İmam Baqirin (ə) hədisində möminin Allahda olan haqqı (məqamı) nədir?


İmam Baqirin (ə) hədisində möminin Allahda olan haqqı (məqamı) nədir? İbad ibn Kəsir Bəsri deyir: Həzrət İmam Baqir (ə)-a dedim: Möminin Allahda olan haqqı nədir? Həzrət üzünü məndən çevirdi! İkinci dəfə soruşdum, yenə də üzünü çevirdi. üçüncü dəfə ki, sualımı təkrarladım buyurdu: Möminin Allahda olan haqqı budur ki, əgər bu ağaca desə gəl, gələr\".
İbad ibn Kəsir Bəsri deyir: Allaha and olsun ki, orda olan ağac hərəkət etdi ki, İmamın yanına gəlsin! Həzrət İmam Baqir (ə) ağaca işarə edərək buyurdu yerinə qayıt məqsədim sən deyildin! \"Kəşful Ğummə kitabı, cild- 2, səh: 354; əl-Xəraic vəl Cəraih kitabı, cild-1, səh: 272\".


Əbu Bəsir İmam Baqirdən (ə) nə üçün korlüğünün geri qayıtması dilədi?


Əbu Bəsir İmam Baqirdən (ə) nə üçün korlüğünün geri qayıtması dilədi? Əbu Bəsir (kor idi) deyir: İmam Baqirin (ə) ziyarətinə getdim. Dedim: Sizlər Allah Rəsulunun varislərisiniz! (yəni hər nə Peyğəmbər edərdi sizdə edə bilərsiniz?!) Buyurdu: bəli. Dedim: İslam Peyğəmbəri (s) bütün Peyğəmbərlərin (ə) varisidir, yəni hər nə onlar edirdilərsə bizim peyğəmbər də ona qadir idi? İmam buyurdu: Bəli. dedim: Siz də peyğəmbərlər kimi insan dirildə, lalı dilə gətirə və eləcə də koru görən edə bilərsiniz? Buyurdu: Bəli Allahın icazəsi ilə. (məlum oldu ki, Əbu Bəsirin bu sualından məqsədi öz korluğuna şəfa almaq idi). İmam Baqir (ə) buyurdu: Əba Bəsir yaxın gəl. Əbi Bəsir deyir: Elə ki yanına yaxınlaşdım mübarək əlini üzümə çəkdi, gözlərim nurlaşdı və günəşi, yeri və evləri görməyə başladım.
Sonra həzrət buyurdu: İstəyirsən ki, gözlərin görsün amma başqa müsəlmanlar kimi qiyamətdə sual olunasan yoxsa elə gözlərinin vəziyyəti keçmişə qayıtsın amma qiyamətdə hesab kitabsız behiştə daxil olasan?! Əbu Bəsir dedi: İstəyirəm öncəki vəziyyətimə qayıdım çünki Allahın hesab kitabına gücüm yoxdur. Əlini üzümə çəkdi gözlərim əvvəlki kimi görməməzlik vəziyyətinə qayıtdı. Bu dastanda ibarət alanlar üçün böyük bir dərs var: Yəni İlahi mərhəmətlər bəzi çətinliklərə dözməklə əldə olunur.


İmam Baqirin (ə) həyatına bir baxış.


İmam Baqirin (ə) həyatına bir baxış. İmam Baqir (ə) İmam Səccadın (ə) övladları arasında elm, dindarlıq və xoş rəftarda onu həddə uca kamalata çatmış şəxs müsəlmanlar arasında görsənmədi. Buna görə İslam ümməti tərəfindən layiqli bir rəhbər və hidayətçi qəbul olundu. İmam (ə) Mədinədə, hicri tarixi ilə 57 cil ildə Rəcəb ayının birində dünyaya göz açdı. Atası Səccad (ə) anası Fatimə İmam Həsən qızı (ə) idi. Həzrətin şəhadəti: Zilhiccə ayının yeddisi 114 hicri tarixində, ömrü 57 il, Dəfn yeri: Mədinə, Bəqi qəbristanlığı. İmamı zəhərləyən: İbrahim ibn Vəlid Əbi Sufyan ailəsindən. 19 il İmamət müddəti. İmamın adı Muhəmməd, Künyəsi Əu Cəfər və ləqəbi isə Baqirəl Ulum yəni elmləri yaran. İmam 3-4 il Babası İmam Huseynin (ə) dərk etdi hətta Kərbəlada belə oldu.
Peyğəmbərin (s) salamının İmama çatdırılma dastanı: İmam Sadiq (ə) atasından nəql edir: Cabir ibn Abdullah Ənsarinin (gözləri görməyən Peyğəmbər (s) səhabəsi) yanına getdim. Dedi: Kimsən? Dedim: Məhəmməd Əli oğlu. Dedi: Oğlum yanıma gəl. Dedi: Allahın Rəsulu sizə salam göndəriblər! Hadisə haqda soruşdum. Dedi: Bir gün Peyğəmbərin (s) yanına getdim. Həzrət (s) buyurdu: Ey Cabir! Güman ki sənin ömrün uzun ola və mənim övladlarımdan olan Məhəmməd Əli (ə) oğlunu gördün. Allah ona nur və hikmət vermişdir. Onu görsən mənim salamımı çatdır.


Uşaqlarımıza şükür etməyi necə öyrədək?


Uşaqlarımıza şükür etməyi necə öyrədək? Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək.
Uşaqları İlahi nemətlərə şükür etdirməyə adət etdirməyin müxtəlif yolları vardır. Bunlardan bəzisinə işarə edək: 1. Uşaqlarınıza başa salın ki, nəyə görə Allaha şükür edirsiniz. 2. Uşaqlarınızdan soruşun ki, hansı şeylərə görə Allahdan razıdır. 3. Nemətlərin adını çəkin. Namaz və dua edəndən sonra övladınızı yanınızda əyləşdirib, Allahın insana verdiyi hər bir nemətin adını çəkin. 4. Sadə yaşamağa çalışın. O zaman ki, uşağın həyatı sadə olar, şükür etməyi daha asan öyrənə bilər. 5. Kiçik şeylərə diqqət etməyi öyrədin. 6. Başqalarına təşəkkür etməyi öyrədin. 7. Uşaqlarınıza infaq etməyi öyrədin. 8. Uşağınızın yanında başqalarının yaxşı cəhətlərini söyləyin və onları tərifləyin. 9. Özünüz nümunə olun.


Ailəyə ziyan vuran amilləri tanıyaq!


Ailəyə ziyan vuran amilləri tanıyaq! Hədislər və Quran ayələrinə müraciət edərək, ailəyə ziyan vuran amilləri tanıyaq ki, onları aradan qaldırmaq bizim üçün asan olsun. Ailəyə dəyən ziyanları üç dəstəyə bölürlər: 1. Ümumi ziyanlar. 2. Kişiyə aid ziyanlar. 3. Qadına aid ziyanlar. Ümumi ziyanlar:
1. Ailə həyatına məcbur edilmək. 2. Ağır mehriyyə. 3. Dəyərsiz meyarlara görə evlənmək. 4. Ağıl büluğundan əvvəl evlənmək.


Əbədi rahatlığa çatmaq yolunda atılmalı olan 3 mühüm addım hansılardır?


Əbədi rahatlığa çatmaq yolunda atılmalı olan 3 mühüm addım hansılardır? Hər gün insan texnologiya sahəsində yeniliklərlə üzləşir və böyük addımlarla irəli gedir. Bu yeniliklər bir tərəfdən insanın işini asanlaşdırsa və yüngülləşdirsə də, digər tərəfdən nigarançılığı və stressi daha da artırır. Halbuki, insan rahatlıq və hüzur sevən bir varlıqdır. Bəs əbədi rahatlığı necə əldə etmək olar? (Tebyan) Əbədi rahatlığa çatmaq yolunda atılmalı olan 3 mühüm addım:
1. Vacibatlara əhəmiyət vermək, xüsusilə də namaza. Əgər insan gün ərzində sadəcə bir saatını namaz üçün ayırsa, ömrünü boş yerə keçirməmiş olar. - (“Ənkəbut” 64). 2. Danışığında yersiz sözlər olmasın. Heç kəsə faydası olmayan sözləri demək və eşitmək - yersiz əməldir. 3. Günahdan çəkinək. Gözümüz, qulağımız kontrol altında olsun. Necə ki, bəzən dünya üçün gözümüzü və qulağımızı, dilimizi kontrol edirik, axirətimiz üçün də belə edək.


Allah yanında xoşagəlməz əməllər hansılardır?


Allah yanında xoşagəlməz əməllər hansılardır? İki hədislə bu sualı cavablandırırıq:
1-Allah yanında ən mənfur əməlin nə olduğunu Məsumların (ə) dilindən eşidək. “Kafi” kitabında Abdullah ibni Muhəmməd İmam Sadiqdən (ə) nəql edir: “Xəsəm qəbiləsindən olan bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: “Allah yanında ən mənfur əməl hansıdır?” Həzrət (ə) buyurur: “Allaha şirk etmək”. Soruşdu: “Bəs ondan sonra nədir?” Buyurur: “Qohumluq əlaqəsini kəsmək”. Soruşur: “Bəs ondan sonra?” Buyurur: “Əmr be-mərufu və nəhy-əz-munkəri tərk etmək”.
2-Həzrət Peyğəmbər (s) də bu haqda buyurur: “Allah Təala yanında heç kəs cavan tövbə edəndən sevimli deyildir, heç kim daima günah işlədən qocadan mənfur deyildir. Yaxşılıqların içində heç bir yaxşılıq cümə gecəsi və ya cümə günü görülən yaxşılıqdan sevimli deyildir. Günahlar içində də heç bir günah Allah Təala yanında cümə gecəsi və ya cümə günü görülən günahdan mənfur deyildir”.


Bankdan faizden pul goturmegin hokmu nedir?


Bankdan faizden pul goturmegin hokmu nedir? Sual: Bankdan borc götürdükdə bank (borc alınan miqdardan) artıq alacağını şərt еtsə, bu hallarda mükəlləf bеlə borc almaqda şəriət hakimindən və ya onun vəkilindən icazə almalıdırmı? Zərurət və еhtiyac halı olmadıqda bеlə borc almaq caizdirmi?
Cavab: Borc almağın özündə (əslində), hətta hökumət banklarından olsa bеlə, şəriət hakiminin icazəsi şərt dеyil, vəzi hökm cəhətindən sələmli olsa bеlə, düzdür. Amma sələmli olduğu halda təklifi cəhətdən onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qеyri-müsəlmanlardan, istər İslam dövlətindən alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Amma harama mürtəkib olmağın caiz olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Haram borc şəriət hakiminin icazəsi ilə alınsa bеlə, halala çеvrilmir. Ümumiyyətlə bu məsələdə onun icazəsinin hеç bir rolu yoxdur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər. Sələmli olmadığı halda borc almağın caiz olması zərurət və еhtiyac halları ilə şərtlənmir.


Fatimə Zəhranın (s) buyurduğu gözəl kəlamlarından yazın?


Fatimə Zəhranın (s) buyurduğu gözəl kəlamlarından yazın? ABNA saytı: Beheşt cavanlarının, Həsən ilə Hüseynin (ə) Anası, Allah Təalanın məxluqatları üzərindəki höccətinin buyurduqları gözəl kəlamlarının 15 mərninin tərcüməsi:
1- Əhli Beytin (ə) məqam və mənziləti: Həzrət Zəhra (s): “Əzəmət və Nuruna xatir göylərdə və yerdə olanların hammısının vəsilə ilə ona yaxınlaşmaq istədikləri Allaha həmd və səna edin. Biz Onun yaratdıqları sırasındakı vəsilələrik.)” 2- Həzrət Zəhra (s) İmam Əlini (ə) tanıtdırır: “O, Rəbbani və İlahi rəhbərdir, Nurun təcəssümü və bütün mövcudların diqqət mərkəzidir, Pak (və şirkə aludə olmayan) nəslin övladıdır, Haqqı söyləyən hidayətçidir. O, İmamlığın və Liderliyin dairə mərkəzidir.” 3- İxlasla ibadət etməyin faydaları: Həzrət Zəhra (s) “Hər kəs Allaha xaliscəsinə ibadət edib, Allah xatirinə işlərini görərsə, Allah Təala ən layiqli məsləhət və bərəkətlərini ona əta edər.” 4- Həzrət Zəhra (s) Şiələri üçün etdiyi duaları: “İlahi! Ey Mövlam mənim! Özüvün seçdiyin Övliya və Şəxsiyyətlərə xatir, övladlarımın (Şəhadətimdən sonra) mənim ayrılığıma görə, dalımca ağlamaqlarına xatir Səndən mənim və (pak) övladlarımın günahkar Şiələrini bağışlamağıvı diləyirəm.” 5-Cənnətin ən üstün şəxsləri Şiələrdir: ...


Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti nələr idi?


Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti nələr idi? Hədislərə və tarixə nəzər salaraq, Həzrət Fatimənin (s.ə) evinin maddi və mənəvi xüsusiyyətlərinə nəzər sala bilərik:
1. Həzrət Peyğəmbər (s) tərəfindən bağışlanmışdı. 2. Tək ev idi ki, qapısı məcsidə bağlı deyildi. 3. Nurlu ev. Bu evin xüsusi nuru və cəlalı var idi. 4. Həzrət Peyğəmbərin (s) namaz qıldığı və ibadət etdiyi evdir. 5. Mələklərin gedib-gəldiyi məkandır. 6. Sadə və təmtəraqdan uzaq. Bu evdə dünya təmtəraqından əlamət yox idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter