq еtmişdir!”


İmam Həsən Əsgərinin (ə) hədisinə əsasən ən güclü insan kimdir?!


İmam Həsən Əsgəri (ə) buyurur: “Ən təqvalı insan o kəsdir ki, hər cür şübhəli və şəkli mövzulardan çəkinər və uzaq durar.
Ən abid insan o kəsdir ki, hər şeydən əvvəl İlahi vacibatı yerinə yetirər.
Ən zahid insan o kəsdir ki, harama düçar olmaz.
Ən güclü insan o kəsdir ki, hansı halda olursa-olsun hər cür günah və xatanı tərk edər”.


İslam maarifinə əsasən Bəyənilməyən qeyrət necə olur?


İslam dini təfrit və ifratı sevməz. Hər bir şeyin təfrit və ifratı olduğu kimi, hətta qeyrət kimi gözəl xüsusiyyətin də ifratı vardır. Qeyrətin bəyənilməyən növləri:
1. Bədgümanlığa görə qeyrət. Bədgüman olan halda qeyrət sifətini büruzə vermək – sui-zəndən irəli gələn əməldir ki, insanın ailə tərbiyəsinə qayıdır. Ola bilsin ki, başqa səbəbləri də olsun. Ancaq mühüm olan nöqtə budur ki, bu cür qeyrət ailə mühitini viran edər və dağıdar...
2. Müraqibə əhlinin bəzən etdiyi qeyrət. O kəslər ki, müraqibə əhlidirlər, bəzən qeyrət sifətinə ifrat dərəcədə riayət edirlər ki, dinimiz bu cürqeyrəti də bəyənmir. Kişinin öz xanımına və ailəsinə görə qeyrət bəsləməsi – fitri və zəruri məsuliyyətlərindəndir. Ancaq bir şərtlə ki, ifrat həddinə çatmasın...


İmam Sadiqin (ə) hədisi: Pisliklərin qarşısında qərar tutan yaxşılıqlar ordusu hansılardır?!


İmam Sadiq (ə) öz nurani hədisində bizə həm yaxşılıqların və həm də pisliklərin ordusunu tanıtmışdır ki, onlarla tanış olaq: Yaxşılıq ağlın vəziridir – pislik cəhalətin vəziridir. İman – küfr. Təsdiq – inkar. Ümidvarlıq – naümidlik. Ədalət – zülm. Razılıq – küsmək və qəzəblənmək. Təşəkkür etmək – naşükürlük etmək. İlahi rəhmətə göz dikmək – rəhmətindən ümidsiz olmaq. Allaha təvəkkül və etimad etmək – hərislik etmək. Yumşaq qəlb – sərtləşmiş qəlb. Mehribanlıq – kinlilik. Bilik və dərk – nadanlıq. Şüur – axmaqlıq. İffət – rüsvaylıq. Təqva – dünyapərəstlik. Xoşüzlü olmaq – pis rəftar etmək. Təvazökarlıq – lovğalıq. Aramlıq – tələsmək. Aqil olmaq – ağılsızlıq. Sükut – çox danışmaq. Haqqa təslim olmaq – şübhələrdə olmaq. Səbir – taqətsizlik. Güzəştli olmaq – intiqam almaq. Ehtiyacsızlıq – ehtiyaclılıq. Yadda saxlamaq – unutmaq. Mehribanlıq – inzivaya çəkilmək...


Mömin şəxs imanının dərəcəsini hansı üç əxlaqi rəftara diqqət etməlidir?!


Əgər mömin olub-olmadığınızı bilmək istəyirsinizsə, gərək İmam Rzanın (ə) buyurduğu meyarlardan keçəsiniz. Belə ki, əziz İmam (ə) buyurur: “Mömində bu üç sifət olmayınca, mömin olmaz: 1. Allahından olan sünnət. 2. Peyğəmbərindən (s) olan sünnət. 3. İmamından (ə) olan sünnət.
- Allahın sünnət yolu – sirr saxlamaqdır. - Peyğəmbərinin (s) sünnət yolu – insanlarla mülayim olmaqdır. - İmamımın (ə) sünnət yolu – yoxsulluq zamanı səbirli olmaqdır”.
Beləliklə deyə bilərik ki, həqiqi möminin ilk fəzilətli sifəti sirr saxlamasıdır. Siz necə sirr saxlaya bilirsinizmi?


Həzrəti Peyğəmbər (s) buyurub: Özünüzü bu 3 “qalxan”la qoruyun?!


... Quran buna işarə edərək buyurur: “İnsan səy etiyi (can atdığı) şeyə nail olar” (Nəcm-39) Allah rəsulunun (s) hədisi də bu mətləbə açıq şəkildə izah edir. Peyğəmbərimiz (s) buyurub: Malın zəkatı verilərsə, nə suda, nə də quruda o mala xətər gəlməz. Öz malınızı zəkatla qoruyun. Öz xəstəliklərinizi sədəqə ilə müalicə edin. Bəla qapılarını dualarınızla bağlayın.” (ən-Nəvadir-30) Quranın və hədislərin buyurduğu kimi, insan yalnız öz səyinin, öz əməlinin qarşılığını görər. İnsan nəticəni öz ə əməlləri ilə qazanar.


Hansı nəfslərlə mübarizə aparmalıyıq, hansılarla aparmamalıyıq?


İnsan iki tərəfdən vəsvəsə olar: şeytan (lən) və nəfsi istəkləri tərəfindən. Nəfsin növləri ilə tanış olaq:
1. Nəfsi-əmmarə. “Əmmarə” sözünün lüğətdəki mənası çoxlu əmr edən deməkdir. Bu nəfs insanı davamlı olaraq pisliklərə tərəf əmr edər. Onunla mübarizə aparmaq lazımdır.
“(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır»”. (“Yusif” 53).
2. Ləvvamə nəfsi. İnsan adətən pis bir iş görən zaman, nəfsi onu danlayar və peşman olmasına səbəb olar. Bu nəfs – ləvvamə nəfsdir. Həmin nəfs insanı ən çox günahdan saxlayan nəfsdir. “And içirəm Qiyamət gününə. Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)”. (“Qiyamət” 1-2). Mübarizə aparmalı olmadığımız nəfslərdən ən əhəmiyyətlisi – bu nəfsdir...


İslam maarifinə əsasən Sizin eybinizi tutanla necə rəftar etmək?


İnsanın başqalarının eybini tutması dinimiz tərəfindən bəyənilmir. Ancaq əmr-be-məruf və nəhy-əz-munkər edən zaman onun şərtlərinə uyğun olaraq, eyib tuta bilər.
Həmçinin insanın başqalarının onun eybini tutmasına görə, həmin insanın eybini aşkar etməsi bəyənilmir. Belə ki, Peyğəmbər (s) buyurur: “Əgər qardaşın sənin eybini tutsa və səndə görən şeyə görə səni tənqid etsə, sən onda gördüyün şeyə görə onu məzəmmət etmə. Bu halda (yəni. əgər məzəmmət etməsən) sən günahsız və o, günahkar olar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə səhra ərəbinə buyurur: “Əməlinin vəbalı – onun, savabı isə sənin üçündür”. İmam Baqir (ə) buyurur: “Hər kim başqalarının abır və namusunu aradan aparmaq dalınca olmazsa, Allah Təala da Qiyamət günü onu əfv edər...



İslam alimi Seyyid Tavus oğluna hansı əməlin fəzilətinə diqqətli olmağı tapşırır?!


Seyid ibn Tavusun öz oğluna vəsiyyətindən-Cihad bölməsi: Bil ki, bütün dünya və hər bir şey onu xəlq edənin, ona vücud bağışlayanın mülküdür!
Ey əziz oğlum! Allah cəllə cəlaluh səni nəfsinlə cihada və Allahdan uzaqlaşdıran hər bir kəsə qarşı cihadla şərəfləndirsin. Üstəlik, sənə elə bir qüvvə versin ki, cihad sənin üçün asanlaşsın, Allaha yaxınlaşmaq üçün etdiyin əməllərdən həzz alasan.
Bil ki, əgər cihad ona itaət etməli olduğun bir kəsin hüzurunda sənə vacib olsa, o (Allahın salamı olsun ona) sənə kifayət edər və cihad vəzifələrini sənə öyrədər. Mən də Allahın cihad barədə mənə inayət etdiklərini sənin üçün yazıram və bu qədər mənim üçün bəsdir...


Uca Allaha hüsni-zənn etmək necə olur?


... “Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır”. (“Bəqərə” 218). “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (Əhzab/21). \"(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir”. (“İsra” 57).
Hz Peyğəmbər (s) buyurur: “Pak və ali məqamlı Allah buyurur: “Mənim üçün əməl edənlər öz əməllərinə etimad etməsinlər ki, onu Mənim savabıma çatmaq üçün yerinə yetirərlər. Ancaq o zaman ki, Mənim rəhmətimə ümid bəsləyərlər və fəzlimə görə ümidvar olarlar, Mənə qarşı hüsni-zənnə malik olarlar, o zaman Mənim rəhmətim həmin anda onları idrak edər və Mənim ətam onları Mənim rizvanıma çatdırar, Mənim əfvim onları əhatə edər. Bu səbəbdən də Mən həqiqətən bağışlayan Allaham və bu adla adlandırılmışam”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter