İslamda qiblənin dəyişməsinin fəlsəfəsini yazın?


İslam tarixinin səhifələrinə baxdıqda görürük ki, müsəlmanların tarixində ən əsaslı hadisələrdən biri də qiblənin dəyişməsi oldu. Yəni İslamda namaz vacib olan zamandan müsəlmanlar ibadətlərini Beytul Müqəddəsə tərəf durar və Allaha bəndəlik edərdilər. İslam Peyğəmbəri (s) İlahi əmrə əsasən Məkkədən Mədinəyə hicrət etdikdən sonra, bir neçə ay sonra Allah-Taala Peyğəmbərə (s) əmr etdi ki, gunorta namazının ikinci rəkətində namazının istiqamətini Məkkəyə \"Kəbəyə\" çevirsin.
Amma gələk sualımızın cavabına ki? niyə müsəlmanlar bir müddət Beytul Müqəddəsə tərəf ibadətlərini edir və sonra üzlərini Məkkə məscidinə çevirirlər?!
İslam tarixində bu hadisənin baş verməsinə bir neçə səbəb və fəlsəfə deyilmişdir ki, ibarətdirlər:

1-İslam ümmətinin imtahanı, - yəni nə həddə Peyğəmbərin (s) əmrinə tabe olur və sualsız onun sözünü yerinə yetirməyə hazırdılar! Allah-Taala Bəqərə sur, 143 ayəsində bu haqda buyurur:
\"(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir\".
İman gətirənlərin bu hadisədə imtahan olunmaları belə baş verdi. İmam Həsən Əsgəri (ə) bu ayənin təfsirində bir səhabəsinin bu ayə haqda sualını cavablandıraraq buyurur:
“Allah Taala Məkkədə müsəlmanlara əmr etdi ki, Beytul Müqədddəsə üz tutaraq ibadət etsinlər. Çünki Məkkə əhli Beytul müqəddəsə tərəfə üz tutmaqdan xoşları gəlmirdi, və müsəlmanlar Mədinəyə gəldikdə isə Məkkəyə tərəf ibadət etmələri əmr olundu, çünki Müsəlmanlar Məkkə xalqı ilə düşmən idilər Allah istədi ki, əmr etsin lazım olan halda belə əmr olunsanız imanınızın nə həddə olması aşkar olar!

2- Müşrik və yəhudilərin xəttindən müsəlmanları ayrımaq üçün,
Nə qədər ki, müsəlmanlar Məkkədə idilər onların Məkkə müşrikləri ilə ayrı olduqları bilinsin deyə öncə Beytul Müqəddəsə tərəf durub ibadət etmələri əmr olundu, Mədinəyə hicrət etdikdə isə Yəhudilərdən ayrı oldquları bilinsin deyə Kəbbəyə üz çevirmələri əmr olundu. Yəni qiblənin hər iki yerdə fərqli istiqamətə olması müşrik və yəhudi inanclarından ayrı olmalarının göstərilməsi nəzərdə utulmuşdu.

3-Daha üstün bir həqiqətin göstəricisi,
İslam dini müsəlmanlara əmr etdi ki, qibləni dəyişsinlər. İslam bununla bəşərə bu dərsi verdi ki, ibadətdə həqiqət başqa bir şeydir o da budur ki, insanın ürəyi hər yerdə olan Allaha bağlanmalıdır. Yəni yersiz təəssübkeşlikdən əl çəkilməlidir.

4-Torpaqların hansının üstün olmasını Allah təyin edir.
Yəhudilər belə təsəvvür edirdilər ki, Beytul Muqəddəs Kəbədən üstündür. Ona görə də musəlmanlar yəhudilər kimi ibadətlərinin istiqamətini Kəbəyə deyil, Beytul Müqəddəs tutublar. Çünki deyirdilər çox sayda Peyğəmbərlərin vətəni hesab olunur. Amma Allah-Taala Həzrət Peyğəmbərə (s) qiblənin dəyişilməsinin əmrini verməklə sübut etdi ki, Allahdır torpaqlara dəyər verən, çünki hər yerin həqiqi sahibi və maliki odur. Onun hikmət və məsləhətidir haranı müqəddəs və üstün göstərsin.

5-Yəhud dinindən üstün dinin gələ biləcəyi inancını sındırmaq üçün, Yəhudilər müsəlmanlara deyirdilər ki, Yəhud dini İslamdan üstündür çünki bütün inanclı insanlar Beytul Müqəddəsə tərəf ibadət edir. Allah-Taala da Bəqərə surəsinin 144 ayəsində müsəlmanlara qiblənin dəyişilməsi əmrini verdi və bu əsassız sözləri kökündən məhv etdi.

6-Ərəbləri İslam dinini qəbul etməyə həvəsləndirmək, Kəbə tövhid qəhrəmanı olan İbrahim (ə) tərəfindən tikilmişdi və bütün ərəb qəbilələri tərəfindən müqəddəsliyi qəbul olunurdu. Qiblənin dəyişilməsi ərəblərin diqqətini cəlb etmək üçün mühüm bir çevriliş idi və onları İslam haqqında düşünməyə vadar edirdi. Islampedia.ir
Hazırladı: Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter