Qızdırsa öldürməliyəm! SubhanAllah sən necə anasan?!


Qızdırsa öldürməliyəm! SubhanAllah sən necə anasan?! Bu USM aparatları çıxandan qatil anaların sayı artıb. Yenə cahiliyyə dövründə atalar aparıb öldürürdü qız uşaqlarını. İndi analar öldürür. Heç bir zəruri səbəb olmadan. Onların bəhanələrini saysaq hamısına Allah cavab verir. Ruzi darlığındanmı qorxursan? Birdən uşaq ac qalar? Yenə ac qalmağı sənin onu öldürməyindən yaxşıdı ki. \"Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, BÖYÜK GÜNAHDIR.\" (İsra/31)
Bu da açıq-aydın dəlil. Sən elə bilirsən uşaqların ruzisini sən təmin edirsən? Sənin öz ruzini də Allah verir? İşləyib qazanıram demə. Allah sənə verdiyi o sağlam bədəni, iş həvəsini, qabiliyyətini bir anda səndən almağa Qadirdir. \"Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların VERDİKLƏRİ QƏRAR NECƏ də PİSDİR!\" (Nəhl/58-59)


Bir nəcis paltar necə pak olur, açıqlayın?


Bir nəcis paltar necə pak olur, açıqlayın? Nəcis paltarın necə pak edilməsi:
Nəcis olan paltarın üstündə olan eyni nəcisi təmizləyəndən sonra kür və axar suyun içində yaxalandırılsa pak olar, sudan çıxardan sonra isə sıxmaq lazımdır. Qırantdan gələn su da kür hökmündədir. Amma əgər pak etdiyim suyun miqdarı kürdən az olarsa, bövldən başqa bir şeylə nəcis olan paltarın nəcisini aradan aparandan sonra bir dəfə yumaqla paltar pak olar. əgər nəcis olan paltar bövlə murdarlanıbsa onu iki dəfə qəlil su ilə yuyub sıxmaq lazımdır. - Əgər bövllə nəcis olan paltar südlə bəslənən uşağın nəcisi olsa, nəcis paltarı bir dəfə yumaq kifayət edər.
- Əlavələr: 1-Bulanıq yəni iysi, rəngi və dadı dəyişilmiş su ilə nəcislər pak olunmaz. 2-Paklamaq istənilən hər bir nəcisin su hər bir yerinə çatdırılmalıdır.


İslam maarifində tərsliyin çarəsi nədir?


İslam maarifində tərsliyin çarəsi nədir? Yaxşı olar ki, bir qədər də tərslik və inadkarlıq xasiyyətinin müalicəsi haqqında danışaq. Uyğun xəstəliyə düzgün müalicə təyin etmək üçün əvvəlcə təsəvvürümüzdə tərs və inadkar bir uşaq canlandıraq. Onunla necə rəftar edirsiniz? Əgər inadkarlıq göstərirsə, nə tədbir görərsiniz? Tutaq ki, bir uşaq xəstədir və orqanizmi üçün zərərli olan bir şey yemək istəyir. Ya da bu uşaq ona məsələhət görülməyən oyunlara qatılmaq üçün inadkarlıq göstərir. Əgər bu vaxt onunla baş-başa gəlsəniz, siz də inadkarlıq etmiş olarsınız. Belə bir münasibətin zərərini müəyyənləşdirmək çətindir. Amma ağıllı bir tədbir görmək istəsəniz, onun sevdiyi, maraqlandığı bir işi öz məqsədiniz üçün vasitə seçməlisiniz. İmam Sadiq (ə) tərslik və ləcbazlığı möminliyə zidd bir xüsusiyyət tanıtdırmış və buyurmuşdu: Mömində 6 xüsusiyyət olmamalıdır: İfrati həddə ciddilik, Xeyirsizliyi, paxıllıq, inadkarlıq, yalançılıq və başqasının haqqına girmək. Vəsail əş-Şiə, cild-15, səh: 349.


Zühur zamanını təxmin etmək mümkündürmü?


Zühur zamanını təxmin etmək mümkündürmü? Bu haqda bir rəvayətdə gəlmişdir: Məhzəm Əsədi İmam Sadiqdən (ə) soruşdu: \"Canım sənə Fəda Ey Allaha Rəsulunun övladı! Ali Muhəmmədin Qaiminin zuhuru və haq dövlətin qurulması çox çəkdi. Bu İlahi hadisə nə zaman həyata keçəcəkdir?
Həzrət buyurdu: Zühur üçün vaxt təyin edənlər yalançıdırlar. Tələsənlər həlak olarlar, bu hadisə qarşısında razı olub təslim olanlarl (səbrli olanlar) isə xoşbəxt olarlar\".
Bu hədisə görə deyirik ki, zühur üçün vaxt təyin etmək düzgün deyil. Amma zuhurun həyata keçməsi hər zaman mümkündür və bizim borcumuz budur ki, onun üçün hazırlıqlarımızı edək. İmam Zaman (ə) buyurmuşlar: \"Mənim zühurum üçün dua edin\".


Nə edək ki, danlanmayaq?


Nə edək ki, danlanmayaq? Danlanan şəxsin danlanmaması üçün ən sadə yol günah və eyiblərdən uzaq olmaqdır. Hətta bəzən elə olur ki, bizlərin yersiz addımlarımız və əslində günah olmayan sair əməllərimiz bizim danlanılmağımıza səbəb olur. Buna görə də hər bir rəftarımızı düşünərək etməliyik. Əli (ə) nəql edir ki, bir gün sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) belə buyurdu: “Ya Əli, səkkiz dəstə insanlar vardırlar ki, əgər təhqir edilsələr yalnız özlərini danlasınlar (çünki özləri müqəssirdirlər): 1- Çağırılmadan və xəbərsiz qonaq gedən adam, 2- Ev sahibinə əmr və göstəriş verən adam, 3- Düşmənindən xeyir və yaxşılıq istəyən adam, 4- Alçaq adamlardan bəxşiş uman (gözləyən) adam, 5- Aralarında sirr olan iki nəfərin arasına girən adam, halbuki o iki nəfərin heç biri kiminsə onların sirrlərini bilmələrini istəmirlər. 6- Padşahın və Sultanın şənini, məqamını kiçik sayan adam, 7- Əhli olmadığı (yəni ona uyğun olmayan) məclisdə oturam adam, 8- Ona qulaq asmayan şəxsə söz deyən adam,


Həzrət Muhəmmədin (s) imam Əliyə (ə) nəsihətnaməsindən yazın?


Həzrət Muhəmmədin (s) imam Əliyə (ə) nəsihətnaməsindən yazın? Həzrət Muhəmməd (ə) İmam Əliyə (ə) belə nəsihət etdi: -Еy Əli! Sənə еdəcəyim vəsiyyəti yахşı yаdındа sахlа və оnа riаyət еt. Nə qədər кi mənim vəsiyyətimi unutmаyıb оnа riаyət еdəcəкsən, həmişə хеyir tаpаcаqsаn: 1-Еy Əli! Pis əхlаqdаn bаşqа, yеrdə qаlаn bütün günаhlаr üçün tövbə vаrdır. Çünкi əхlаqı pis оlаn şəхs bir günаhdаn nicаt tаpdığı zаmаn tеz də bаşqа günаh edər. 2-Еy Əli! Кim göstərə biləcəyi qəzəbini yаtırıb udа bilsə, Аllаh qiyаmət günü оnа ləzzətini dаdа biləcəyi əmin-аmаnlıq ətа еdər. 3-Еy Əli! Ölüm аyаğındа оlаn hər bir кəs yахşı və ədаlətli vəsiyyət еtməzsə, dеməli həmin аdаmın mürüvvətində nöqsаn vаr, о аdаm şəfаət məqаmınа nаil оlmаz. 4-Еy Əli! Cihаdın ən üstünü оdur кi, insаn səhər tezdən yеrindən qаlхandа bir кəsə zülm və sitəm fiкrində оlmаsın. 5-Еy Əli! Əgər cаmааt bir кəsin dilindən qоrхudа оlаrsа, həmin кəs cəhənnəmliк оlаr. 6-Еy Əli! Ən pis аdаm оdur кi, cаmааt оnun bədхаhlığının, dilinin yаmаnlılığının qоrхusundаn оnа hörmət еtsin və оnun pisliyindən danışılsın. 7-Еy Əli! Ən pis аdаm о кəsdir кi, ахirətini dünyаsınа sаtsın, оndаn dа pisi о şəхsdir кi, ахirətini bаşqаsının dünyаsı üçün sаtsın. ...


NƏ üçün bəzən mənəvi məsələlərdə zəifləyir və imanımız azalır?


NƏ üçün bəzən mənəvi məsələlərdə zəifləyir və imanımız azalır? İnsan tövbə edərək İlahi yola qədəm qoyduqda var gücü və tam həvəsi ilə ibadətlərə başlayır. Amma zaman keçdikcə insanların bəzilərində soyuma ya sanki inamın azlığı müşahidə edilir. Bunun səbəbləri çoxdur, o cümlədən:
1- İnsanın Allah yolunda sabit qalmasına əsas səbəblərdən biri ətrafındakı insanlardır. İmanlı dostları olan şəxs İlahi yolda hamişə iradəli olur. Amma dostları əxlaqdan uzaq olan insan tədriclə öz imanında sönüklük müşahidə edir. 2- İnsanın ruhu telefonun batareyası kimidir, güc azaldıqca onu necə deyərlər zaryadkaya qoymaq lazımdır. Yoxsa telefon işləməyəcək. İnsan da belədir. İnsanın gücü Moizədir. Quran və məsumların mövzələrinə tez-tez qulaq asmaqla gücünüzü gücləndirin. 3- Günah əməllər istər qulaq asmaqla olsun, istər danışmaqla, istər baxmaqla, istər eməklə... insanın ruhunu zəiflədir, insandan mənəvi gücü alır. 4- Dünyəvi məsələlərə və maddiyyata həddindən çox bağlanmaq və aludə olmaq insanı İlahi məsuliyyətlərdən uzaqlaşdırır, axirətə inamı azaldır. 5- Dua etmək insana fövqəladə bir güc gətirir, Allah Taalaya çoxlu dua edin, sizi düşdüyünüz vəziyyətdən çıxarması üçün Allah Taaladan yardım istəyin. .


Həzrət Zəhranın (s) kənizi, Quranla danışan xanımı tanıtdırın?


Həzrət Zəhranın (s) kənizi, Quranla danışan xanımı tanıtdırın? Quran ayələri ilə danışan qadın - Həzrət Xanım Zəhra (s.ə) məktəbinin yetişdirməsi Fizzə..Bəzən müəllimi şagirdinin vasitəsi ilə də tanımaq mümkündür. Həzrət Zəhranın (ə) yetişdirmələrindən biri də, onun evində xidmətçi olan Fizzə olub. Fizzə Zəhrayi-Əthərin (ə) məktəbindən dərs almış və yiyələndiyi elmi əməli olaraq həyata keçirən bir xanım idi. O, Əhli-beytin (ə) yanında həmişə bir nur kimi parlamışdır. Bəs görəsən, kəniz Fizzə kimi tanınan bu xanım, necə olmuşdu ki, Həzrət Zəhranın (ə) kənizi olmağa nail olmuş və Əli (ə) xanədanının ən hörmətli və yaxın bir üzvünə çevrilmişdi? Fizzənin əsli-nəsəbi Hindistan ölkəsindən idi. ...


Şeytanı ən çox sevindirən nədir?


Şeytanı ən çox sevindirən nədir? ... Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi. İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi:
1-Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım. Şeytan sevinmədi,
2- Digər şeytan söz aldı: Mən bir insanın qumar oynamasına səbəb oldum. ... Bu xəbər də şeytanı çox sevindirmədi.
3-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil. Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü.
=Köməkçilərinə belə dedi: Şeytan onu yanına çağıraraq dedi: -Mənim ən sevdiyim işlərdən biri evlilərin arasını vurmaq və onları bir-birindən ayırmaqdır. Bunu bacaranların yeri mənim yanımdır.


Ayətullah Kaşaninin böyük arif Qazi Təbatabi haqda müsahibəsi!


Ayətullah Kaşaninin böyük arif Qazi Təbatabi haqda müsahibəsi! \"Mən ona bənzərini görməmişəm\" - O danışanda tələbələr ağlayardı!
- Ayətullah Kaşani: Ayətullah Behcət cənab Qazini yada salanda ağlayardı və deyərdi ki, heyf Qazini olduğu kimi təsvir edəcək qələm yoxdur. Onun kəramətlərini görən çox olub. Cəmiyyət namazında İmam dayanmazdı. Bir dəfə məscidə gələndə gördüm pişnamaz dayanıb. Ondan yayılan nur məscidi işıqlandırmışdı. Namaz qurtaranda yaxınlaşıb təşəkkür etdim. Gülümsündü. Heç nə demədi. Oradan birbaşa evlərinə getdim. Gördüm Qazi evdədir, namaz qılır!
- Qazi təbatəbainin kəraməti: O zaman fiqh və üsul dərslərində 250-300 nəfər iştirak edən bir alim vardı. Onun xanımı ağır xəstələnmişdi, ölüm ayağında idi. Alim Qazinin görüşünə gəlmişdi. Qazi xanımının vəziyyəti soruşdu. Alim ağladı. Onların övladı yox idi, bir-birlərinə çox bağlanmışdılar. Dedi ki, xanımım can üstədir, o getdi mən də gedəsiyəm. Cənab Qazi danışanda adamın üzünə baxmazdı. Başıaşağı vəziyyətdə dua oxudu, sonra əlini qaldırıb gözlərini sildi. Alimə dedi ki, buyur get evə, inşaalah, Allah onu sənə qaytarar. Bu alim Qaziyə dərindən inanırdı. Bilirdi ki, dediyi söz həqiqətdir. Tələsik qalxıb evə getdi. Evə çatanda görmüşdü ki, xanımı ayaq üstə ev işlərinə məşğuldur. Xanım ərinə demişdi ki, dünyadan gedibmiş. Dördüncü səmaya çatanda onu saxlayırlar, deyirlər filankəsin duasına xatir ömrünü artırıblar!
- Ayətullah Kaşani: Mən Qazini tanıtdırmaq ləyaqətinə malik deyiləm. Mən ona bənzərini görməmişəm. İstisna bir insan idi. Əsil Allah adamı idi! ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter