Ailə quruluşunu pozan və ixtilaf yaradan amillər nələrdir?
Ailə mühiti müqəddəs bir quruluşdur onu qorumaqda həm qadın və həm də kişilər çalışmalıdırlar. Ailə mühitinin istiliyini qorumaq üçün onu məhv edən amillər tanımaq lazımdır ki, onlar ailə mühitinə zərbə vura bilməsinlər. İslam maarifinə nəzərə saldıqda görürük ki, ailə mühitində çəkişmə yaradan amillər ibarətdir:
1-Qəflət etmək, yoldaşı nəzərə almamaq, onu evdə əhəmiyyətsiz bir şey kimi nəzərə almaq, onun tüğyanını irəil gətirər.
2-İki ailənin fərqli və ziddiyyətli mədəniyyətə malik olmaları, bu məsələ əsasən elənməzdən öncə nəzərə alınmalıdır. Yəni fərqli ailələr baxışlarının fərq etməsinə görə ixtilaf yaradan amillərdir, Amma buna diqqət yetirmək lazımdır ki, evlənəndən sonra bu məsələ ilə üzləşilsə onda gərək həyat yoldaşının mədəniyyətini öz mədəniyyəti ilə uyğunlaşdırsın. Misal üçün dindar oğlan qızla evlənir amma onun dindən heç bir anlayışı yoxdur oğlana vacibdir ki, düzgün yolla onu hidayət etməyə çalışsın.
3-Nəsil və ailəsinn məqamına fəxr etmək, bir növ ki, yoldaşını təhqir etmək məqsədi ilə. bir növ təkəbbürlülükdür ki, özünün həqiqi dəyərini aradan aparır.
4-Həyat yoldaşının həssas olduğu məsələlərə na diqqətsizlik, hansı şeyləri sevmir onu onun yanında etməsin və eləcə də istəklərindən heç birini etməkdə mütləq addım atmamaq.
5-Yoldaşının başqaları ilə müqayisə etmək ki, sən ondan aşağısan, başqalarının ütünlüklərini sadalamaq, bu səhv əməldir.
6-Ailənin sirrini cəmiyyətdə yaymaq. Ailə mühitinin ayıb və sirləri başqalarının yanında daşmaq mühüm prablem yaradan amildir, Yəni sirri açmaq etimadsızlığı ailə mühitində yaradan. Etimadsızlıq ailə mühitində ailənin isti qalmasına böyük mane olar.