Özümüzdən çıxmamaq üçün hansı yollar vardır?
Əsəblə və özündən çıxmağın qarşısını almaq üçün tövsiyə olunan yollar:
1-Nəfslə mübarizə, insanın istəkləri əsasında yaşaması onun ədalətdən və insaflıqdan uzaq qalmasına şərait yaradar.
2-Əsəbliliyi yaradan səbəblərlə mübarizə aparmaq, hər bir şey ki, insanın dözümünü çıxarır bilməlidir ki, əsəbin səbəbləri çirkinlik və zəillik nişanələridir.
3-Əsəbliliyin və özündən çıxmağın sonuclarına diqqət və fəsadlarını nəzərə almaq, yəni əsəbdən hansı ziyanlara çatacağını düşünən şəxs özündən tez çıxmaz.
4-Vəziyyətin dəyişdirilməsi, vücudunda durumunu və yerini dəyişməsinin lazım olması, yəni oturmuş halda əsəbləşibsə uzansın fikrini dağıtsın, və ya evində əsəblidirsə eşiyə çıxsın və sair hallarda öz həyatında yaratması tövsiyə olunur.
5-Tələsikliyin qarşısını almağa diqqətli olmaq, əsəbin əsas səbəbi budur ki, insan diqqət etmədən eşitdiyinə əməl edər, amma bir halda ki, mömin şəxs axtarar ki, yəqinə çataraq əməlini etsin.
6-Ölümü və qiyaməti yada salmaq, yəni ölüm və qiyamətdə hər bir şeyin hesabı olunacaq və əsəb də əzab gətirən əməl kimi tanıtdırılmışdır.
7-Allahı yada salmaq, yəni onun ALlah nəzarətində olması və ya onun zikrini demək, Zikr etmək insana rahatlıq gətirir, və eləcə də Allahın baxışını və nəzaərətini düşünməklə bilməldiir ki, hər nə etsə böyük Allah qarşısında olduğunu düşünsün.
Bu yollara diqqət edən şəxs əsəbdən və özündən çıxmağın qarşısını almağa müvəffəq olar.