İslam əxlaqında Həsəd ilə qibtənin fərqi nədir?!


Həsəd – əxlaqi rəzil sifətdir ki, yaranmasının bir çox səbəbləri və amilləri vardır. Əvvəl baxaq görək, həsəd nədir?

Həsəd – xarlıq və özünü alçaq görməkdir ki, həsəd aparan özündə hiss edər. Onun ardınca arzu edər ki, başqaları malik olduqları nemətdən məhrum olsunlar. Həmin nemət ona çatsa da, çatmasa da.

Bəs həsəd ilə qibtənin fərqi nədədir?
Qibtə – elə bir ruhiyyədir ki, insan istəyir ki, başqalarının malik olduqları yaxşı sifətlərə o da malik olsun. Ancaq həmin şəxsin və onun malik olduqlarının məhv olmasını arzu etməz.
Bəs həsədin amilləri hansılardır?

1. Batini xəbislik. Bəzi insanların batini o qədər xəbisdir ki, başqalarını nemət içində görməyə taqətləri yoxdur.

2. Xarlıq hiss etmək. Özlərini xar və kiçik hesab edərlər. Başqalarının kamalını görməyə taqətləri olmaz.

3. Təkəbbür hissi. İstəyir ki, ancaq onu tərifləsinlər. Başqalarının onun yanında təriflənməsinə taqətləri olmaz.

4. Düşmənçilik ruhiyyəsi. Həsəd apardığı insanı öz düşməni bilər. Onun malik olduqlarını və yaxşı sifətlərini görməyə halı olmaz. (Beytutə)

Beləliklə, əgər həsəd aparan insan onun bu xəstəliyinin yaranma səbəblərini bilsə və onları tanısa, bu xəstəlikdən xilas ola bilər.
Əlbəttə ki, əgər sağalmaq istəyirsə. Əgər bu amilləri aradan qaldıra bilsə, həsəd hissi də aradan gedəcəkdir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter