Allah-taala üç şeyi bütün insanlara vacib edib, onlar nələrdir?


İmam Baqir (ə) buyurur: Allah-taala üç şeyi bütün insanlara vacib edib:

1. İnsaflı olmaq. Yəni hər nəyi özünə bəyənirsən başqasına da bəyənəsən, özünə qarşı istəmədiyin şeyi başqasına rəva bilmiyəsən,

2. Mömin qardaşın yolunda fədakarlıq etmək. Əlindən gələndən artığını etməyə çalışmaq.

3. Həmişə Allahı yada salmaq. Əsasən Allahın vacibatlarını yerinə yetirməkdə və günahlarla üzləşəndə təqvalı olmağa çaklışmaq.

Allahı yada salmaq budur ki, insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın».
İmam sonra bu ayəni oxudu:

اِنَّ الَّذِينَ اتَّقُوا اِذا مَسَّهُمْ طائِفٌ مِنَ الشَّيْطانِ تَذَكَّرُوا فَاِذا هُمْ مُبْصِرُون

«Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». («Əraf», 201)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter