Nəfslə cihadın axirət savabından əlavə, dünya üçün də təsiri vardırmı?


Ayətullah əl-üzma Şübeyr Zəncani zəncanlı alimlərdən birinin ixlası barədə belə bir əhvalat danışır: Şeyx Bəhauddin Məhdəvi Zəncanın Hidəc şəhərinin çox fəzilətli və yüksək kamallara malik alimlərindən idi. Ömrünün son vaxtlarında Quma gəldi və Qumda vəfat etdi. O deyirdi: Mən əmmamə qoymaq üçün Hidəcdən Zəncana getdim. Rza şah Pəhləvinin dövrü idi. Onun zamanında əmmamə qoymaq qadağan idi. Bir sıra şərtlərlə, istisna olaraq bəzi ruhanilərə əmmamə qoymağa icazə verirdilər. Əmmamə qoymağa icazə almaq üçün Naibus-Sədrin evinə getdim. Naibus-Sədr Zəncanın tanınmış alimlərindən idi. O zaman şəhərlərdə qonaq evləri olmadığından müsafirlər ya karvansaraya, ya da böyük şəxsiyyətlərin evinə gedirdilər. Naibus-Sədrin də evi belə idi. Siyasi şəxsiyyətlər və böyük alimlər onun mənzilinə gedirdilər. Ordu komandiri Naibus-Sədrin evinə gəlmişdi. Əmmamə üçün icazə verən idarələrin (ədliyyə, ya polis) birinin rəisi də ordu komandirini görmək üçün Naibus-Sədrin evinə gəlmişdi. O məclisdə zövcələrin sayı barədə söhbət ortaya gəldi. Dedilər: - Filankəs çoxarvadlılıq barədə kitab yazıb, başqa bir kəs onun kitabını tənqid edib...


İnsan hansı 7 xüsusiyyəti aradan aparsa, Allaha yaxınlaşar?!


Əgər Allaha yaxınlaşmağa mane olan amilləri tanımaq istəyiriksə, bizə bu yolda Quran yolgöstərən ola bilər. Qurani-Kərim Allaha yaxın olmağın yollarını bəyan etdiyi kimi, onun maneələrini də bizə tanıtmışdır.Bu amillər ilə tanış olaq.
1. Quran ayələrindən üz çevirib, onları inkar etmək. “Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ”. (“Ali-İmran” 21).
2. Şeytanın (lən) davamçısı olmaq. “Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər”. (“Bəqərə” 14)...


Qibtənin, həsədin və həsrətin -əxlaqi xasiyyətlərin fərqi nədədir?


Qibtənin lüğətdəki mənası sevinmək deməkdir. O zaman ki, insan özündən üstün sifətlərə malik olan birini görər, səy göstərər ki, onun kimi olsun. Bu amil onun kamala
doğru hərəkət etməsinə təkan verər.Ancaq həmin şəxsi məhv etmək heç bir zaman onun niyyətində olmaz. Qibtə fəzilət sifətlərindən hesab olunur və möminlərə xas sifətlərdəndir. Möminlər bir-birinə qibtə apararlar, ancaq həsəd etməzlər. Bəs həsəd nədir? Həsədin lüğətdəki mənası özünü xar görməkdir. Ona görə çalışar ki, nemətə sahib olan başqa biri həmin nemətdən məhrum olsun və o da özünü xar hesab etsin. Beləliklə məlum olur ki, qibtə nədir, həsəd nədir? Qibtə insanı kamala doğru hərəkət etdirər, həsəd isə əksinə – insanın inkişafdan dayanmasına və o cümlədən, aşağı səviyyəyə süqut etməsinə gətirib çıxardar...


Yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər, kimdi ki, varlılar kimi hesaba çəkilər?!


Hərislik o rəzil sifətlərdəndir ki, həm insanın özünə və həm də ətrafında olanlara çoxlu ziyanlar vurar. Bu ziyanlar ilə tanış olaq:
1. Hərislik, insanı əbədi əzaba düçar edər.
2. Həris insan heç bir zaman doymaz, hətta bütün dünyanın malik olsa belə. Yenə də özünü yoxsul hesab edər.
3. Həris insan yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər. Ancaq Qiyamət günü zənginlər kimi hesaba çəkilər.
4. Hərislik, insanı həlak edər. Çünki həris insan dünyaya bağlandığı üçün ətrafında olan təhlükələri görməz. Tələsərək, irəli doğru hərəkət edər.
5. Hərislik insan abrını aradan aparar. Çünki həris insan boynundan zəncir asılmış əsir kimidir. O tərəfə və bu tərəfə çəkilər...


Quran məntiqində ailə qurmağın əsas məqsədi nədən ibarətdir?!


Quran məntiqində ailə qurmağın əsas məqsədi ruhi təskinlik və... Ər-arvad arasında sevgi
\"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun nişanələrindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.\" (Rum, 21).
İzah: Bir çox Quran ayəsi möminləri ailə qurmağa rəğbətləndirir. Bəzi dinlərdən fərqli olaraq, İslama görə evlilik Allaha yaxınlaşma, Şeytandan və nəfsani ehtiraslardan uzaqlaşma amilidir. Allah-Taala ailə qurmağı aramlıq və mehribanlıq səbəbi, ər-arvad arasında sevgi və ülfəti isə öz lütf və qüdrətinin nişanəsi hesab etmişdir...


Az danışmağın dəyəri haqda hikmətli kəlamlardan nə buyurulmuşdur?!


Az danışmağın insana xeyirləri haqda hikmət dolu kəlamlar:
“1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
3-Sükut Allahın razılığına səbəb olur.
4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir...


İxbatın mənası və əhlinin 4 xüsusiyyəti hansılardır?!


İxbat sözü üç mənanı əhatə edir: təvazökarlıq, vüqar və xuşu. Əgər bu üç məna bir yerdə cəm olarsa, ixbat mənasını verər. --(“Həcc” 34-35).
Bu ayədə muxbitinlər təvazökar və xalis bəndələr kimi tanıdılmışdır. Əgər kimsə müuxbitdirsə onda bu dörd sifət mütləq olmalıdır.
1. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal”
2). Yəni, Allahın adı çəkilən zaman eşidərlər. Yəni, Allahın adını eşidən zaman qəlblərində xüsusi bir hal meydana gələr ki, xuşu ilə birlikdə olar.
2. İlahi əzəməti dərk etmək halı. Əvvəl iman qəlbə daxil olar və ondan sonra Allahın adı çəkilən kimi onu eşidər. Əgər Allahın adını yanımızda çəkən zaman onu eşitmiriksə, deməli imanımız kifayət qədər deyildir. Əgər qəlbdə kifayət qədər iman olarsa, Allahın əzəmətini dərk edər...


İslam maarifinin tapşırıqlarına əsasən Nə edək ki, insanların sevimlisi olaq?


İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır. Bəs nə edək ki, başqaları tərəfindən sevilək?
1. Gülər üz. İmam Əli (ə) buyurur: “Sənin gülər üzün – ilk yaxşılığındır və sənin nəcibliyinə dəlalət edir”. İmam Əli (ə) buyurur: “Gülər üz düşmənçilik atəşini söndürər”.
2. İnsaflı olmaq. İnsana başqalarının məhəbbətini qazandıra bilən əməllərdən biri də insaflı olmaqdır. İmam Əli (ə) buyurur:“Hər kim insanlarla insafla rəftar edərsə, Allah onun izzətini artırar”.
3. İnsanlara “xoş gəlmisən” demək. İmam Əli (ə) buyurur: “Gülər üz, bəxşiş, yaxşılıq və “xoş gəlmisən” demək insanların dostluğuna səbəb olar”...


Allah-Taala (c.c)hansı 3 dəstə insanı həqiqi ziyankar hesab edir?!


Qurani-Kərim bu haqda buyurur: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).
1. İlahi əhd hər bir insan üçün fərqlidir. Peyğəmbərlər (ə), vəsilər (ə) üçün bir növdür, başqa insanlar üçün bir növdür. Kitab əhlinin boynunda olan əhd isə daha ağırdır.
2. Allah Təbarəkə və Təala istəyir ki, cəmiyyətdə həmişə əmin-amanlıq və hüzur olsun. Ona görə də sileyi-rəhmə həmişə təşviq etmiş və onun savablarını bəyan etmişdir: ömrü uzadar, ruzini artırar, yoxsulluğu uzaqlaşdırar...
3. Bu dəstə insanlar fasiq insanlardır ki, yer üzündə ancaq fəsad törətmək istəyirlər. Quran onların bu əməllərini xusran hesab edir və onları ziyankar adlandırır.


Hidayət istəyənə Əllamə Təbatəbai hansı qısa və dəyərli nəsihət etmişdir?!


Doğru yol istəyən şagirdlərinə mərhum Əllamə Təbətəbaidən qısa və mühüm nəsihət. – Mərhum Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İslamin böyük filosof və təfsir alimlərindəndir. O, həmçinin arif, böyük mənəviyyata sahib bir şəxs idi.
Bir çox dəyərli əsərin, o cümlədən “Təfsir-Mizan”ın sahibi olan mərhum Əllamə yazdığı əsərlərlə bərabər, verdiyi dəyərli həsihət və hikmətli kəlimələrlə də insanların qəlbini fəth edib. O böyük insandan nəql olunan xatirələrin birində qeyd olunur ki, Əllamə öz şagirdlərinə daim belə bir nəsihət edərdi: “Sübh yuxudan durandan nəzarət altında olduğunu bilən şəxs özünə nəzarət edə bilər...”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter