Vəliyyi Fəqih, həzrət ayətullah Xamenei ağanın baxışında qadının tərəqqisi!


Qadının hərtərəfli tərəqqisi

Əgər biz ölkəmizdə qadınlara aid problemləri həll edə bilsək, bütün dünya qadınlarına böyük xidmət göstərmiş olarıq. Ola bilsin ki, bu xidməti bəziləri indi, bəziləri sonralar başa düşsünlər. Hər halda bir gün bunu dərk edəcəklər.

Siz ölkəmizin nümunəvi fəal qadınlarısınız. Siz İslamın qadına verdiyi dəyəri gözəl şəkildə nümayiş etdirirsiniz. Bəli, İslam İnqilabından əvvəl də İranda alimə qadınlar var idi. Amma mən demək istədiyim budur ki, keçmiş ilə müqayisədə hal-hazırda bu rəqəm olduqca yüksəkdir və tədqiqatçı, mütəxəssis, mütəfəkkir, yazıçı, şairə və rəssam qadınlarımız əvvəlki dövrə nisbətən qat-qat çoxdur, yəni o dövrdə ki, “qadın azadlığı”, “qadın hüququ” şüarı ilə aləmə car çəkirdilər, qadının hicabını əlindən alıb iffətsizliyə sövq etdirirdilər, qadın və kişi arasında pərdələri tamamilə qaldırırdılar, əxlaqsızlığı və iffətsizliyi gündən-günə daha çox təbliğ edir və hətta bəzən ustadlarını da ötüb keçirdilər – həmin o dövrdə siyasi, ictimai və mədəni sahələrdə fəaliyyət göstərən qadınların sayı bu qədər çox deyildi. Bu böyük izdiham İslam düşmənlərinin dedikləri və beyinlərə yeritmək istədikləri düşüncələrin tam əksini nümayiş etdirir, yəni iffətsizlik və məsuliyyətsizlik qadınların maddi və mənəvi tərəqqisini nəinki təmin etmir, əksinə, özlərinə bəzək-düzək verməkdən ötrü onları müxtəlif lazımsız və puç işlərlə məşğul etməklə kamilliyə doğru hərəkətdən yayındırır. Deməli, İslami hicab qadınların hər bir sahədə və hərtərəfli tərəqqisi üçün zəmin yaradan önəmli bir amildir.

Həzrət Ayətullah Xameneinin müxtəlif sahələr üzrə mütəxəssis qadınlarla görüşündə etdiyi çıxışdan bir parça 13/4/1386


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter