Namazda ibadətin şirinliyini dadmaq üçün tövsiyə olunan əməllər!
Namazın haqqı odur ki, biləsən namaz Allaha tərəf hərəkət etməkdir. Sən namaz qılan zaman Allahın qarşısında qərar tutursan. O zaman bu həqiqəti qəbul etsən, namaz qılan zaman özünü zəlil, dəyərsiz, müti və xoflu halda görərsən. (Erfan) Namaz – dinimizin ən üstün əməlidir. Əgər Allah tərəfindən qəbul olarsa, o biri ibadətlər də qəbul olar. Əgər qəbul olmazsa, o biri ibadətlər də qəbul olmaz. Yaxşı olar ki, namaz əvvəli vaxtda qılınsın. Namazı yüngül hesab etmək və ona diqqət etməmək ona bənzəyir ki, sanki namazı qılmamısan.
Namazda ibadətin şirinliyini dadmaq üçün bunlara diqqət etmək lazımdır: 1. Namazın savablarına və təsirlərinə diqqət etmək. 2. Namazın dindəki məqamına diqqət etmək. 3. Allahdan qafil edən hər bir işdən çəkinmək. 4. Namazı yüngül hesab edən insanlardan uzaq olmaq. 5. Namazın xüsusiyyətlərinə diqqət etmək.
Qalstukdan və Qərb mədəniyyətini təbliğ edən paltarlardan istifadə etməyin hökmü nədir?
Qalstuk haqda Ayətullah Xamenei və Sistani həzrətlərinin fetvaları:
1-Qalstuk və sair qeyri-müsəlmanların şüarı sayılan və alçaq qərb mədəniyyətinin yayılmasına səbəb olan geyimlərdən istifadə etmək caiz deyil. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
2- Haram olmasına səbəb olan ikinci (sanəvi) ünvan ona şamil olmazsa, eybi yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Sistani, \"İstiftaat\",məs.1471\".
Sosial şəbəkələrdən xüsusən \"Facebook\"-dan istifadə etməyin hökmü nədir?
Sosial şəbəkələrdən xüsusən də \"Facebook\"-dan istifadə etmək haqda iki böyük müctəhidin vetvası:
1-Qeyd olunan sosial şəbəkələrdən istifadə etmək, əgər fəsada (pozğunçuluğu yaymaq, yalan və faydasız mövzuları yazmağa) səbəb olarsa ya günaha düşmək qorxusu yaranarsa və yaxud İslam dini və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, icazə yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası\"
2-Əgər mənfi yönündən istifadə etməyəcəyinə əmindirsə və pisi yaxşıdan ayıra bilirsə, eybi yoxdur, olar. \"Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası\". fetva.313news
Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi?
Əksər muctəhidlər yazırlar: Kişi və qadın yalnız öz həyat yoldaşı önündə rəqs edə bilər. yəni kişi və qadın üçün istər məhrəm və istərsədə də naməhrəmlərin olduğu yerdə başqalarının gözü önündə rəqs edə bilməz.
Eləcə də kişilərin kişi məclislərində və qadınların qadın məclislərində rəqs etmələrinə şəriət icazə vermir.
İmam Xomeyninin (r) şəri suallara cavab (istiftaaat) kitabı cild: 2, səh: 35; Ayətullah Məkarim Şirazi həzrətlərinin istiftaatı kitabı, cild: 1, səh: 534.
Al Mustafa Beynəlxalq universitetin Mudiri Ayətullah Ərafi həzrətlərinin həyatına bir baxış!
Ayətullah Ərafi 1338 h.ş İranın Yəzd vilayətinin Meybud şəhərində mütədəyyin ailədə dünyaya gəldi. Valideyinləri: Ayətullah Muhəmməd İbrahim Ərafi, anası Meybud şəhərinin pak və nəcib xanımlarından idi.
a) Ustadın təhsili: Ustad orta təhsil müddətini doğma vətənində sona çatdırdı, 1349 h.ş ildə Qum hövzəsinə təhsil üçün qəbul oldu. 6 il ərzində hövzənin müqəddimə dərslərini bitirdi. b) Ustad müqəddəs Qum şəhərində olduğu müddətdə Fəlsəfə, Nəzəri əxlaq, ərəb və İngilis dilləri üzə ixtisasları öyrənməyə müvəffəq oldular. Həzrət Ustad Qum şəhərində olduğunu müddətdə Hövzə və universitetin birləşməsi sahəsində xüsusi təxəssüsdə iclaslar təşkil etdi. c) Həzrət Ustad boş vaxtlarını Əllamə Təbatəbainin əl-Mizanını və İbn Əbil Hədidin Nəhcül Bəlağə şərhini mütaliə etməklə keçirdi. d) Ayətullah Ərafınin ustad və dostları: Ustad təhsil aldığı müddətdə çox sayda böyük alimlərin məhzərindən istifadə etdi. Təfsirdə elmində Ayətullah Meşkini (r), Ustad HəsənZadə Amulinin seçilmiş tələbələrindən, Şəhid Sədrin fəlsəfəsini Ayətullah Seyyid Hairi Yəzdinin dərin dərslərindən bəhrələndi.
Fiqh və Usulun xaric dərsi:: Şeyx Murtəza Hairini, Ayətullah Fazil Lənkərani (r), Ayətullah Vəhid Xorasani, Ayətullah Cavadi Təbrizi, Ayətullah Məkraim Şirazi və Ayətullah Şubeyri Zəncani kimi böyük mərcə təqlidlərin məhzərində öyrəndi. Həzrət Ustad: Hövzənin dəyərli fəlsəfə kitabları olan Əsfar və Fusul əl-Hikəm, Təmhidul Qəvaid kitabların dərkini Ayətullah Cavadi Amulidən və Şəhid Mutəhhəri eləcə də Misbah Yəzdidən bəhrələndi. e) Həzrət Ustadın həmbəhsləri: Muhəmməd Əli Mudərrisi Yəzdi, Muhəmməd Kazim Bəhrami, Əli Nəqi Fəqihi, Muhəmməd Behişti. Bu böyük şəxsiyyətlər İslami maarifdə dərin baxışlara malik ustadlardırlar.
Bu beş ayələri –hər gün 11 dəfə oxumaqla bütün hacətlər asanlaşar!
Hər kim bu 5 ayəni hər gün 11 dəfə oxuyarsa, hər bir hacəti asan olar və tezliklə öz muradına çatar:
1. Ayətül-kürsü.
2. “Ali-İmran” surəsinin 2-ci ayəsi. “اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ
3. “Nisa” surəsinin 87-ci ayəsi. اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ لَیَجْمَعَنَّكُمْ إِلَى یَوْمِ الْقِیَامَةِ لاَ رَیْبَ فِیهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِیثًا
4. “Taha” surəsinin 8-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى
5. “Təğabun” surəsinin 13-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ عَلَى اللَّهِ فَلْیَتَوَكَّلِ الْمُوْمِنُونَ
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ev yoxdur ki, “Ayətül-kürsü” ayəsi orada oxunsun, məgər o halda ki, şeytanlar 30 gün həmin evi tərk edərlər və ora sehr və sehrbaz gəlməz”.
Həzrət Məryəm (s) Quran Kərimdə hansı xüsusiyyətlərlə mədh olunur?
Quran tarixdə bir neçə şəxsiyyəti böyük xüsusiyyətlə yad etmişdirdir, onlardan biri də Həzrət Məryəmdir. Quran ayələrində Həzrət Məryəm (s) bu xüsusiyyətlərlə Allah-Taala tərəfindən mədh olunaraq yadd edilmişdir:
1-Həzrət Məryəm (s) Allah nişanəsi və qüdrətinin göstəricisidir. \"Möminun/50\". 2-Həzrət Məryəm (s) İlahi Peyğəmbərin (s) Yəni Zəkəriyya (ə)-ın təbiyyəsi altında böyüdü, \"Ali İmran/37\". 3-Həzrət Məryəm (s) o həddə ilahi dərgahda məqama çatdı ki, Behiştdən onun üçün fəsli olmayan meyvələr gəldi, \"Ali İmran/37\". 4-Həzrət Məryəm (s) Allah tərəfindən seçilmiş və pak edilmiş bir xanım idi, \"Ali İmran/42. 5-Həzrət Məryəm (s) mələklərlə həmsöhbət olardı, \"Ali İmran/42. 6-Həzrət Məryəmə ilahi dərgahdan yeganə Allaha ibadət əmri gəldi, \"Ali İmra/43. 7-Həzrət Məryəmin (ə) pak və iffətliliyinə ilahi təsdiq, \"Təhrim/12. 8-İlahi şəxsiyyətin (Yəni Həzrət İsa (ə)-ın) anası olmağa qabiliyyət və məqam tapdı. \"Nisa surəsi/171.
Qadının naməhrəm qarşısında musiqi oxumasının hökmü nədir?
Müctehidlərdən mərhum İmam Xomeyni (rizvanullahi təala əleyh), Ayətullah Bəhcət (quddəsə sirruh), Ayətullah Fazil Lənkərani (ələllahu məqaməh), Ayətullah Təbrizi (qəddəsəllahu nəfsəhu şərifə), hal-hazırda dünya həyatında qeyd də olan Təqlid Mərcəsi Ayətullah Sistani, Ayətullah Nuri Həmədani və Dünya Müsəlmanlarının Ali Rəhbəri İmam Xamenei cənablarının (Allah vücudlarını bəlalardan hifz etsin) nəzərləri belədir: “Xanımların (istər Hicablı istərsə də hicabsız xanımlar olsun fərqi yoxdur) naməhrəm qarşısında oxuduğu musiqi iki sürətdə haramdır:
(1- Ğina – səsi ağızda haram (ləhv və ləib) məclislərinə xas olan şəkildə titrətmək (zəngulə vurmaq) ilə olarsa.
(2- Əgər ləzzət almaq və riybə qəsdi daşıyarsa, həmçinin günaha düşmək qorxusu olarsa və şəhvəti təhrik edərsə ha belə fəsada səbəb olarsa.
Göründüyü kimi əgər qadının kişi xəylaqı qarşısında musiqi oxuması yuxarıda deyilən iki sürət kimi olmazsa bunun heç bir iradı yoxdur.
Əhli Sünnət kitabında İmam Əlinin (ə) bənzərsiz məqam və möcüzəsi!
İmam Əlidən (ə) belə rəvayət olunur: Əlini (ə) sevən bir qaradərili var idi ki, o həzrətin xəlifəliyi dövründə oğurluq etdi. Onu Əmirəl-Mömininin (ə) yanına gətirdilər. Əmirəl-Möminin (ə) ondan soruşdu: Oğurluq etmisən? Dedi: Bəli. Onun bu bu əməlinə görə Əli ibn Əbi Talib (ə) onun əlini (barmağını) kəsdi. O qaradərili qul Əmirəl-Mömininin (ə) yanından qayıdarkən Səlman Farsi və İbnul Kərra adlı İmam Əlinin (ə) səhabələri ilə qarşılaşdı. İbnul Kərra qaradərili quldan soruşdu: Sənin əlini kim kəsibdir? Dedi: Mömininlərin əmiri! Peyğəmbərin Yeznəsi və Həzrət Zəhranın (ə) həyat yoldaşı! İbnul Kərra dedi: O sənin əlini kəsib sən isə onu belə tərifləyirsən? Qulam İbnul Kərranın cavabında belə dedi: Niyə tərifləməyim! Bir halda ki, mənim əlimi günahım əvəzində haqq yerə kəsdi və məni cəhənnəm odundan qurtardı. Səlman Farsi qaradərilinin söz və imanını eşidirdi, olanları İmam Əliyə (ə) danışdı. Əmirəl Mömininin (ə) qaradərili şiəsini çağırtdırdı, əlini kəsilmiş barmağının üstünə çəkdi, bir parça ilə bağladı və dua oxudu. Ravi deyir: Göydən səs eşitdim ki, deyirdi: Qulamın əlinin üstündən Əbanı götürün. Elə ki, kəsik əlin üstündən örtüyü götürdük onun əli Allahın icazəsi və mərhəməti ilə öncəki sağlam vəziyyətinə qayıtmışdı. \"Təfsirul Kəbir kitabı\", cild: 21, səh: 89-90.
Təyəmmümün səhih olmasının şərtləri nələrdir?
Təyəmmümün səhih olmasının şərtləri:
1-Təyəmmüm üzvləri təyəmmüm alarkən (yəni alın və əllər) pak olmalıdır. Başqa üzvlər nəcis olsa da Təyəmmüm batil olmaz. Amma namaz üçün bədənin bütün üzvlərini paklamaq lazımdır. 2-Alın və əllərin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir, 3-Üzərinə təyəmmüm edilən şeylər pak və mubah olmalıdır. (yəni qəsbi və başqasının malı olmamalıdır), 4-Təyəmmüm edərkən tərtibə riayət olunmalıdır. Yəni öncə üz sonra, sağ əl və sonra isə sol əlin üstünə məsh olunmalıdır. 5-Təyəmmüm alarkən Muvalata riayət olunmalıdır. Yəni təyəmmümdə fasilə vermədən üz və əllərə məsh olunmalıdır. 6-Əli ilə alın arasında, eləcə də əlin içi ilə arxası arasında məsh edərkən bir şey fasilə salmamalıdır.
Mənbə: Ürvətül-Vüsqa, 1-ci cild, səh: 495; \"Muctehidlərin Tövzihul Məsail\" kitabı, 692, 694, 704 və 706 ci məsələlər.