İslamda qiblənin dəyişməsinin fəlsəfəsini yazın?


İslamda qiblənin dəyişməsinin fəlsəfəsini yazın? İslam tarixinin səhifələrinə baxdıqda görürük ki, müsəlmanların tarixində ən əsaslı hadisələrdən biri də qiblənin dəyişməsi oldu. Yəni İslamda namaz vacib olan zamandan müsəlmanlar ibadətlərini Beytul Müqəddəsə tərəf durar və Allaha bəndəlik edərdilər. İslam Peyğəmbəri (s) İlahi əmrə əsasən Məkkədən Mədinəyə hicrət etdikdən sonra, bir neçə ay sonra Allah-Taala Peyğəmbərə (s) əmr etdi ki, gunorta namazının ikinci rəkətində namazının istiqamətini Məkkəyə \"Kəbəyə\" çevirsin. Amma gələk sualımızın cavabına ki? niyə müsəlmanlar bir müddət Beytul Müqəddəsə tərəf ibadətlərini edir və sonra üzlərini Məkkə məscidinə çevirirlər?!
İslam tarixində bu hadisənin baş verməsinə bir neçə səbəb və fəlsəfə deyilmişdir ki, ibarətdirlər: 1-İslam ümmətinin imtahanı, 2- Müşrik və yəhudilərin xəttindən müsəlmanları ayrımaq üçün, 3-Daha üstün bir həqiqətin göstəricisi, 4-Torpaqların hansının üstün olmasını Allah təyin edir. 5-Yəhud dinindən üstün dinin gələ biləcəyi inancını sındırmaq üçün, 6-Ərəbləri İslam dinini qəbul etməyə həvəsləndirmək məqsədi ilə,


Həzrət Musa (ə) Kərbəla torpağına gəldikdə nə baş verdi?


Həzrət Musa (ə) Kərbəla torpağına gəldikdə nə baş verdi? Həzrət Musa (ə) canişi Yuşə ibn Nunla Kərbəla torpağında:
Bir gün Həzrət Musa (ə) Yuşə ibn Nunla səyahət edirdi. Həzrət Musa (ə) Kərbəla torpağında çatdıqda həzrətin ayaqqabısı çırıldı, qaytanı açıldı və ayağına bir tikən bataraq qanı o torpağa axdı. Üzünü Allaha tutub dedi: İlahi! Mən nə günah etmişəm ki, başıma bu iş gəldi?!
Ona Vəhy olundu ki, Bu yerdə Huseyin ibn Əli (ə) qətlə yetiriləcək və qanı nahaq yerə töküləcək. Bunun üçün sənin qanın bu torpaqda axdı. Ərz etdi: İlahi! Huseyin kimdir? Cavab gəldi: O Sonuncu Peyğəmbərin (s) qız nəvəsi və Əliyyi Murtəzanın (ə) oğludur.
Soruşdu onun qatili kimdir? Deyildi: Huseyin ibn Əlini (ə) şəhid edən şəxs dənizdəki balıqların, səhradakı vəhşi heyvanların və eləcə də havada olan bütün quşların lənətinin altında qalacaq şəxsdir. Həzrət Musa (ə) əlini qaldırdı və İmam Huseynin (ə) qatilinə lənət oxudu, Yuşə ibn Nun isə amin dedi. Sonra yollarına davam etdilər.
Mənbə: Bihar əl-Ənvar hədis kitabı, yazıçısı: Məhəmməd Baqir Məclisi, cild: 44, səh: 244, hədis: 41.


Tövbənin axirətdə görsənəcək parlaq nəticələri nələrdir?


Tövbənin axirətdə görsənəcək parlaq nəticələri nələrdir? İmam Sadiq (ə) buyurur: «Bəndə tövbə edəndə Allah-taala onu sevir, dünyada və axirət aləmində onun günahlarını bağışlayır, onun etdiyi günahları günahlarını yazan mələklərin yadından çıxarır. Onun bütün bədən üzvlərinə əmr verir ki, onun günahlarını gizlətsinlər və günah etdiyi yerlərə əmr verir ki, onun günahını gizli saxlasınlar». Sonra buyurdu: فَيَلْقَى اللهَ حِينَ يَلْقاهُ وَلَيْسَ شَـْيءٌ يَشْهَدُ عَلَيْهِ بِشَـْيء مِنَ الذُّنُوبِ «Deməli, tövbə edən şəxs elə bir halda Allahın görüşünə gedəcək ki, onun günahlarına şəhadət verən heç bir şey olmayacaq». Qabaqda qeyd etdiyimiz kimi, «Təhrim» surəsinin 8-ci ayəsində möminlərə xalis tövbə etmək əmr olunubdur. Bu barədə xalis tövbənin axirətdə görsənəcək 5 nəticə və səmərəsinə işarə olunub:
1. Günahların bağışlanması. 2. Allahın nemətləri ilə dolu olan behiştinə daxil olmaq. 3. Qiyamətdə rüsvay olmamaq. 4. Bu dünyada iman gətirib yaxşı işlər görməyin nuru qiyamət günü tövbə edən şəxslərin sorağına gəlib onlarla birlikdə hərəkət edir və behiştin yolunu onlara göstərir. 5. Onların tövbədən sonra Allaha diqqətləri çoxalır, Allahdan mənəviyyət nurunun vücudlarında çoxalmasını və günahlarının daha kamil şəkildə bağışlanmasını istərlər.


Allah-taala üç şeyi bütün insanlara vacib edib, onlar nələrdir?


Allah-taala üç şeyi bütün insanlara vacib edib, onlar nələrdir? İmam Baqir (ə) buyurur: Allah-taala üç şeyi bütün insanlara vacib edib:
1. İnsaflı olmaq. Yəni hər nəyi özünə bəyənirsən başqasına da bəyənəsən, özünə qarşı istəmədiyin şeyi başqasına rəva bilmiyəsən,
2. Mömin qardaşın yolunda fədakarlıq etmək. Əlindən gələndən artığını etməyə çalışmaq.
3. Həmişə Allahı yada salmaq. Əsasən Allahın vacibatlarını yerinə yetirməkdə və insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın,
İmam sonra bu ayəni oxudu: «Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». «Əraf», 201


İslamın müsəlman xalqın iqtisadiyyatının güclənməsi üçün tövsiyələri nələrdir?


İslamın müsəlman xalqın iqtisadiyyatının güclənməsi üçün tövsiyələri nələrdir? İslam iqtisadiyyatının bünövrəsini aşağıda qeyd olunan iki qanun təşkil edir; 1. İslam cəmiyyətində israfa yol verilməməlidir. 2. Müsəlmanlar yaşayan cəmiyyətdə yoxsul adam olmamalıdır. Bu iki qanun çox çətinlikləri həll edir! Lakin bu iki qanundan əlavə islam iqtisadiyyatında bəzi cüzi məsələlər də vardır ki, onların düzgün icrası bütün iqtisadi problemləri aradan qaldıracaqdır.
Nəticədə cəmiyyət yoxsulluqdan yaranan günahlardan saflaşacaqdır. Bu məsələlər aşağıdakılardır: 1. İslam dinində sərvət «əmanət» hesab olunur. 2. Təbiətdən istifadə etməkdə hamı bərabərdir. 3. Təkcə fiziki işin köməyi ilə deyil, həm də yüksək ixtisaslı kadrların güclü fəaliyyəti iqtisadi yoxsulluğu aradan qaldırar. 4. Xeyirxah iş görmək ibadət hesab olunur. 5. İslam dinində həm cəmiyyətin hüquqları qorunur, həm də fərdi hüquqlar, 6. İslamda hər hansı iş görmək müqəddəs məqsədlər üçündür. 7. İslam dinində qazanc dalınca getmək izzət dalınca getmək deməkdir. 8. Fəhlənin muzduna xəyanət etmək ən böyük günahlardan sayılır. 9. Bu dünya və onda olan var-dövlət insan üçün son məqsəd yox, haqqa qovuşmaq üçün vasitədir. 10. Müsəlman olan şəxs həm dünyasını, həm də axirətini təmin etməlidir. Amma dünya əsasən axirətyönlü olmalıdır. 11. Həm kişi, həm də qadın özlərinə münasib bir işdə işləməlidirlər.


Quran ayələrinə əsasən insana vacib olan həyanın növ və yeriləri haradır?


Quran ayələrinə əsasən insana vacib olan həyanın növ və yeriləri haradır? Ən böyük həya Allah qarşısında həya etməkdir (yəni xəlvətə düşəndə günahdan çəkinmək kamil həya hesaba gəlir). (Qərərul Hikəm, 5451 hədis). Quranda «həya» məfhumuna aid müxtəlif ayələr nazil olub, məsələn:
1. Dil həyası, «Ənam/108. “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər”. 2. Danışıq həyası, «Əhzab/32. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa qadınlar kimi deyilsiniz. ... Gözəl (təhrik və işvədən uzaq) danışın”. 3. Yol gedəndə həyalı olmaq, «Qəsəs/25. “O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: « (ey Musa) Atam bizim üçün ... 4. Qonaqlıqda həyalı olmaq, «Əhzab/53. “Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. ...” 5. Bir yerə baxanda həyalı olmaq, «Nur/30-31. “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar ...\" 6. İqtisadi məsələlərdə həyalı olmaq, «Bəqərə/273. “ ... Nadan (kasıb və şəxsiyyətli insanları) onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər ... ” 7. Camaatın evinə daxil olan zaman həyalı olmaq, «Nur/58-59\". “Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar ...


Peyəmbər (s) şərab alverində on dəstəni lənətləmişdir?!


Peyəmbər (s) şərab alverində on dəstəni lənətləmişdir?! İslam Peyğəmbəri şərab ilə əlaqədar 10 dəstəni lənətləmişdi. Bunlar aşağıdakılardır:
-1. Şərab düzəltmək məqsədilə üzüm əkən; -2. Şərab düzəltmək məqsədilə əkilən üzümü qoruyan; -3. Şərabı hazırlayan; -4. Şərab içən; -5. Başqalarına şərab verən; -6. Şərab daşıyan; -7. Şərab satan; -8. Şərab alan; -9. Şərab ticarəti ilə məşğul olan; -10. Şərab alverində dəllallıq edənlər.


İnsanın ixtiyarlı məxluq olmasına aid dəlillərimiz nədir?


İnsanın ixtiyarlı məxluq olmasına aid dəlillərimiz nədir?İNSANIN İXTİYARLI MƏXLUQ OLMASINA AİD DƏLİLLƏR:
1. Tərəddüd: Bir işi görmək istəyəndə tərəddüd edirik. yəni bu işi görüm, yoxsa görməyim. Bu, bizim ixtiyarlı olmağımıza dəlalət edir. 2. Peşman olmaq: Gördüyümüz bəzi işlərdən peşman oluruq. Deməli, bu işi etməyə də bilərik. 3. Ədəbləndirmək: Bir şəxsi ədəbləndirmək istəyirik. Bu onu göstərir ki, o şəxsdə də ədəblənmək qabiliyyəti və iradəsi mövcuddur. Deməli, o ixtiyar sahibi olan bir şəxsdir. 4. Tənqid: Bir-birimizin işlərimizi tənqid edirik. Deməli, biz insanlar tənqid olunmamaq üçün düzgün hərəkət edə bilərdik. Nəticə alırıq ki, müxtəlif bəhanələri, «biz məcburuq», «bizi Allah bu cür yaradıb», «dostlarım məni pis yola çəkdi» və bu cür üzrlər və yalançı pərdələrlə günah məs’uliyyətindən boyun qaçırmaq olmaz.


Səksən yəhudiyi hidayət edən Fatimeyi Zəhranın (s) paltarı oldu?!


Səksən yəhudiyi hidayət edən Fatimeyi Zəhranın (s) paltarı oldu?! İslamın ilkin çağlarında müsəlmanlar iqtisadi cəhətdən çətin günlər yaşayırdılar, eləcə də Həzrət Əli (ə) yaşayışı İslam ümmətinin vəziyyətindən ayrı deyildi. O həzrət də dolanışında çox çətinliklərlə üz-üzə qalırdı. Bir gün Həzrət Əli (ə) Mədinənin yəhudi sakini olan bir imkanlı şəxsin yanına gedib Fatimeyi Zəhranın (ə) paltarını girov qoyaraq bir miqdar arpa aldı. Həmin günün axşamı gəlib çatdı. Fatimeyi Zəhranın (ə) paltarını girov alan yəhudi evə gəldi və paltarı bir yerə qoyaraq üstünü örtdü. Yəhudi kişinin qadını gəlib gördü ki, paltarın üstünə atılan parça nur kimi parıldayır! Yəhudi tacir və xanımı tanış və yaxınlarından olan başqa yəhudiləri evlərinə çağırdılar ki, bu ilahi kəramətə baxsınlar. Yəhudilər İslam Peyğəmbərinin (s) qızının paltarının nur saçmasını görərək səksən nəfəri İslam dinini qəbul etdilər. kitab: Bihar,c-43, səh-30
Heç də təəccüb olunası hadisə deyil. Çünki Allah hidayət etmək istədiyi insanları müxətlif yollarla hidayət edər. Bu dastanda da Allah-Taala həm Fatimeyi Zəhranın (ə) məqamını göstərdi, həm də Yəhudinin saleh əməlinin qarşısında bir hidayət çırağı yandırdı.


Vəliyyi Fəqih, həzrət ayətullah Xamenei ağanın baxışında qadının tərəqqisi!


Vəliyyi Fəqih, həzrət ayətullah Xamenei ağanın baxışında qadının tərəqqisi! Qadının hərtərəfli tərəqqisi: Əgər biz ölkəmizdə qadınlara aid problemləri həll edə bilsək, bütün dünya qadınlarına böyük xidmət göstərmiş olarıq. Ola bilsin ki, bu xidməti bəziləri indi, bəziləri sonralar başa düşsünlər. Hər halda bir gün bunu dərk edəcəklər.
Siz ölkəmizin nümunəvi fəal qadınlarısınız. Siz İslamın qadına verdiyi dəyəri gözəl şəkildə nümayiş etdirirsiniz. Bəli, İslam İnqilabından əvvəl də İranda alimə qadınlar var idi. Amma mən demək istədiyim budur ki, keçmiş ilə müqayisədə hal-hazırda bu rəqəm olduqca yüksəkdir və tədqiqatçı, mütəxəssis, mütəfəkkir, yazıçı, şairə və rəssam qadınlarımız əvvəlki dövrə nisbətən qat-qat çoxdur, yəni o dövrdə ki, “qadın azadlığı”, “qadın hüququ” şüarı ilə aləmə car çəkirdilər, qadının hicabını əlindən alıb iffətsizliyə sövq etdirirdilər, qadın və kişi arasında pərdələri tamamilə qaldırırdılar, əxlaqsızlığı və iffətsizliyi gündən-günə daha çox təbliğ edir və hətta bəzən ustadlarını da ötüb keçirdilər – həmin o dövrdə siyasi, ictimai və mədəni sahələrdə fəaliyyət göstərən qadınların sayı bu qədər çox deyildi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter