Əməlimizin qəbul olmasına mane olan 4 amil nələrdir?
Bütün ibadətlər insanı Allaha yaxlınlaşdırmalıdır. Amma bəzən ibadət insanın Allaha yaxınlaşmasına mane ola bilər. Bu, o zaman baş verir ki, insan əməlində bəzi şərtlərə əməl etmir. Bu ibadət də onu qürbə yaxınlaşdırmaq əvəzinə, əksinə, uzalaşdırar. Bu amilləri tanımağa çalışaq. (Tebyan)
1. İbadət etdiyi üçün günahlarını yaddan çıxartmaq.
Çox təəssüf ki, bu hal əksər insanlarda müşahidə olunur ki, ibadətə başlayandan sonra əvvəlki günahlarına qarşı diqqətsiz olur. Çünki onları bağışlanmış hesab edir. Halbuki, bu günahlarına görə də tövbə etməlidir. Onları etdiyi üçün qəlbində peşmançılıq hissi olmalıdır. Çox zaman bu peşmançılığı hiss edər, ancaq ibadətdən sonra özündə bir rahatlıq hiss edər. Halbuki, tövbə etməmişdir və bu hal çox təhlükəlidir. İbni Əbi Nəcran nəql edir ki, İmam Sadiqə (ə) dedim: “İnsan bəzi işləri görər, ancaq eyni halda qorxaq olar. Bu işdən sonra o, xeyir iş görər, lakin təkəbbür və lovğalıq nümayiş etdirər”. İmam (ə) buyurur: “Onun birinci halı ikinci halından daha yaxşıdır”.
Əziz İmam (ə) buyurmur ki, həmin şxəs ibadət etməsin, buyurur ki, ibadəti əvvəlki günahlarını unudaraq yerinə yetirilməməlidir. Bəziləri ibadəti ona görə tərk edirlər ki, bu ibadətləri ilə lovğalanmasınlar. Bu baxış çox yanlışdır. İnsan gərək ibadəti tərk etməsin, gərək onun əngəllərini tərk etsin. Bəzən insan dərs oxuyan zaman və ya iş görən zaman çətinlik çəkdiyi üçün ibadəti tərk edər. Eyni halda çətinliklərlə mübarizə aparar və müvəffəq olmaq istəyər.
2. Əməlinə etimad etmək.
İnsan gərək yaxşı əməli özündən bilməsin. Bizim bütün yaxşı əməllərimiz bəndəliyimizi yerinə yetirmək istəməyimizə görədir. Heç kəs yaxşı əməl yerinə yetirərək, Allahın üzərinə haqq qoymaz. Allah hər nə qədər savab verirsə, Onun öz lütf və fəzlinə görədir.
Həzrət Peyğəmbər (s) buyurur ki, Allah deyir: “Əməli yerinə yetirənlər əməllərinə etimad etməsinlər. Öz əməllərinə aldanmasınlar. Əgər onlar ömürlərinin hamısını Mənim ibadətim yolunda qoysalar, yenə də ibadətdə qüsurlu olacaqlar. İbadətin haqqını əda etməyəcəklər. Onlar gərək Mənim rəhmətimə ümidvar olsunlar. Mənim fəzl və inayətimə sevinsinlər və Mənə hüsnü-zənn edərək əminlik əldə etsinlər. Bu zaman Mənim rəhmətim onları əhatə edər”.
3. Əməlin xalis olmaması.
Riya - əməli aradan aparan amillərdəndir. Ancaq bunu qeyd etmək lazımdır ki, riyanı tərk etmək - əməlin xalis olması demək deyildir. Çünki əməlin ixlaslı olması üçün möhkəm iradə və pak niyyət lazımdır. İnsanın əməli ancaq riya üçün yerinə yetirməməsi kifayət deyildir. İmam Əli (ə) buyurur: “Allah dərgahında sənin heç bir əməlin qəbul olmaz, əgər onu ixlasla yerinə yetirməmiş olasan”.
4. Günahları tərk etməmək.
Əməlin Allah Təala tərəfindən qəbul olması üçün insan gərək günahları tərk edib, onlardan uzaq olsun. Hər kim günahlarına görə peşman olar və xeyir iş görərsə, bu zaman Allah tərəfindən qəbul olar. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27). Bu ayədə adı çəkilən təqvalı insan həm də tövbə edəndir.
Allah Təala bizlərin imanını kamil etsin. Deyerler.org