İblisin qurduğu torda bizi hədələyən təhlükələr nələrdir?


Hər kim özünü tanımazsa, başqasını da tanıya bilməz. Çünki heç bir şey insana özündən yaxın deyildir. İnsan əgər özünü tanıyarsa, kamala çatar və nəfsini islah etməyə çalışar. Çünki o zaman ki, insan həqiqətini dərk edər, başa düşər ki, Xaliq onu yersiz yerə bu dünyaya göndərməmişdir. Bu zaman kamala çatmağa və nəfsini islah etməyə çalışar. (Tebyan)
Ancaq insanı bəzi təhlükələr gözləyir ki, onlardan agah olsa qarşısını ala bilər.

1. Allahpərəstlik yerinə havapərəstlik.
“Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü?”. (“Casiyə” 23).
O zaman ki, insan Allahın əmrini kənara qoyar və nəfsinin istəklərinin ardınca gedərsə, nəfsinin itaətini Allahın itaətindən üstün hesab etmiş olar. Həqiqətdə nəfsinə pərəstiş etmiş olar. Nəfs təhlükəli bütdür ki, bütün rəhmət qapılarını insanın üzünə bağlayar. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında səma altında heç bir zaman nəfsinə pərəstişdən daha mənfur məbud olmamışdır”.
Çünki bu məbud insanı daima pisliklərə tərəf sövq edər və çağırar.

2. Pislikləri bəzəyər.
“Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 104).
Əgər insanın batinində şiddətli təəssübleşlik, təkəbbür, özünü sevmək və havapərəstlik olarsa bu cür yanlış yollara gedə bilər. Əgər insanın batinində bunalr olmazsa, şeytan vəsvəsə etmək qüdrətinə malik oal bilməz. «Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa». (“Hicr” 42).

3. Allaha etiraz etmək.
Havapərəstlərin rəhbəri Allaha etiraz etdi və yolunu azanlardan oldu. “Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»”. (“Hicr” 33).

4. İnsanlıq məqamından süqut etmək.
“Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)”. (“Furqan” 44).

5. Haqqa arxa çevirmək.
“Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi”. (“Muminun” 71).

6. Qiyamətə inanmamaq.
“Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan”. (“Taha” 16).
İnsan Qiyaməti o zaman inkar edər ki, nəfsinin mütisi olar. Bu insan nəfsini məbudu hesab edər və ona pərəstiş edər. “(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti yoxdur)». Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər”. (“Casiyə” 24).

7. Pisliklərə əmr edər.
«Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır». (“Yusif” 53).
Əgər insan ağılın itaətindən çıxıb nəfsin itaətinə girərsə nəfsi onu ancaq psiliklərə tərəf əmr edər. Bu cür insan zəlil və xar olar. Belə bir insan insanlıqdan süqut edər və heyvanların səviyyəsinə düşər. Tək istəyi yemək və əylənmək olar. Bu da şeytanın ən çox istədiyi bir şeydir. Şeytan insanı bu hala salıb öz vəzifəsini ən yaxşı şəkildə yerinə yetirər və Allah yanında lovğalanar.
İnsan gərək insanlığına xəyanət etməsin, özünü tanıyıb dəyər versin. Bu dünyaya nə üçün gəldiyini bilib, şeytanın bu saydığımız tələlərindən uzaq olsun. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter