Tövbənin axirətdə görsənəcək parlaq nəticələri nələrdir?
İmam Sadiq (ə) buyurur: «Bəndə tövbə edəndə Allah-taala onu sevir, dünyada və axirət aləmində onun günahlarını bağışlayır, onun etdiyi günahları günahlarını yazan mələklərin yadından çıxarır. Onun bütün bədən üzvlərinə əmr verir ki, onun günahlarını gizlətsinlər və günah etdiyi yerlərə əmr verir ki, onun günahını gizli saxlasınlar». Sonra buyurdu:
فَيَلْقَى اللهَ حِينَ يَلْقاهُ وَلَيْسَ شَـْيءٌ يَشْهَدُ عَلَيْهِ بِشَـْيء مِنَ الذُّنُوبِ
«Deməli, tövbə edən şəxs elə bir halda Allahın görüşünə gedəcək ki, onun günahlarına şəhadət verən heç bir şey olmayacaq».
Qabaqda qeyd etdiyimiz kimi, «Təhrim» surəsinin 8-ci ayəsində möminlərə xalis tövbə etmək əmr olunubdur. Bu barədə xalis tövbənin axirətdə görsənəcək 5 nəticə və səmərəsinə işarə olunub:
1. Günahların bağışlanması. Nəticədən cəhənnəm odundan xilas olmaq.
2. Allahın nemətləri ilə dolu olan behiştinə daxil olmaq. Yəni insanın çalışdığı hədəfə çatması.
3. Qiyamətdə rüsvay olmamaq. Tövbəkar, İnsanların məhşərdə toplaşdığı zaman danlaq sujesinə çevrilməsindən nicat tapması,
4. Bu dünyada iman gətirib yaxşı işlər görməyin nuru qiyamət günü tövbə edən şəxslərin sorağına gəlib onlarla birlikdə hərəkət edir və behiştin yolunu onlara göstərir.
5. Onların tövbədən sonra Allaha diqqətləri çoxalır, Allahdan mənəviyyət nurunun vücudlarında çoxalmasını və günahlarının daha kamil şəkildə bağışlanmasını istərlər.
Başqa sözlə, həqiqi tövbə insanı Allah dərgahında o qədər sevimli edir ki, Allah-taala bəndəsinə qarşı çox xoşhal olur. Onu özünə dost seçir və onu bəndələrinin ən sevimlisi hesab edir.