DİL – SUSMAQ VƏ DANIŞMAQ HAQDA MƏSUMLAR NƏ BUYURMUŞLAR?! 40 HƏDİS


İmam Sadiq (ə) sükut haqqında belə buyurmuşdur:
\"1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
3-Sükut Allahın razılığına səbəb olur.
4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.
7-Sükut nəfsin rahatlığı üçün vasitədir...


Hz Loğman (ə) oğluna dost haqqında hansı tapşırığı vermişdir?!


Loğman həkim oğluna etdiyi nəsihətlərin birində buyurur: Tanımadığın şəxslə çox ünsiyyətdə olma, yoxsa aranızda bir gün ayrılıq hökm sürər. Onlardan çox uzaqda olma ki, bir gün səni xəcalətli edərlər. Qurd ilə qoyunun dostluğu baş tutmadığı kimi xeyirxah insanla nadan və cahil insanların da arasında dostluq baş tutmaz. İnsan bir şəxslə tanış olduqdan sonra onunla günbəgün sıx əlaqə yaratmaq istər. Dostluq etmək istədiyin zaman ondan özünə lazım olan şeyləri öyrən və çatışmamazlıqlarını tezliklə aradan qaldırmağa çalış. Unutma ki, camaatla pis davranan şəxslər onlardan xoş söz eşitməzlər. Əxlaqı pis olan şəxslərlə ünsiyyətdə olma. Danışdığın hər bir sözə fikir ver, yoxsa kiçicik bir səhv üzündən daim peşmançılıq çəkərsən...


İmam Sadiq (ə) səhabəsi Məla ibni Xənisə: Mömin dini qardaşına nisbətdə hansı məsuliyyətləri danışıyır?!


Məla ibni Xənis adlı bir şəxs İmam Sadiq (ə)-dan soruşur: Möminlərin bir-birlərinə qarşı öhdələrinə düşən vəzifə nədən ibarətdir?
İmam Sadiq (ə) cavab verir: Onların üzərinə yeddi mühüm məsuliyyət düşür, amma qorxuram bunları sənə bəyan etdikdən sonra yerinə yetirə bilmədiyin şeyləri onlara da rəva bilməyəsən.
Birinci odur ki, özün arzuladığın şeyi onlar üçün də arzu edəsən və özünə rəva bilmədiyin şeyləri onlara da rəva bilməyəsən.
İkinci odur ki, onların narahatlığına səbəb olan işlər görməyəsən və onları razı salmaq üçün dedikləri hər bir şeyə itaət edəsən.
Üçüncü odur ki, dinin, malın və əməlin ilə onlara köməklik edəsən.
Dördüncü onların sənə verdikləri tövsiyələrə qulaq asasan və yeri düşdükdə sən də onlara dəyərli məsləhətlər verəsən...


İSLAMIN ƏXLAQİ GÖSTƏRİŞLƏRİNDƏ 13 ƏDƏB QAYDALAR...


1. Səhər tezdən durmaq, əl-üzünü yumaq, dəstəmaz alıb namaz qılmaq, ata-ananın ruhuna salavat vermək lazımdır.
2. Alt paltarda ailə içərisində görünmək olmaz
3. Yeməyi «bismillah» ilə başlayıb «əlhəmdulillah» ilə bitirmək, süfrə duası vermək lazımdır
4. Evdən sol ayaqla «bismillah» deyərək çıxmalısan
5. Evə və məscidə sağ ayaqla girməlisən
6. Məsciddə, qəbristanda və yas məclisində dünya söhbəti etmə...


Əməlin Allah üçün olub-olmamasını bilmək üçün asan necə test etmək olar?!


Murtəza Nəcəfi deyir: “Mən o zaman ki, Nəcəfdə Məsnəvini şərh etməyə başlamışdım, mərifət əhlindən biri mənə buyurdu: “Filankəs, əgər yazdığın bu şey bir gün başqa birinin adı ilə nəşr olunarsa, ya misal üçün desələr ki, filan dağın arxasından tapılmışdır və kimin tərəfindən yazıldığı məlum deyildir – daxilində narazı olarsanmı?
Əgər görsən ki, narazısan – o zaman bu vərəqləri yu və kənara at. Zəhmətin yersiz olmuşdur.
Ancaq görsən ki, sənin üçün fərqi yoxdur və səni narahat etmir – deməli bu işi Allah üçün etmisən”.
Mən də o gündən niyyət etdim ki, bu işi Allah üçün görürəm və əgər başqasının adı ilə nəşr edilərsə, məni narahat etməyəcəkdir”...


Nəfslə mübarizə aparmağın 6 mərhələsi hansılardır?!


Əxlaq alimləri və Məsumlarımız (ə) nəfslə mübarizə aparmağın mərhələlərini zikr etmişdilər. Bu mərhələlər ibarətdir: yəqzə, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə.
Yəqzə, yəni ayılmaqdır. Qəflətdən xaric olmaqdır. Özünü unutmaqdan xaric olmaqdır. Necə ki, xəstə öz xəstəliyinə diqqət etməz, müalicə ardınca olmayacaqdır. Bu fərqlə ki, cismi xəstəliklər adətən ağrı ilə bir yerdə olur. Bədən həssaslıq göstərir və insan müalicə ardınca düşür. Ancaq nəfsin xəstəlikləri aşkar deyildir. Adətən hətta ləzzətlə bir yerdə olur. Ona görə də onu aşkar etmək daha çətindir. İnsan maddi dünyaya qərq olduğu üçün onun müalicəsi barəsində düşünməz. Qurani-Kərim bu haqda buyurur: “Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar)”. (“İnsan” 27).
İmam Əlinin (ə) mübarək nəzərinə görə, qəflət – ən ziyankar düşmən, bir növ xəstəlik, qəlbin kor olmaq amili, qəlbin ölmə səbəbidir. Ona görə də İlahi peyğəmbərlər (ə) gəlib qəflət pərdəsini kənara çəkməyə çalışmışdılar. İnsana Allahı tanıtmış və haqq yolunu göstərmişdilər.


İslamda zarafat etməyə necə baxılır?!


1. Zarafatlarda İslam dininə tənə gətirən, lağ edilən ton olmamalıdır.
Bilmək lazımdır ki, İslam dininin hər hansı atributunu zarafat, lağ hədəfi etmək müsəlmanı İslamdan çıxarır:
(«Ya Rəsulum!) Onlardan soruşsan: \"Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: \"Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!”
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. (Quran, Tövbə, 65-66)
Allaha, Onun kəlamlarına, nişanələrinə, peyğəmbərlərinə lağ etmək, bunları zarafat hədəfinə çevirmək müsəlmanı tövbə etmədiyi təqdirdə kafir edir.
2. Zarafatda yalan olmamalıdır.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!»...


Hz Əli (ə) hər səhər hansı beş məsələyə diqqət yetirməyi tövsiyə edir?!


İmаm Әli (ә) buyurmuşdur: \"Tоvrаtın ахırıncı hissәsindә bеş buyuruq vаrdır ki, mәn hәr sәhәr оnu охumаğı sеvirәm: Әmәlsiz аlim şеytаn kimi, zаlım sоltаn Firоn kimi, tаmаhkаr fәqir vаrlının qаrşısındа bаş әyәn it kimi, istifаdә еdilmәyәn sәrvәt kәrpic kimi vә zәruri vә еhtiyаc оlmаyаn hаllаrdа еvdәn çıхаn qаdın kәniz kimidir.”
Ustаdlаrdаn birinә dеdilәr: Siz niyә әхlаq dәrsi dеmirsinin? Dеdi: Qurаnın iki аyәsi mәni bu işdәn uzаqlаşdırıb: \"Siz nеcә insаnlаrı yахşı işlәrә әmr еdirsiniz ki, özünüzü unudursunuz? Hаlbuki siz Аllаhın kitаbını охuyursunuz...


İmam Səccadın (ə) hədisinə əsasən ən yaxşı və pis insan kimdir?!


Әn pis vә әn yахşı insаn: İmаm Sәccаd (ә) buyurub:
Аllаh Dаnyаl pеyğәmbәrә vәhy еtdi: \"Mәnim yаnımdа әn pis vә düşmәn insаn аlimlәrә zillәt gözü ilә bахаn vә оnа tаbе оlmаyаn cаhildir. Әn yахşı insаn hәmişә аlimlәrlә оlаn vә оnlаrı ülgü qәrаr vеrәn аdаmdır.”
Аlimlәrә еhtirаm hаqdа hәdislәrdә dеyilәn çохlu buyuruqlаrın kәnаrındа bir о qәdәr dә әmәlsiz аlimlәrin mәzәmmәti bаrәdә göstәrişlәr vаrdır. Әlbәttә, burаdа dеyilәnlәr yаlnız dini tәhsili оlаn ruhаnilәrә аid dеyil, ümumiyyәtlә, şәri vәzifә vә göstәrişlәrdәn хәbәri оlаn hәr bir müsәlmаnа аiddir.


Mömin şəxs hansı məsələyə diqqət etməklə izzət və hörmətini qoruya bilər?!


İzzət - insanlardan ehtiyacsız olmaqladır!
Həzrət Peyğəmbər (s) buyurur: \"Ehtiyacsızlıq sərvətin çox olmasilə deyildir. Ehtiyacsızlıq - ancaq ehtiyacsız ruhiyyədədir”.
İmam Əli (ə) buyurur: \"Öz qəlbində insanlara ehtiyac ilə ehtiyacsızlığı bir yerə topla. Sənin onlara ehtiyacın mülayim danışmağında və xoş üzlü olmağındadır. Sənin onlardan ehtiyacsız olmağın isə abrını pak saxlamaqda və izzəti hifz etməkdədir”.
İmam Sadiq (ə) buyurur: \"Möminin şərafəti - gecə oyaq qalmaqda və izzəti insanlardan ehtiyacsız olmaqdadır”.
İmam Səccad (ə) buyurur: \"Bütün xeyir və yaxşılığı insanların əlində olana tamah etməkdən çəkinməkdə gördüm, hər kim insanlara heç bir ümid bəsləməz və işini Allaha tapşırarsa, Allah Təala onu yerinə yetirər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter